Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam hekim elaqeden sora mende qarinda cuzi narahatliq olur birdeki axsam birde seher elaqe olub indi bugun gunortadan sora qarnimin asagilarinda agrilar oldu esasda belimde oldu sol terefimde belimin asagisinda agri vardi azalib indi.neden olar hekim ozumde 10cu aydi evliyem hamile qala bilmirem
Sualın müəllifi: aysel Sualın yaranma tarixi: 27.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, ağrının mənşəyini bilmək üçün yalnız müayinə olunmalısınız. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim,.kistam boyuk oldugna gore 3 ay evvel menim sag yumurtaligmi gotrubler.mene denize getmey gunew wualari olarmi?evelceden tewekkurler
Sualın müəllifi: София Sualın yaranma tarixi: 27.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, bəli, dənizə gedə bilərsiniz və günəşlənə də bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Hekim men 7heftelik hamileyem sehetimde problem var astma xessteiyim var usagi dunyaya getmek onlar
Sualın müəllifi: Rovsane Sualın yaranma tarixi: 27.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, bəli, dünyaya uşaq gətirə bilərsiniz, amma ciddi həkim nəzarətində olmalısınız. Həm ginekoloq, həm də pulmonoloqun. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam.urz isteyirem narahat etdiyime gore.bir soz soruwmaq isteyirdim.mende bakterial vaginoz maya gobeleyi awkar olundu. leykosit miqdari 20-22dir.bilmek isteyirdim bu cinsi yolla yoldawimdan mene kece biler?ya mende ona kece bilermi?
Sualın müəllifi: Ulker Sualın yaranma tarixi: 27.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, bakterial vaginoz yaxud maya göbələyinin olması cinsi yolla keçməz. Bu qız uşaqlarında belə ola bilər. Uşaqlıq yolunun özünün florasında dəyişiklikdi bu. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim.usagin cinsiyyetini en tez ne vaxt oyrenmek olar?uziden basqa yolu varmi ?bir de ki abort hamileliyin necenci ayindan sonra olmaz?
Sualın müəllifi: Konul Sualın yaranma tarixi: 26.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, 100% ancaq 14 həftəsindən sonra ultrasəs müayinəsində təyin etmək olar uşağın cinsiyyətini. Abortsa qanuni olaraq 10 həftədə sonra etmək mümkün deyil. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam.men indi 5ayliq hamileyem.15gune teyareyle rusyadan bakiya getmeyi hamileliyimin 8ci ayinda yeni iyul ayinda da qayitmagi planlasdiririq.saglamligimda hec bir problem yoxdur,hekimden icaze kagizi almaqla menim gedib gelmeyime icaze varMi?evvelceden tesekkurler
Sualın müəllifi: Konul Sualın yaranma tarixi: 26.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, hamiləliyinizin 5-ci ayında təyyarə yolçuluğu keçirməyinizə əks göstəriş yoxdur. Əgər hər hansı bir ciddi səbəb yoxdursa buna qarşı, amma 8ci ayında icazə verilmir. Buna dair heç bir həkimdən icazə ala bilməzsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam dk, sualim var size. men dogusdan sonra menstrasiya olduqda evvel 1 nece gun qehveyi axinti gelir. sonra normal aybasi oluram.dogmamisdan qabaq bele olmurdu, eksine aybasi qurtarandan sonra 1 nece gun qehveyi axinti gelirdi. bu normaldirmi?
Sualın müəllifi: tarana Sualın yaranma tarixi: 26.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 29.04.2017

Salam, bu şikayətinizi obyektiv olaraq dəyərləndirmək lazımdır. Bunun üçün də müayinə edilməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Doktur Anorqazmiyaya sebeb nelerdi
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 26.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 27.04.2017

Salam, bu çox geniş mövzudur. Əsas odur ki, sizdə səbəb nədir. Buna görə də psixoterapevtə müraciət etməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim,3 ayliq hamilelikde leykosit artimi ve sidik bulaniqligina gore birde qrip hal hazirda.bazosid yazilib gunde 2defe 12 saatdan bir.bazosid antibiotikinin ana betnindeki 3ayliq usaga zereri varmi?
Sualın müəllifi: Cemile Sualın yaranma tarixi: 26.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 27.04.2017

Salam, əgər qızdırmanız 38-i keçməyibsə heç bir antibiotik istifadə etməyə dəyməz. Uroloji konsultasiyadan keçməniz məsləhət görülür və bol-bol su içməyi məsləhət görürəm sizə. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam menim 33 yaşım var bir qızım var 10 yaşında bir neçe abort olunmuşam axırıncı hamileliyimi saxlamaq istedim lakin 3 aylığında mikrob oldu deye uşağı itirdim.indi bir sey mene qaranlıq dır aybaşım az olur..ancaq yoxlatdırmışam problem yoxdur..men ne edim nece edim aybaşım tez kesile bilermi ...ve birde mikroblarımı deqiq yoxlatdırmaq üçün hansı müayine etdirim ve derman çoxmu qebul etmek lazım? neçe ay müalice olunmalıyam ki mikrob o-a ensin..tesekkür
Sualın müəllifi: pervane Sualın yaranma tarixi: 25.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 27.04.2017

Salam, abortdan sonra, yəni küretaj prosedurundan sonra əgər aybaşılarda qanama azlığı yaranırsa, ilk olaraq Aşerman sindromundan yəni uşaqlıq daxili yapışıqlıqdan şübhə edirik. Bu zaman endometrium incə olur və qanama da az olur, həmçinin qəhvəyi rəngdə ləkələnmələr ola bilir. Bunu çox asanlıqla USM-də və belə deyək həkim uşaqlığı su ilə doldurub ultrasəs müayinəsi edərək asanlıqla bilir ki, bu problem sizdə var ya yox. İlk öncə bunu aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə bütün suallarınıza cavab verilməsi üçün ümumi ginekoloji müayinədən keçməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq