Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
salam/men istemedim aciqda yazam. mesajimi oxuyub cavablandirsaz co sevinerem. mende orda qawinti olur bezen cox keskin olur birde ora wiwir bu ciddi ola biler?? mualicesi var bunun?
Sualın müəllifi: arzum Sualın yaranma tarixi: 26.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Salam, saydığınız şikayətləriniz Kandidoz ( göbələk) əlamətləridir. Müalicə alaraq çox asanlıqla sağala bilərsiniz.

Salam doktor, son aybasi 18.10.2015 olub, testde iki xett cixdi, xq395 oldu ayin 22-si, bugun uziye dusdum dediler cooox balacadi inkisafi zeifdi, bide cox uzr istiyirem mennen az az qan gelir, hamilelikde dusuk risqim vaaar sizce, cox uzr istiyirem narahat elediyimcum, evvelceden tesekkur edirem
Sualın müəllifi: Nilay Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Uşaqlıq yolundan qanamanız varsa, düşük təhlükəsi var deməkdir. Təcili olaraq müalicə almanız lazımdır.

salam doktor9 ildi evliyem 8 il durmadan bakinin 80 faiz klinikasinda iranda mualice aldi hetda asilama oldum tutmadi naftalanada getdim netice olmadi ve nehayet 2014 il hamile qaldim 4 cu aya kecen gunu sebebei bilinmeden dusdu.indiye qeder hammile qalmiram 33 34 gunden bir aybaso oluram normaldi aybasi usaq dusenden sonra mualice almAadim.3 ay once uzide oldum folekul 11 gun 18 m idi . indi bilmek isteyirem tekrar mualice almaq ucun hansi vacib analizleri vermeliyem mikrob yoxdu onuda qeyd edim xahis edirem komek edim butun analizleri vermeye imkanim yoxdu
Sualın müəllifi: selane abuzade Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Sizi əyani olaraq görməm, dinləməm, keçmişdə verdiyiniz analiz və diaqnostika üsullarının nəticələrinə baxmalıyam.

Ana sud vere vere erroziyasini mualice etdire bilermi
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

koterizasiya və ya radiodalğa cərrahiyyəsi ilə ziyan deyil.

Hekim hormon pozgunlugu olanda hamilelik testi solgun gosterermi hemde 3gunen sonra yene solgun gosterir?
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Qanda betta hCG verin.

salam hekim men 7aydir aile qurmusam,aybasim normaldi gecikme olmur,yumurtaliq+imda 4mm boyume var,hormonlar +cixdi,hekimim boyumenin ne oldigun demedi,aybasinin 7ci gunu usm-da 6-7mm 6-9foll,11ci gunu ise 7-8mm 8-15foll izlendi,hiserosalpinqoqraiyaya ginderdi hekm gelen aycun meni,xais edirem meslehet verin ne etmeliyem?
Sualın müəllifi: gulka Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Salam Gülka xanım, aybaşılarının vaxtında və hormonların analizinin normal olması bildiyiniz kimi yaxşı haldır.Follikulometriya aydın deyil. Həmçinin yumurtalığın 4mm böyük olması da. Yaxşı olardısa yumurtalığın ölçüsünü yazardınız. 12 ay tamam olmadan da histerosalpinqoqrafiyanı məsləhət görmürəm.

Doktur deqiq desek ovulyasiyadan hesabliyanda nece gune gunen sonra hamilelik testi tund iki xett cixir ve necenci gunlerde solgun olur
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

ovulasiyadan 12-14 gün sonra.

Salam Elnure xanim hamile tsh analizini tovuz rayonunda verse olarmi deqiq olurmu siz neyniyerdiz.usagnan bakiya getmeye imkan yoxdu
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 25.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Yaşadığı yerdə verə bilər əlbəttəki.

Hamilede şeker cixibsa neynemelidi
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 24.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 25.11.2015

Salam Aytən xanım, Hamiləlikdən öncə belə bir şey olmayıbsa və ilk dəfə hamiləlikdə çıxıbsa (Gestosional diabet) dərəcəsindən asılı olaraq xüsusi  diet və müalicə almalısınız. Hamiləliyiniz və körpəniz xüsusi tibbi nəzarət ( ginekoloq və endokrinoloq tərəfindən) altında olmalısınız.

Salam hekim.hamilede hepatit b ve c cixibsa neynemelidi abort yoxsa dogus?mualce ile.
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 24.11.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 26.11.2015

Virusun orqanik təsirləri qeydə alınmayıbsa hepotoloqun və ginekoloqun nəzarəti altında hamiləliyinizi davam etdirə bilərsiniz. Sadəcə doğum kesariyyə kəsiyi ilə ola bilər. Yox əgəgr orqan zədələnməsi varsa hamiləliyin davam etməsi üçün hepatoloqun onayını almalısınız.

powered by smfaq