Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
salam hekim.cox uzr isteyirem narahat etdiyimcun.men 2ay idi ki midiana tabletkasi icirdim28 gunden birnormal oldu aybasim.yanvarin 20si olub axirinci defe.6si fevraldan 15ine kimi utrojestan atdim.indi hele de olmayib aybasim.bu hamilelik ola biler?
Sualın müəllifi: cemile Sualın yaranma tarixi: 22.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, ilk növbədə əlbəttə ki, aptekdən aldığınız sidik testini edin. Əgər neqativ yəni hamiləlik göstərməzsə o zaman baxmaq lazımdır. Estrogen çatışmazlığından yaranan aybaşı pozğunluğu ola bilər. Yəni 1-ci növbədə hamiləlikdən şübhələnmək lazımdır, əgər hamiləlik olmazsa hormonal düzəydə problemin olub olmadığını dəyərləndirmək lazımdır. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam. Men size bacimin problemi ile bagli yaziram. Bacim evlidi ve usaqliq boyumesi deyilen bir problemi var. Bir mudddet evvel spiraldan istifade etmisdi. Amma hekim dedi bu sene ziyandi cunki menustrasiya muddeti 15 gun idi. Ayda iki defe. MEsleheteinize ehtiyacim var/ Bu boyuk problemdi? siz bunun mualicesini edirsiz?
Sualın müəllifi: Cicek Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, böyük nə qədər böyük, ölçüləri önəmlidir. 2-cisi əsasən böyümə miomanın təsirindən olur, mioma varmı, yoxmu?

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam bağışlıyın bir sual verməy isdiyirəm qız uşağının qızlığı açılanan sora onu tikdirməy mümkündür?
Sualın müəllifi: xumar Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, bizim tərəfimizdən bu xidmət həyata keçirilmir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Birdeki hekim men bu ay turbaliqlarimi yoxlatdirdim her sey qaydasindadi turbaliqlarim aciqdi deyilene gore turbaliqlari yoxlatdirdiqdan sonra hamilelik sansi artir bu dogrudurmu???Qalan butun analizleri vermisem her sey qaydasindadir.
Sualın müəllifi: Ay_ten Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, bəli, hamiləlik şansı artır. Əgər 3 ay boyunca bundan sonra hamilə qalmazsınızsa təkrar müraciət edin və müalicə alın. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnure hekim.Men ovulyasiya gunlerinde idman etdim siz indi cavab yazdizki idmani erteleyim daha elemeyecem o etdiyim idmanlar hamile qalmagima tesiz edermi((((
Sualın müəllifi: Ay_ten Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, təsir etməz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim zob hamile qalmamaga sebeb ola bilir?
Sualın müəllifi: gunes Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, bəli, səbəb ola bilər, müalicə almalısınız. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam həkim. 9 həftəlik hamiləyəm uziyə düşdüm hər şey normaldır sadəcə baxan həkim dedi (göbəkciyədi səhf etmirəmsə anayla uşağı bağlayan bağ) gözümə qalın görsənir (qrija ola bilər)yəni 4mm di.dedi 12həftəsində gəl yenə baxaq.Xahiş edirəm məsləhət verəsiz bu keçməsə müalicəsi olmur?
Sualın müəllifi: Səbinə Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, 9 həftəsində göbək ciyəsinin ətrafında olan bağırsağa aid olan qarın boşluğundan çıxan qrija yəni daha doğrusu azəricə yırtıq sırf olaraq normal hesab olunur. Buna fizioloji yırtıq deyirik 12-ci həftədə həkimin müayinəsi önəmlidir, çünki bunu artıq 12-ci həftədə görməməlidir. Əgər 12-ci həftədə də görünərsə artıq bu patoloji yırtıq hesab olunacaq ona görə də mütləq 12-ci həftədə mütləq müayinəyə gedin. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam, Qizliq perdesinin berpasi yazmisdim axi, tikilmesi ucun qiymetler nece yani yoxdu anlamadim? Tesekkurler
Sualın müəllifi: Leyla Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, aydın şəkildə sizə yazıram siz də ətrafda bu sualla maraqlanan xanımlar hamısı başa düşsün deyə. Qızlıq pərdəsinin müayinəsi sıravi ginekoloqlar tərəfindən aparılmır. Əgər müayinə etdirmək istəyirsinizsə məhkəməyə müraciət edəcəksiniz və məhkəmə tibbi eksperti sizi müayinə edəcəkdir və rapor verəcəkdir. İkinci olaraq qızlıq pərdəsinin bərpası mənim tərəfindən edilmir. Edilmədiyi üçün də heç bir qiymət strategiyası da yoxdur. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim .xaiw edirem komeklik ederdiz . Tebabet usuluyla hansi bitkilerden istifade etmek olarki vaspalenya getsin deye birde yumurtaliglarin inkwafina xeyrli olsun .. mende falekul boyuyur ama partlamir .. deyrlerki vaspalenyadandi her ay ayabwi gorurem 5 gun hemde agrili .rayon yerinde olanam .online meslehetler vererdiz xaiw
Sualın müəllifi: Samire Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, follikulların hər hansı bir problemi hormonal fonla əlaqədardır. Yəni hormonal düzəydə bir problem var ki, follikulların yetişib ovulyasiyanın getməsində, yəni yumurtlamanın getməsidə özünü yansıdır. Bununla bağlı hormonlarınız araşdırılmalı və buna uyğun müalicə təyin edilməlidir. Heç bir bitkisel bir xalq təbabətinə müraciət etməyə dəyməz bugünkü gündə. Bir daha deyirəm iltihab follikulların yetişib partlamasına təsir etməz, amma əgər iltihabınız varsa buna qarşı dərman preparatlarından istifadə etməlisiniz, hər hansı bir bitkini deyil. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam. 1- təbii yolla hamiləliyin qarşısını neçə almaq olur istər bu işdə kişi, istərsə xanımın rolu olsun ? 2- hamiləliyin neçənci ayına qədər cinsi yaxınlıq etmək olar yəni uşaqa zərər dəyməsin deyə hansı vaxtdan sonra yaxınlıq etmək olmaz ?
Sualın müəllifi: Anonim Sualın yaranma tarixi: 21.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, 1. Təbii yolla hamiləliyin qarşısını almanın ancaq 1 yolu var. o da çox güman ki, bilirsiniz. Süni yolları isə uşaqlıqdaxili vsitələrdən tutmuş kontraseptiv preparatlara qədər. Amma sizə hansı uyğun olduğunu sizi müayinə zamanı söyləyə bilərəm. Əgər belə bir sıxıntınız varsa, müayinə üçün müraciət edin. Ayrıntılı olaraq sizin orqanizmini bilək, sonra sizə uyğun bir kotraseptiv vasitə seçək.

2. Hamiləliyin neçənci ayından asılı olmayaraq, əgər heç bir şikayətiniz yoxsa və hamiləliyə təhlükə yaradacaq bir şey yoxsa o zaman cinsi yaxınlıqdan imtina etməyin. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq