Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam hekim xaiw edirem cavab vererdiz men telefonuma menustral teqvim yuklemisem aybasi vaxdimida ovulyasiya vaxdimida tam deqiq gosterir. Ayin necesi yazirsa o gunde oluram ancaq 10 aydir hamile qala bilmirem qorxuramki usagim olmaz ne meslehet gorursuz Sualın müəllifi: Sema
Sualın müəllifi: Sema Sualın yaranma tarixi: 23.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, köhnə sualınıza cavab verilib.

İlk öncə deyim ki, hər hansı bir dərman preparatının istifadəsi mütləq şəkildə hər hansı bir göstərişə dayanır və bunu həkim təyin edir. O ki qaldı antibiotik kimi ciddi bir dərman preparatından söhbət gedirsə. Uşağa qalmaq üçün antibiotikdən istifadə etmək lazım deyil. Antibiotik iltihabəleyhinə istifadə olunan antibakterial müalicə üsulunun bir parçasıdır. Bundan başqa 10 ay hamilə qalmamanıza gəldikdə 2 ay da gözləyin əgər bu vaxt ərzində də hamilə qalmazsınızsa, o zaman müraciət etməlisiniz və sizi müayinələrdən, hormonal analizlərdən, həmçinin yoldaşınızı da analizlərdən keçirməyə ehtiyac olacaq.

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

hekim menim sulimi niye cavablandirmusuz xais edrem yazin men 21yasim var 1 adan bir aybasi oluram elebil noyabirin 13 oldu dekabr yox yanvarin 5oldu hemise bele olur mualce almisam yene eynidi bu neden olar xais edrem cavab yazin sagolun
Sualın müəllifi: nata Sualın yaranma tarixi: 23.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, sualınızı cavablandırmışam 1 aydan 1 yazdığınız üçün normal qəbul etmişik tsiklinizi. Amma yazdığınız son mesajda məlum olur ki, 2 aydan bir aybaşı görürsünüz bu normal hal deyil. Mütləq şəkildə səbəbini araşdırıb müalicə almalısınız. Əyani şəkildə müraciət etməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim menim axrinci aybasim yanvarin 2si olub.bugun aybasinin 21cu gunudu bazal temperatur 36.4du.hamiel qalmis ola bilerem?aybasim 28gunden bir olr
Sualın müəllifi: Leyla Sualın yaranma tarixi: 23.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, söylədiyiniz sxem 100%lik sxem deyil və dəqiq deyil. Ən uyğun olan aybaşının 21-ci günü qanda progesteron analizi verməkdir və əgər 5-in yuxarısındadırsa demək sizdə ovulyasiya gedib deməkdir. Hər ehtimala qarşı hamilə qalıb qalmamanızı bilmək üçün 25-26-cı gün sidikdə hamiləlik testi verməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktor.Cavablandirsaniz cox sevinerem .Men Rusiyada oluram.Bir ovladim var.Ikinci defe hamile oldum 6ay once ve abembrioniya oldi yeni embrion olmadi.Butun mikroblardan kewdim hec bi wey cixmadi.Indi hekim folekumetriya etmeyimi dedi ettim aybawin 14 gunu folekul 23 oldu dediler yaycenosni buhirok yoxdu hekim dedi partlamiyacag falikul iyneyle partlatsam qalsonda hamileliy ugurli olmiyacag ve bu gun gettim aybawin 16cu gunu dediler falekul partayib ovulyasiya gedib .Mene marqglidir o yaycenosni buhirok nedi ? Onin mualicesi farmi?
Sualın müəllifi: Aytac Sualın yaranma tarixi: 23.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, nəzərdə tutduğunuz termin tibbi termindi və yumurtalıqda follikulun əmələ gəldiyi və böyüdüyü zaman yumurta toxumasının xaricə doğru şişkinliyidir. Çox ğnəmli bir şey deyil, əsas follikulun ölçüsüdür və onun ölçüsü ovulyasiya dönəmi üçün normaldırsa o zaman ovulyasiya gedə bilər. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Hekim.bakireliyin qezayla pozulmasini muayine eden hekim bilir? Ve qezayla olmasini tesdiqleyen kagiz vere biler?
Sualın müəllifi: İnci Sualın yaranma tarixi: 23.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, yox, bakirəliyin müayinəsi sadəcə məhkəmə tibbi ekspertizasına müraciət edərək mümkündür. Bunu sıravi ginekoloqlar müayinə etmirlər və heç bir bilgi də vermirlər. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam hekim men hamileyin 4 ayina kecdim lakin qarnim boyumeyib qeyd edim arigam. ve hekime birinci defe gedende. 7 heftelik 5 gunluk idi oda 2 ayligimda agrim vardi tez getdim ve 4 cu aydayam hele ne cinsiyet bilirem nede usagin inkisafini bilmek isdirem. arig adamlarda tez cixir?
Sualın müəllifi: aylin bayramova Sualın yaranma tarixi: 23.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, artıq 2 ay keçir ki siz həkimə getmirsiniz. Mütləq şəkildə müayinə olunmalısınız və uşağın inkişafını qarnınızın ölçüsü deyil, müayinə təyin edir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim.men 11 heftelik hamileyem ve belimde 4 mm lik yirtiq var.yirtiğin dölə bir ziyani varmi ve dogusda problem yarada bilermi?
Sualın müəllifi: Sevda Sualın yaranma tarixi: 22.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, bel yırtığının uşağa bir başa zərəri yoxdur. Amma hamiləliyin gedişi bu vəziyyəti bir az da ağırlaşdıra bilər. Həmçinin doğuşmu yoxsa əməliyyatmı  sualı qarşısında qala bilərik. Bunu ginekoloq və ortoped-travmatoloq yaxud nevropatoloq sizi müayinə etdikdən sonra qərar verməlidirlər. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim men dord ayliq hamileyem son bir ayda mende ag rengsiz sekilde su axintisi var. Bu ne derecede zererlidi ve usaga ziyani ola bilermi?
Sualın müəllifi: Cinare Sualın yaranma tarixi: 22.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, mütləq şəkildə dölyanın mayenin axıb axmaması baxımında detallı olaraq müayinə olunmalısınız və mütləq şəkildə bu problem çıxdaş olunmalıdır. Çünki əgər belə hal varsa bunun davam etməsi sizin və uşağın həyatı üçün təhlükəlidir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam.Men 8 ildirki evliyem uwaqim yoxdu.4 il bundan evvel hekimler mene polikistoz dioqnozu qoydular.Emeliyyat olmalisan dediler.Emeliyyat oldum borularim bagli idi onuda açdilar.Emeliyyatdan 8 ay sonra hamile oldum ancaq boru hamileliyi oldu.Emeliyyat oldum sol boru çixarildi.Ondan sonra hamilelik olmayib.Bu il boru yoxladi baglidi fiziotera oldum 2 ay ,naftalana da getdim,boruys iynede vurdular açilmadi.Hekim emeliyyat ol boru açilsin deyir amma qarantin vermir
Sualın müəllifi: Ayten Sualın yaranma tarixi: 22.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Salam, sizə artıq süni mayalanma göstərişdir. Vaxtınızı itirmədən bir an öncə valideyn olmaq üçün süni mayalanmaya müraciət edin. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim. 7 hefte 2 gunluk hamileyem. Qanim 103q/l cixib. Hekim az oldugu ucun fernicsil tablet yazib. Internetde derman barede oxuyanda hamileliyin 2-3cu trimestrlerinde qebulunun mumkun oldugunu yazir. Bilmek isteyirem bunu indi qebul etmek zererli ola bilermi?
Sualın müəllifi: Nazrin Sualın yaranma tarixi: 22.01.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 24.01.2017

Sala, göstərişə əsasən preparatın qəbulunu davam edə bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq