Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam xanim men oyrenmey isteyirem ki aybashinin gecikmesi neden ola biler
Sualın müəllifi: Ayten Sualın yaranma tarixi: 20.04.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.04.2015

Salam Aytən xanım. Aybaşı gecikməsi fizioloji(  norma daxilində) və patoloji (problemlə əlaqədar) ola bilər.

Fizioloji aybaşı gecikməsi: hamiləlik, laktasiya(südvermə)

Patoloji Aybaşı düzənsizliyinə orqanizm də mövcud olan hormonal disbolans( düzənsizlik),stres,şok dietalar, ani arıqlama, artıq çəki, piylənmə, tiroid problemleri, yumurtalıqların polikistozu, yumurtalıq rezerv azlığı, uşaqlıq daxili endometrium problemləriləri(reseptor zəifliyi) və s. səbəb ola bilər.

Salam Elnurə xanım, mən yeni aile qurmuşam, .hamileliklə baglı bəzi məqamlar məni çaşdırır. Mart ayının axırı 2 dəfə hamiləlik testi etdim . Aralarında 2 gün fərq oldu. Hər ikisində cavab müsbət oldu. Sonra qanda analiz verdim, amma qanda cavab mənfi oldu Mən başa düşmürəm niyə belə oldu, axı sidikdə test müsbət göstərirdi, öncədən təşəkkürlər.
Sualın müəllifi: Samire Sualın yaranma tarixi: 14.04.2015
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 14.04.2015

Salam. Sidiklə yoxlanılan test yanlış ola bilər, beləki testin nəticəsi ilk 3-5 dəqiqədə çıxan olmalıdır,gec saxlayanda istər-istəməz yalançı tündləşmə olur, və bu sizi çaşdıra bilər. Bir də sidik testlərinin istifadə müddətini yoxlamaq məsləhətdi. Qan testinin də yanlışlıq faizi az olsa da mümkündür, beləki, əgər siz son aybaşı tarixinizi düzgün deməmisinizsə cavabda yanlışlıq ola bilər. Dəqiqləşdirmək üçün, 3 gündən sonra təkrar XQ analizi vermənizdir. Uğurlar.

powered by smfaq