Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam hekim femaston dermani ne ucundur
Sualın müəllifi: Nuri Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.02.2017

Salam, probleminizi ətraflı yazsanız sizə daha dolğun cavab verərik. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Doktor salam.Bele bir sualim var.Bir ildir agrilarim vardi nehayetki bu il bu dehwet axintiyla neticesini gosterdi.# gun once hekim qebulunda oldum.Umumi kolonoskopiyadan sonra melum olduki eroziya var yani biraz keskin formasi.14 cur de test olundu ve melum olduki gobelek ve infeksiya var.Indi mualice aliram sualimin megzi odurki sonraki prosedur ne olacaq?eroziyanin mualicesmi ya nece?Agrilarim olur ve oturan zaman bezen qicimin alti keyiyir.BUnlar eroziyanin fesadimi?hansi klinikada caliwdiginizi da qeyd edersiz mumkunse..Onceden tewekkurler..
Sualın müəllifi: sevinc Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, ağrılarınızın mənşəyi nədir? Yəni eroziyadan ağrı olmaz. İkincisi kolposkopiyanı yəqin nəzərdə tutursunuz, bəli, kolposkopiya ilə eroziya təsbit oluna bilər. İnfeksiyadırsa hansı infeksiyadır? Bu çox önəmlidir bizim üçün. Eroziyanın müalicəsi olmalıdır, amma bundan öncə hər hansı bir iltihabi proses varmı, göbələk varmı bunlar müalicə olunmalıdır, ondan sonra eroziyanın müalicəsinə keçilməlidir. Bəzən iltihab problemi belə eroziya şəklində alqılaya bilirlər bəzi mütəxəssislər. Ona görə iltihabı müalicə etdikdən sonra eroziyanı yenidən dəyərləndirmək lazımdır. Baku Medical Plazada (Babək filialı) işləyirəm. Əlaqə telefonum 055 285 54 80 və gəlmədən 1-2 gün öncə randevu almanıza ehtiyac var. 

Salam hekim yoldasim bir heftelik hamiledi medesinde kop olur qarnina sanci verir gunun cox vaxti kop olur bu neden ola biler?
Sualın müəllifi: Isa Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, sizin də nəzərinizə çatdırım ki, 1 həftəlik hamiləliyi bilmək mümkün deyil. Hamiləlik məluma olduqda artıq hamiləliyin müddəti 4 həftəlik olur. 1 həftlik çox güman ki siz aybaşı gecikməsini deyirsiniz, o zaman 5 həftəlik hesab edilir. Köpün olması hamiləliklə əlaqədardır. Çünki progesteron hormonu, yəni hamiləlik hormonu artdığı üçün bağırsaqlarda bu tipdə problemlər yarada bilir. Əlbəttə ki müəyyən işləmlər, müalicələr və məsləhətlər vardır. Təəssüf ki, bu şəkildə verə bilmirik, çünki köp diaqnozunu biz də təsdiq edib sonra müalicə yazmalıyıq. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam, Qizliq perdesinin perpasinin qiymetlerini bilmek isderdim ve hansi xesdexanaya muraciet etmek lazim oldugunu? Tesekkurler.
Sualın müəllifi: Leyla Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, qızlıq pərdəsi ilə əlaqədar nəyi nəzərdə tutursunuz başa düşmədik. Çünki qızlıq pərdəsi ilə əlaqədar heç bir qiymət mövcud deyil. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim men 3 heftelik hamileyem uziyede gedtdim dediki usaqliqda genislenme var bu ne demekdi. Birdeki herden bir agrim olur qarin altinda bu neden olar acilmaq isdiyir yoxsa agri ola biler
Sualın müəllifi: Elnure Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, ilk olaraq onu deyim ki, 3 həftəlik hamiləlik diaqnozu qoyulmur və hamilə olduğunuzu bildikdə yəni həkim də daxil olmaqla ancaq 4-cü həftədən mümkündür bu. USM-də genişlənmə dedikdə nəyi nəzərdə tuturlar mən də anlamıram. Bəlkə ultrasəs müayinəsini görəriksə tibbi dildə oxusaq daha aydın şəkildə yansıyar. Qarın altında ağrılarınızın olması normal da ola bilər, yaxud açılış təhlükəsinin göstəricisi də ola bilər. Buna görə müayinə olunmalısınız. Bir an öncə həkimə müraciət edin. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim usagliq boynunun eyri olmasi ne demekdi? Ola bilirmiki eyri cox olur sperma iceri getmir ve ona gorede hamile qala bilmire
Sualın müəllifi: gunay Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, uşaqlıq boynunun əyri görünməsi, bəli, uşaqlığın yönünün əyri olması ilə əlaqədar ola bilir. Normada da bütün qadınlarda uşaqlıq tam ortada deyil, bir az sağa ya sola meylli olur. Amma patoloji meyllililk də vardır. Bu bəzi infeksion xəstəliklərin, və ya anadangəlmə anatomik quruluşda problemin olmasını göstərir. Bunun üçün müayinə olunmalısınız. Yəni uşaqlığınızı ultrasəs müayinəsindən ya da rengtendən keçirtmək olar. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim deyirler 1bas boyuk sogani soyub 4yere bolub 1litr suda qaynadib 1stekan qalana qeder.sora onu icmey yaxsidi yumurtaliga falan elemi?neye lazimdiki bu?
Sualın müəllifi: zerife Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, bəli, faydası vardır. Zərəri yoxdur. Bunu edə bilərsiniz. Yumurtalıqların və yumurta hüceyrələrinin keyfiyyətini artırılmasını göstərmişdi təcrübəmizdə. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnure xanim.33yawim var.2ovladim var.13-11yawinda.Hecbir mualice almadan olublar.Aybawim adeten 6gun olurdu.4-5ay olar 3gun olur.Aybawiya 4gun qalmiw uziye getdim hekim dedi folekul yetiwib amma partdamiyib,geri sovrulur.Men yeniden ana olmaq isteyirem.Evden cixa bilmirem,hekime gedem.Uzi evin yanindadi deye mecbur tez gedib gelmiwem.Xaiw edirem mene komek edesiz.Men neyniye bilerem?
Sualın müəllifi: Nona Sualın yaranma tarixi: 18.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, əgər siz uzunmüddət övlad sahibi olmaq istəyirsinizsə, 3-cü dəfə və hamilə qala bilmirsinizsə o zaman bir probleminiz var. Və o problemi həll etmək üçün mütləq şəkildə həkimə getməlisiniz. Bunun başqa çıxış yolu yoxdur. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Dr salam. Men aılelı deyılem . Aybawı her ay normal baw verır . Sadece uzumde sepkıler olur derım yaglıdı . Bunun ucun gınekoloqa muracıet etdım o mene abdomınal muayıne ve hormon muayıne etdı . Uzı muayıne zamanı duqlasda maye cıxdı, hormonal muayınede ıse Estradıol asagı LH ıse yuxarı cıxdı . Mene hormonal derman yazdı teqvımlı 1 ay ıcdım qorxdum saxladım . Amma uzumde sepkıler yaranır yenede . Bılmey ısterdımkı usdekı sepkılerım bu hormonlara gore yaranır yenı polıkıstoz elametı falan deyıl ?
Sualın müəllifi: Semra Sualın yaranma tarixi: 17.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, bəli, üzdəki səpkilər yumurtalıqlarla da bağlı ola bilər. Həmçinin yumurtalıqların polikistozu ilə də əlaqədar ola bilər. Amma bunu sizi müayinə etmədən və hormon analizlərinizi göstəricilərini gözlərimizlə görmədən heç bir şey deyə bilmərik. Sırf olaraq dəri problemi ilə də əlaqədar ola bilər. Yaxşısı budur ki sizin analizlərinizi görək. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktor necesiz? Menim polikistozum var.Mene bu dermanlar yazilib ;FUBOS, AFRONEX ,NOVAREST, VERNALIN
Sualın müəllifi: Nurlana Sualın yaranma tarixi: 17.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, polikistozun müalicəsi təmamilə başqa sxem üzrə aparılır. Bunlar qeyri-ənənəvi tibbi preparatlardır. Yəni polikistozun müalicəsində istifadə olunacaq dərmanlar deyil. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq