Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
doxtur birde men eyer mualice almadan yeniden hamile qalsam ,mende usag itkisi yeniden bas vere bilermi?
Sualın müəllifi: ulduz Sualın yaranma tarixi: 28.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Birinci hamileyiniz arzuolunmaz şekilde neticelenmesi növbeti hamileliklerinizin de eyni veziyyetle neticelenmesi anlamına gelmez. Narahat olmayın, sadece ciddi hekim nezaretinde olun. 

Salam hekim men 1il evvel endometriozdan emeliyyat olunmusam sol yumurtaligimnan.yumurtaligim bir tam qalib digeri ise bir balaca goturulub.aile quracam isteyirem lakin qorxuram usaq olmaz problem yaranar,?3 aydan 1 kontroldanda kecirem yeni kistani yaranmaga qoyuram CA-125 analizleri verirem qanda qalxan kimi 3 ay derman icirem bunlarin yeni usdune dusmusem usagim olmaginda neden problem yara biler?getmemisden qabaq mualice alsam usag olar tez?
Sualın müəllifi: sevda Sualın yaranma tarixi: 27.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Salam Sevda xanım, keçmiş olsun. Beli evlenmeden önce müayine olub, müalice alsanız hamilelik ehtimalını artırmış olarsınız.

cox sagolun doxtor meni bilgilendirdiyvz ucun tesekkur edirem
Sualın müəllifi: ulduz Sualın yaranma tarixi: 25.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Buyurun, xoşdur!

salam elnure xanim.bagislayin narahat edirem.sizden bir soz sorusum,men hardasa 2 ay bundan qabaq 5 ayliq usaq salmisam.sebeb gematoma olub. sorusmaq istediym budurki men hekleki hec bir mualice etdirmirem, mualice olunmadan menim evladim ola bilermi? xais edirem menim sualimi cvblandirasiz.indiden cox sagolun,tesekkur edirem.yazan Ulduz
Sualın müəllifi: ulduz Sualın yaranma tarixi: 25.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Salam Ulduz xanım, heç bir problem qeyd olunmayıbsa ve önceki hamilelik müalicesiz öz başına baş veribse, halhazırda müaliceye ehtiyacınız yoxdur ve hamile qala bilersiniz.

Cavab verdiyinize gore cox sag olun.hekim ikinci hamilelikde yene teZiqim zulalim qalxa biler?men cox qorxuram
Sualın müəllifi: Nermin Sualın yaranma tarixi: 23.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Beli bu hallar her hamilelikde baş vere biler, birinci hamilelikde olmasından asılı olmayaraq.

doktor evvelki sualima cvb verdiyinizcun twkler.mende hamilelik bas vermis ola bileceyini yazmisiz.son heftede menden qehveyi axinti gelir ve qasintim var.bu qoruyucu vasitelerle elaqeli ola bilermi(kondom)?yoxsa hamilelikle elaqesi varmi?hamilelik bas vererse nece sonlandira bilerem?bir ovladim var.bir abortum olub vakuum ile.
Sualın müəllifi: emma Sualın yaranma tarixi: 23.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Bu suallaro yalnız sizi müayine etdikden sonra cavablandıra bilerem, önce hamile olub- olmadığınızı deqiqleşdirmek lazımdır.

doktor salam. progesteron 12dir tsikl 21ci gun. bu ne demekdir? deli olacam.
Sualın müəllifi: gunay Sualın yaranma tarixi: 23.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Salam Günay xanım, bu hal ovulasiyanın baş verdiyini gösterir.

Salam hekim.bizim gelnimiz hamiledi aparata duwdu orada yazilibki sari cisimin kistasi izlenilmir.bu ne demekdi qorxulu bir sey deyilki cox narahatiq buna gora zehmet olmasa cavablandirardiniz.evvelceden tewekkurler
Sualın müəllifi: nunu Sualın yaranma tarixi: 23.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 07.02.2016

Salam, erken heftelerde görülmesi vacibdir.

Salam hekim.gozlerim zeifdi deye dogumum keyseriyye yoluyla heyata kececek.basqa prablem yoxdu.bu zaman Altdan yoxlamaya ehtiyac varmi?men istemiremse Altdan yoxlanma olsun dogum qabagi
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 22.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.01.2016

Salam Gülnar xanım, gösteriş yoxdursa daxili müayine aparılmır. Narahat olmayın!

Salam Hekim xahis edirem sualimi cavablandirasiz.12 il bundan qabaq 16heftelik usagini abort eletdirib bir yaxinim.Usagida yoxdu.Indi hekime getmek isteyir.Her hansisa jinekoloji ve ultrason muayine zamani ne vaxtsa abort olundugu bilinermi.
Sualın müəllifi: samire Sualın yaranma tarixi: 22.01.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.01.2016

Salam Samire xanım, prosedurda her hansı bir ağırlaşma olmayıbsa bilinmez.

powered by smfaq