Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam Elnure xanim.Oncelikle burda bize vaxt ayirib suallarimizi cavablandirdiginiz ucun size minnetdaram.Elnure xanim menim bu gunlerde ovulyasiya vaxtimdi hamile qalmaq isteyirem.Eyni zamanda evde idmanda edirem qarin hissem ucun.Bu idmanin hamile qalmaga eks tesiri olarmi?Ya helelik idmanla mesgul olmayim gozleyim ne meslehet gorursuz?
Sualın müəllifi: Ay_ten Sualın yaranma tarixi: 17.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, mən də sizə təşəkkür edirəm minnətdarlığınız üçün sizi razı sala bilirəmsə nə mutlu mənə. İdmanla məşğul olmanıza gəldiyinizdə, ovulyasiya dönəmində sporun heç bir əks təsiri yoxdur. Amma hamiləlik planlayırsınızsa, arzu olunan odur ki, idman hərəkətlərini ertəliyəsiniz. Əsas gözlənilən aybaşı tarixində əgər sidik testi neqativ olarsa, o zaman idmanınıza davam edə bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnurə xanım. Mən 18 həftəlik hamiləyəm. Bilmək istəyirəm ki, hansı analizləri verməliyəm və USM müayinəsi ən yaxşı haradadır?
Sualın müəllifi: Nərmin Sualın yaranma tarixi: 17.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, siz artıq həkim müayinəsində olmalısınız. Bizə müraciət etsəniz ultrasəs müayinəsini mən özüm edirəm. Və indiyə qədər hansı analizləri vermisinizsə bağlıdır. Əgər heç bir analiz verməmisinizsə onda standart hamiləlik analizlərini verməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam mən 5 həftəlik hamiləyəm, amma göbəyimin altında ağrı var eləcə uzanıram.aspirin,folikacid Estiriol içirəm.progestron iynəsi vurdururam
Sualın müəllifi: Ləman Sualın yaranma tarixi: 17.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, qarnınızın aşağı hissəsində ağrının mənşəyini öyrənmək lazımdır. İkincisi də niyə bu qədər çox dərman istifadə edirsiniz? Süni mayalanma müalicəsindən sonrakı hamiləlikdirmi, yoxsa hər hansı bir probleminizmi var? 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnure xanim.Sizden intim gel hakkinda meslehet almag istiyirem.Men Lactacyd istifade edirem,daha dogrusu yeni istifade etmeye basladim.Sizce meselehetlidi?Baska bir ginekoloq mene Epigen deye bir gelde meslehet bilmisdi.
Sualın müəllifi: Dina Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, nə məqsədlə istifadə etməyinizə bağlıdır, hər hansı bir natahatçılığınız varmı?

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim.Menim bir narahtcilgim var.Aybaşi ile bagli problemim var. Qiz vaxti hec bir aybaşi problemim olmayib. Iki il once iki ay evli olub ayrilanan sora bele bir problemle uzlewdim ve hal hazirdada hecbi münasbet yoxdu. Mende her ay ayin 15-16nan karcnvi maye gelir agrimiram qoxusuzdu. Ve normal qan halnda ayin 28-29 aybaşi olur ve 3gun davam edir. Hekimdede olmuşam usmde hec bi kista olmadgin deyib sadece uşagligda azca eyriliy oldgun bildirb. Men indi sizden xaiw edrem cvblandirasiz. Men bu problemi nece hell edim ?? Mende ne xesteliyi var??
Sualın müəllifi: Gunay Aydinova Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, bu çox böyük ehtimalla hormonal disbalansın əlamətidir, yəni hormonal fonunuzda dəyişikliklər var. Bunun ən doğru yolu sizi müayinə edib hormon analizlərinizə baxıb və uyğun bir müalicə təyin etməkdir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

standart 

Salam. Doplere neçənci həftədə düşmək lazımdır?
Sualın müəllifi: Aygun Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, doplerə standart 23-26 həfətədə düşməyə ehtiyac vardır. Başqa zamanlarda da ola bilər, bu da ancaq göstəriş əsnasında, əgər hamiləliyinizdə hər hansı bir göstəriş varsa, o zaman həftəyə baxmçırıq və doplerə gedirik. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim men hamile oldugumu oyrendim bugun 4 hefte 4 gunluk hamileyem qaenimin altinda azmaz agri olur sanci tutur buraxir
Sualın müəllifi: Sema Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, hamiləliyin ilkin həftələrində cüzi ağrıları normal hesab edirik. Amma hər ağrı həkimə müraciət etmə göstərişi yaradır. Buna görə müayinə olunun. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim men aybasi qutarandan sonra conavag yuyunma dusu ile ovumix sami istifade etmisem 5gun.ve bugun bildimki hamileyeem.bunlarin hamileliye ziyani olmazki?
Sualın müəllifi: Leyla Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.02.2017

Salam, narahat olmayın, problem törətməz, sadəcə olaraq hamiləliyinizə ciddi nəzarət lazımdır. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim. Deye bilersiniz butun qizlarda qizliq perdesi eyni qurulusda olur? Birde qizliq perdesi hamar olmalidi? Zehmet olmasa melumat vere bilersiz? Cox sagolun
Sualın müəllifi: Aygun Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 17.02.2017

Salam, qızlıq pərdəsi fərdi xüsusiyyət daşıyıq və müxtəlif xanımlarda fərqli ola bilir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam mende virus cixib 3 virus cixib hekim bunu yazib азитромицин RNP birde alfatron bunlar virusa xeyr edecek cox qorxuram hekim stoqolovirus uroplazma birde t ile bawlayan virus dedi bu te sir edermi
Sualın müəllifi: ayurn hesenli Sualın yaranma tarixi: 16.02.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 17.02.2017

Salam, Sizə yazılan müalicə sxemi məqsədə uyğun deyil, çünki virus əleyhinə yazılmış bir müasir müalicə standartlarına, müalicə protokollarına uyğun gəlmir. Siz analizlərinizi bizə göndərin, əgər aktiv formada bir şey varsa ancaq müalicə tələb edir. Çox güman ki sizdə aktiv deyil, passiv formada viruslar qeyd olunub. Belə olduğu halda da müalicəyə ehtiyacınız yoxdur. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq