Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam hekim sari axintilarin olmasi normaldir?bezen biraz iy de olur..Ikinci sualim da budurki mende zob var buna gore aybasim duzenli vaxtlarda olmur..zobu mualice etdirsem kecer yoxsa ginekoloqa getmeliyem?
Sualın müəllifi: Aylin Sualın yaranma tarixi: 13.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, bəli, sarımtıl və iyli axıntılar hər hansı bir problemin, yəni iltihabın və yaxud florada dəyişikliyin göstəricisidir. Bunu mütləq şəkildə müalicə etmək lazımdır. 2-ci olaraq tiroid vəzində problemlə əlaqədar siz uşaq arzusundasınızsa və aybaşınızda da pozğunluq yaradırsa ginekoloqla endokrinoloq müştərək üzərinizdə işləməlidir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim sizi narahat eden qebeleden Nebahet xanımdı hekim men 2009cı ilde keseriye olmuşam borularımıda bağlayıblar onu açmaq mümkündü
Sualın müəllifi: Nebahet Sualın yaranma tarixi: 13.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, Nəbahət xanım, təəssüf ki, borularınızı açmaq mümkün deyil və keçiriciliyini bərpa etmək mümkün deyil. Sizin yenidən övlad sahibi olma arzunuz varsa, yalnız süni mayalanmaya müraciət etməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim bagisliyin sualima gore hekim mende ayagimin yuxari bud hissesinde,iceri terefinde,cinsiyyet orqanina yaxin erazilerde yeni tukler cixib uzun uzun,bas tuku kimi uzanir hekim bu tehlukeli biseymi?ozumde 9aydi evliyem hamile qala bilmirem
Sualın müəllifi: aysel Sualın yaranma tarixi: 12.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, əgər yenidirsə bu problem o zaman hormonal düzəydə bir problem olduğunu göstərir. Bunun hansı düzəydə problem olduğunu isə həkim müayinəsində ancaq təyin etmək mümkündür. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam xanım. Çox ama çox xahiş edirem cavab veresiz.men 6cı ayın ilk heftesindeyem, hamileyem.düzü uşağı istemirem.abortdan qorxuram.ev şeraitinde nece sonlandırım? 2ci 5ayın bitmesine 1 hefte qalmış yoxlanışa getdim.uşağın çekisi 128 qr oldu.bu normaldımı? Mende 2güclü mikrop da çıxıb.problemi varmı uşağı?ama usm normal deyir.
Sualın müəllifi: Xeyale Sualın yaranma tarixi: 12.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, siz hər halda 16-cı həftə demək istəmisiniz, çünki 6-cı ayda uşaq 128 qr ola bilməz və ümumiyyətlə 10 həftənin üstündə olan bütün canlı uşaqlara edilən abortlar artıq cinayət hesab olunur. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam.hekim men 27 heftelik hamileyem iki gundur sol elimin iki barmaqinda uyusmeler olur qolumda olur..bu hamilelikden ola bilermi.ve neye gore ola biler?
Sualın müəllifi: Günay Sualın yaranma tarixi: 12.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, sizi müayinə etmək lazımdır, bu onurğaya düşən yüklə əlaqədar ola bilər. Yəni hamilə olduğuz üçün və onurğada olan sonradan yaranmış yaxud əvvəldən olan problemlə əlaqədar belə hiss eləyə bilərsiniz. Həmçinin maqnezium və kalsium çatışmazlığı bu şəkildə özünü biruzə verə bilər. Bunu dəqiqləşdirmək üçün ancaq müayinə olunmalısınız. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktor. 4aydı aileliyem. 8heftelik hamileyem. Amma mende elaqe cetin olurdu. Genikoloq baxışında qızlıq perdem tam acılmayıb. Men bunu indi hekim vaaitesile acdırmalıyam? Çunki Qeyseriyye olmaq İstemrem. Yoxsa dogus vaxtı özü acılacaq? Vaginizm xesteliyime gore bele olub.
Sualın müəllifi: Ahu Sualın yaranma tarixi: 12.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, yox, hal-hazırda heç bir şey etməyin, çünki hər edəcəyiniz müdaxilə hamiləliyinizə zərər verə bilər. Və sizin stres yaşamanıza səbəb olar. Doğuş zamanında hər şey yoluna düşəcəkdir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim, 20 heftelik hamileyem lakin kop ve medemdeki joqadan cox narahatam. Hekimim qasdop dermanini meslehet gordu lakin istifade etmemisem siz ne meslehet gorerdiniz kop ve joqa ucun?
Sualın müəllifi: Ulker Sualın yaranma tarixi: 12.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, əlbəttə ki, hamilələr üçün xüsusi dərmanlar vardır, amma təəssüf ki, bu şəkildə biz heç bir dərman preparatı təyin etmirik.

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnure xanim.Menim bacim bir nece il qabag emeliyyat olunub.Usagligi gotrulub.Menusturasiya olmadigina gore ayda bir defe damarindan qan aldirir.Bunun ona menfi tesiri olmazki?
Sualın müəllifi: Derin su Sualın yaranma tarixi: 12.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, bu işləmi etməyə ehtiyac yoxdur. Yəni bunu sizə kim məsləhət görüb? 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim hamileliyin ilkin elametleri en tez nevaxt hiss edilir?
Sualın müəllifi: aysel Sualın yaranma tarixi: 11.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, gözlənilən aybaşı tarixinə 2-3 gün qalmış. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam. doktor, sizdən məsləhət almaq istəyirəm. indi aybaşının 6cı günündəyəm. 5-10-cu gün hər gün 1əd kostelbeqyt icdim. 12ci gün folekul 14mm idi. 14-cü folekul 20x12mm catdı və elə 14-cü gün 5000+5000=10000 xq ecofaz iynəsi, növbəti 15-ci gün isə 5000xq ecofaz iynəsi vurdurdum. böyük bir ümidlə 16-cı gün uziyə getdim ki yəqin partlayıb. amma folekul partlamamışdı əksinə 19x20mm olmuşdu ölçüsü. sizə belə bir sualım var: doktor, 15000xq ecofaz vurdurmuşam amma bu folekul partlamadı. bu nədən ola bilər? inana bilmirəm ki bu iynə folekulu partlatmayıb. sizcə, bu nədən ola bilər?bu iynənin dozası azdı? ya nədən? cox xahiş edirəm məsləhət verin. bu folekulu əgər qabığı qalındırsa və iynə də təsir etmirsə başqa necə partlatmaq olar? öncədən təşəkkür
Sualın müəllifi: Ayka Sualın yaranma tarixi: 11.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, sizdə ovulyasiya 100% gedib. Follikulun balacalaşması ovulyasiyanın getməsini göstərir. Əks halda böyüyərdi, bunu yoxlamaq üçün aybaşının 21-ci günündə progesteron analizi verin qanda, əgər 5-in üstündədirsə, yenə də əmin olun ki, sizdə ovulyasiya gedib. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq