Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam Dr.yad cisim hiss etmiremse ve sidik qacirma problemim yoxdursa usaqliq sallanmasinin necenci derecesindeyem?
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 07.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, bu şəkildə uşaqlıq sallanmasının dərəcəsini təyin etmək qeyri-mümkündür. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnure xanim.Mende aybawi olan zaman pis qoxu olur.Teze aile qurmuwam yoldawimla elaqe zamanida olur qoxu ama bezen. Bu soyuqdeymeden ola bilermi?Hemde aybawinin vaxti 22 idi 5i oldu ama aybawi kimi yox leke kimi olur ama az az.bu nedendi?
Sualın müəllifi: Ilnur Sualın yaranma tarixi: 07.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, mütləq şəkildə hər iki səbəbə görə həkim müayinəsindən keçməlisiniz. Hər iki səbəbin də həllini tapıb müalicə etmək lazımdır. Bunu gecikdirməyin. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam həkim çox xahis edirem mene kömeklik göstərin. Men iki aydi keser olmusam.34 həftəlik usaq ölü olaraq götürüldü.döl ciftdən ayrılmısdı.daxili qanaxma verdi çox agır əməliyyatdan sonra həkimlər məni həyata qaytardı .İndi mənə deyirlər ki sən daha ana ola bilməzsən. usaqlıq qaramış veziyyətdədir və iki yerdə qan sızma var. İndi xahis edirəm mənə bu vəziyyətdə ana ola bieremmi. Umumiyyetle bu halda usaqlığın bərpası mümkündürmü?mən hnası muayinə və müalicələrdən keçə bilərəm.
Sualın müəllifi: Turane Sualın yaranma tarixi: 07.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, bu sualınıza cavab evrmək üçün sizi mütləq detaylı müayinədən keçirmək lazımdır. Yəni MRT müayinəsindən, uşaqlıq arterilərinin doplerindən və həmçinin uşaqlığın USM-dən keçirmək lazımdır. Yəni bu ehtimal da var. Amma sizə yalnız müayinələrdən sonra düzgün cavab vermək mümkündür. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim sualim suni mayalanmadan once edilen mualiceler suni mayalanma ile eyni qiymetemi daxildir
Sualın müəllifi: Fatma Sualın yaranma tarixi: 06.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, süni mayalanmadan öncə edilən müalicə süni mayalanma proqramına aid deyil, amma burda müalicəyə ehtiyac varmı ya yox ona qərar verilməlidir. Müalicə müxtəlif ola bilər, problemlər də müxtəlif ola bilər. Süni mayalanmaya başlayan insan mütləq şəkildə bütün problemlərdən çıxdaş olunmalıdır. Və problemdən asılıdır ki, sizə nə qədər yansıyacaq. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam hekim.Men-Memmedova Ülviyyə 29 yaşım var ve subayam. Men aybaşı pozqunluqundan eziyyet çekirem ve bunun üçün hekim müayinesinde olmuşam.axırıncı avqust ayında olub müalicəm . qeyd edim ki yumurtalıqlarım böyümüşdü ve hekim ona göre müalice yazmışdı axırıncı bu avqust ayında. ve artıq noyabr ayıdı (sanki müalice almaqımdan 2 ay keçib axırıncı avqust ayından ye ni) men bu iki ayda hekime getmemişem və qarnımın aşaqı hisslərində aqrı-sanki ürək kimi gubbulday hiss edirəm. ve 1 ay 20 gündü aybaşım da gecikib.hekim bilmək istəyirəm bu qarnımın aşaqı hissəsindəki ürək kimi gubbuldayıb döyünmələr nədir? öncədən təşəkkürlər
Sualın müəllifi: Ülviyyə Sualın yaranma tarixi: 06.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, sizin bu şikayətənizi yalnız müayinə ilə əsaslandırıb o şəkildə diaqnozu qoyub səbəbi söyləmək olar. Bu şəkildə nədən söhbət getidiyni bilmək mümkün deyil. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim men 1il 5aydi evliyem hamile qala bilmirem .uwaqliq boynunda sepki vardi temizlediler Hal hazirda derman qebul edirem bawqa bir problem yoxdu.sebeb ne ola biler
Sualın müəllifi: Aynur Sualın yaranma tarixi: 05.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, sonsuzluq baxımından diaqnostika elə də asan deyil. Əgər 1 il tamam olubsa bildiyiniz kimi sonsuzluq adı artıq veririk. 1 il 5 aydı tamam olub deyirsiniz, buna görə mütləq sizin uşaqlıq borularınızın keçiriliciyi yoxlanmalıdır, 2-ci olaraq yoldaşınızın spermoqrammasına baxılmalıdır. Sizin hormonal fonunuzu və USM-i keçirmək lazımdır. Ondan sonra yalnız sizə diaqnoz qoyula bilər. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim bagislayin narahat edirem.men 4aydi evliyem aybasim vaxti vaxtinda olmur.problemim polikistozdur.hamile qalma ehtimalim var??xahis edirem cavablandirasiniz
Sualın müəllifi: Anonim Sualın yaranma tarixi: 05.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, polikistik yumurtalıqlarda hamiləlik ehtimalı bir az aşağıdır. Əgər aybaşıları da düzənsizdirsə. Ona görə həkim dəstəyinə bəzən ehtiyac olur. Bununla bağlı həkimə əyani müraciət edə bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim. Men neçe vaxtdir bir şeyden şübhelenirem. Mene ele gelir sağ yumurtalığımda şiş var. nadir hallarda küt ağrılar olur sağ terefde,tez tez sidiye gedirem. bir de ki, mene ele gelir qarnimin aşağı hissesi köpmüş kimidir. Kenardan baxanda heç ne hiss olunmur, prosto mende köplük hissi olur. Bunu nece ve hansi yolla müayinə etmek olar? Bir de ki yumurtalıqda şiş olanda başqa hansı əlamətlər olur. Subayam. 30 yaşım var.
Sualın müəllifi: Samira Sualın yaranma tarixi: 04.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, əlbəttə ki, çox asanlıqla bu şübhənizi aradan qaldıra bilərsiniz. Sadə ginekoloji USM-dən keçməklə. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Necenci derece sallanmada hamilelik bas tutur necencide tutmur?
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 03.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, hamiləliyin baş verməsi dərəcədən asılı deyil. Əlbəttə ki, dərəcə irəli olduqca hamiləlik ehtimalına təsir edə bilər. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktur usaqliq sallanmamin necenci derece oldugu neden bilinir? Mende sidik qacirma, vaginadan cole cixma yad cism hiss etme yoxdu.sizce hansina aiddir mende? Narahtaligim yoxdu.
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 03.11.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 21.12.2017

Salam, siz heç cür uşaqlıq sallanmasının dərəcəsini təyin edə bilməzsiniz. Bunu ancaq ginekoloji masada ginekoloq tərəfindən böyük təcrübələrə dayanaraq təyin edilir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq