Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam həkim. Öncəliklə bayramınız mübarək. Yeni iliniz uğurlu olsun. Bir sualım vardı. Mən 31 yaşındayam. Ailə qurmamışam. UZİ zamanı iki ədəd (25×28; 36×34) mioma olduğunu söylədilər. Bunun əməliyyatsız (UAE ilə) müalicəsi mümkündürmü? Ailə qurduqdan sonra hamilə qalmağımda hər hansı problem yaranarmı? Çox xahiş edirəm kömək edərdiz.
Sualın müəllifi: eva Sualın yaranma tarixi: 30.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, miomanın dərmanla müalicəsi mümkün deyil. Əlbəttə ki, miomanın müalicəsində medikamentoz müalicə sxemi vardır, amma sadəcə miomanın bir az kiçilməsinə səbəb olur və burada məqsəd miomu tam aradan qaldırmaq deyil, sadəcə süni klimaks yaradaraq və gələcəkdə hamilə qalmanıza və yumurtalıq rezervinə təsir etdiyi bir müalicə olduğu üçün birinci növbədə bu yoldan vaz keçmək (imtina etmək) lazımdır. Qaldı ki gələcəkdə miomaya toxunmadan uşaq sahibi olub-olmayacağınıza bu onun yerləşməsindən asılıdır. Bunu dəqiqləşdirmək lazımdır ki, hansı hissədə yerləşir və imlantasiyaya yəni embrionun yerləşdiyi yerə mane ola bilən hissədədirmi yoxsa yox. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam. Mən qızlıq pərdəsi ilə bağlı çox narahatam. Həkimə getmişəm deyib hər şey yaxşıdı qızsan. Heç bir zaman əlaqədə olmamışam. Ama beynimdən bu fikri ata bilmirəm. Elə bilirəm toy günü nəsə olacaq. Yəni həkim deyibsə ki qızsan bir problem olmaz? Qan gəlmiyən (elastik)pərdə olsaydı yəqin həkim deyərdi elə? Çox xahiş cavab yazarsız.
Sualın müəllifi: Zeynəb Sualın yaranma tarixi: 29.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, sizin probleminiz sırf psixolojidir, qorxudandır və psixoloq dəstəyini almağı məsləhət görürəm. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doctor menim 21 yawim var 3aydi evliyem aybawida her ay oluram ama 11 gun hemiwe gecikir qiz vaxti ise gecikme 4 5 gun olurdu hamile qalmagma problem.olmaz?
Sualın müəllifi: Xanim Feyzullayeva Sualın yaranma tarixi: 28.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 06.01.2017

Salam, anladığım qədərilə 40 gündən bir aybaşı görürsünüz, bu normal hal deyil. Evlilikdən sonra stres, mühit dəyişikliyi, psixoloji təsir, həmçinin kilo alma və vermə ilə əlaqədar belə ola bilər. Mütləq şəkildə aybaşınızı düzənə salmaq lazımdır, yoxsa hamiləlik ehtimalınızı gecikdirə bilər bu hal. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam. Hekim men dekabrin 30da medikamentoz abort oldum. Mende mensturasiya gecikmesi bas verir. Bu normal haldir?
Sualın müəllifi: Seva Sualın yaranma tarixi: 27.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, medikamentoz abort olduğunuz zaman qanamanı artıq aybaşı kimi qəbul etməlisiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim uzr istirem sualima gore men 6cu aydi evliyem hamilelik yoxdu elaqeden sonra sperma cox axir seheri gun axsamakimi sidiye gedende ve hetta 2-3gun sonrayakimi gelir.bu normaldimi?
Sualın müəllifi: zerife Sualın yaranma tarixi: 27.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, evliliyin 6-cı ayında biz sadəcə müayinələrə icazə veririk, yoldaşınız və siz müayinələrdən keçin. Əgər problem varsa müdaxilə olunsun, problem yoxdursa evliliyin tam 12 ayına qədər gözləməlisiniz müalicə üçün. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

salam. doktor. 1ildir ailəliyəm. hec bir müalicə almamışam və hamiləlik olmayıb.qız vaxtından aybaşım gecikir 35-40-50 gündən bir olur. 1ilin tamamında menstrasiyanın 33-cü günü XQ-40,92 göstərdi analizdə. analiz verdiyim yerdə 1həftəlik hamiləlikdə XQ 10-30 arası, 2həftəlikdə isə 30-100 arası referans aralığı götürülür. amma 1həftə sonra, yani ki menstrasiyanın 40cı günü XQ-30,22 göstərdi və qan analizində. və 2saat pristup verdikdən sonra noşpa atdım, aybaşı başladı və qatı dağılmayan laxta şəklində bir şey düşdü aybaşı ilə bərabər. amma bu günki gündə mənə bir həkim deyir hamiləlik olub ama cok kicik, biri də deyir yox hamiləlik olmayıb sadece (səhv etmirəmsə adı p-ilə başlayan bir hormono görə) XQ belə göstərirmiş. doktor bəs sizcə bu hamiləlik olubmu? öncədən təşəkkür
Sualın müəllifi: Ayka Sualın yaranma tarixi: 27.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, Sizdə biokimyəvi hamiləlik olub və hamiləlik inkişaf etməyib, amma aybaşının bu qədər gecikməsi yəni 35-40-50 gündən bir aybaşı görməniz normal bir şey deyil. Bu hal hamiləlik halının gecikməsinə səbəb ola bilər. Bundan bağlı mütləq şəkildə hamiləlik üçün müalicə almalısınız. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim men 8 aydi evliyem ama hamile qalmiram her ay aybasim olur vaxdi vaxdinda ama agrilarim olur qarnimin altinda ola bilermiki vaspaleniyam olsun.antibiotik qebul etmeyimi ve ya iyne vurdurmagimi meslehet gorursunuzmu ve hansi antibiotik yaxwidi onu nene yazin cavab verin zehmet olmasa
Sualın müəllifi: Sema Sualın yaranma tarixi: 26.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, evliliyin 6-cı ayında biz sadəcə müayinələrə icazə veririk, yoldaşınız və siz müayinələrdən keçin. Əgər problem varsa müdaxilə olunsun, problem yoxdursa evliliyin tam 12 ayına qədər gözləməlisiniz müalicə üçün. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Xanim hesaplama yolu duz cixirmi oqlan qiz
Sualın müəllifi: Leyla Sualın yaranma tarixi: 26.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 02.01.2017

Salam, hesablama ilə dünyaya gələcək uşağın ya da hamilə qalacağınız uşağın qız və ya oğlan olmasının tibbi əsası yoxdur. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim evvelceden size yewrkkurumu bildirirem. Hekim men 5 heftelik hamileyem bu gune qeder 2 defe usm muayinesinden kechmiwem bunun usaga gelecekde bir ziyani olarmi?
Sualın müəllifi: Aida Sualın yaranma tarixi: 25.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 01.01.2017

Salam, 5 həftəlik hamiləlikdə 2 dəfə ultrasəs müayinəsini doğrusu anlamadım. Bu qədər qısa bir surədə niyə belə tez-tez düşmüsünüz? bunun izahını yazsanız məmnun olaram. Bundan başqa hamiləlikdən öncədirsə ümumiyyətlə heç bir şeydən söz gedə bilməz artıq. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktor.men 11ci heftedeyem 6ci heftede ureyim bulanmaga basladi 9cu heftede kesdi 9,10cu heftelerde yeni iki hefte olmadı.bu hefte yene basliyib elebil ilk günlerdeki kimi bulanir.bu normaldir?istahim duzelmisdi yeniden pozuldu.hecne yeye bilmirem.xais edirem cavab yazardiz
Sualın müəllifi: Ayka Sualın yaranma tarixi: 24.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 01.01.2017

Salam, bəli, bu normal haldır, amma hər bir hamilə həkim nəzarətində olmalıdır və müayinələrə mütləq vaxtlı-vaxtında getməlidir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq