Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
Salam Elnare xanim. 4aydır ailə qurmuşam. Mənə 1aylıq müalicədən sonra hormonlardan analiz verməyi dedilər. Bu hormonların müalicəsi mütləqdirmi? Hamilə qalmaq üçün. Çünki hamı məsləhət görür ki etməyim. İnsanda tuklenme verir ve s.
Sualın müəllifi: Konul Sualın yaranma tarixi: 18.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 27.04.2017

Salam, hormonlar çox fərqlidir. Tiroid hormonu ola bilər, hipofiz vəzinin hormonu ola bilər, yumurtalıq hormonu ola bilər. Siz nəyi nəzərdə tutursunuz? 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktor. Sağ yumurtalıq 45×27, sol yumurtalıq isə 42×22. Bu ölçülər hamilə qalmağa prablem yaradarmı?
Sualın müəllifi: Könül Sualın yaranma tarixi: 18.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, yumurtalıq ölçüləri normaldır. Ancaq tək hamilə qalmaq üçün göstəricilər bu deyil, çox fərqli göstəricilər var onlar önəmlidir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam,20 yaşım var.Sağ hissədə qasıq hissədə-büküşdə təsadüfən toxunma zamanı ağrı hiss etdim,və diqqətlə baxdıqda kiçicik şiş hiss etdim əlimin altında sürüşürmüş kimi,bu haqda zəhmət olmasa yazardınız.və 2gün əvvəl sağ yumurtalığımda kista olduğunu da öyrənmişəm və təcili əməliyyat lazımdı.bir də 2013də məndə döşümdə fibroadenoma da olub əməliyyatla götürülüb.bunların hamısnın yaranmasının səbəblərini açıqlamanızı istərdim.demək ki orqanizmimdə nəsə ciddi bir şeylər var ki?belə 3ü də mende yaranıb?
Sualın müəllifi: Səbinə Sadıqova Sualın yaranma tarixi: 18.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, əgər çox arıqsınızsa, yəni artıq çəkiniz yoxdursa, həmin sağ tərəfdəki kistanı qarnın ön divarından hiss edə bilərsiniz. Yəni eyni bir şey ola bilər. O ki qaldı onu əməliyyat etməyə bu 100 ölçüb bir biçiləcək bir prosesdir. Yəni buna dəqiq qərar vermək lazımdır, çünki bu sizin gələcək həyatınız üçün, uşaq dünyaya gətirməniz üçün çox önəmli bir faktordur. Əməliyyata getmədən öncə mütləq şəkildə bunu dəqiqlədirmək lazımdır ki, çünki funksional kista, sadə kista həmçinin dərman malicəsinə tabe olan kistaya görə əməliyyata getməyə kəsinliklə tövsiyyə etmirəm. 2-cisi isə süd vəzinizdə olan problem, bəli, hormonal problemdir. həmçinin yumurtalığınızda kistin əmələ gəlməsi də hormonal problemdir. Ümumiyyətlə hormonal düzəy yəni endokrinoloji sistem bir-biri ilə əlaqədardır. Birində problem olarsa endokrinoloji orqanda mütləq başqa endokrinoloji orqanlarda və sistemdə də problem yaranır. Ona görə detaylı müayinə olunmanız lazımdır. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam. Menim ay basi tsiklim 28 gunden 1 dir. folekul 17-ci gun patlayir. Bu hamilelik ucun menfi hal sayila biler?
Sualın müəllifi: Nigar Sualın yaranma tarixi: 18.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, bu belə ola bilməz. Əgər 28 gündən bir aybaşı görürsünüzsə sizin ovulyasiyanız 14-cü gün olmalıdır. Bunu dəqiqləşdirmək lazımdır.

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayev a

Salam Elnure xanım. Men 28heftelik hamileyem. Böyreyimde zülal çıxmıyıb imdiye kimi indide yoxdu cox şükür. Ellerim ayaqlarımda şişmiyib. Ama tezyiqim hava isinen kimi qalxdı 130-85,130-80olur. En cox seher ve axsam qalxır. Derman qebul edirem qalxanda. Bilmek istiyirem bu neden olar? Öz hekimim deyir sebebi bilinmir ele şey olarki?
Sualın müəllifi: Elif Sualın yaranma tarixi: 18.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, sidiyinizdə zülalın olmaması əllərinizin, ayaqlarınızın, üzünüzün və qarnınızın heç bir şişkinliyi olmaması yaxşı əlamətdir. Amma təzyiqiniz bir az normadan artıqdır. Amma yuxarı sərhəddi keçmir, ona görə narahat olmayın, amma təzyiqinizi yenə də təqibdə saxlayın. Əgər 140-90 keçərsə, bu problem sayılır, bundan mütləq müayinə həkiminin xəbəri olmalıdır. Sizə məsləhətim təzyiqi nəzarətdə saxlayın gündə 3 dəfə təzyiqinizi ölçməyə çalışın. Həmçinin qanda qaraciyər testlərini (ALT, AST), həmçinin LDH, sidik cövhəri və kreatini verməyi məsləhət verirəm. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam həkim 26 həftəlik hamiləyəm bilmek isdiremki uşağın başı nə vaxt aşağı düşür
Sualın müəllifi: nigar bayramova Sualın yaranma tarixi: 18.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, əsasən 34 həftədən sonra olur, amma müxtəlif pasientlərdə müxtəlif vaxtlarda ola bilər. Bunun normada olub-olmamasını isə həkim müayinədə təyin etməlidir. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim,men nisanliyam,USM-de gosterdiki sag yumurtaliqda kistoz var,bu gelecekde mene tesir edermi hamile qalmagima?chox sag olun
Sualın müəllifi: afaq Sualın yaranma tarixi: 17.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, sağ yumurtalığınızda hər halda polikistoz problemini nəzərdə tutursunuz. Hər iki yumurtalığınızda deyil, həmçinin əgər kilo almazsınızsa gələcəkdə heç bir problem törətməz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam həkim mende iki dəfə yumurta toplanıb birincide 7 ikincide 4 yumurta 22 yaşım var bu nə ilə əlaqədər ola bilər və yenidən süni mayalanma etdirsem öncədən müalicə lazımdırmı yumurta çox cixsin
Sualın müəllifi: gunay Sualın yaranma tarixi: 16.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, bəli, sizin kimi pasient süni mayalanmadan öncə mütləq şəkildə müalicə almalıdır. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam. 4 ayliq evliyem. Gecikmeler olurdu. Uzide endometriya nazikdir dediler. Hemde folekul partlamir boyuyur sonra cistalara cevrilib sorulur dediler. Bunlar ciddi problemdir? Mualice muddeti uzun ceke biler?
Sualın müəllifi: Nezrin Sualın yaranma tarixi: 16.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, bu qorxulu problem deyil, müayinə olunub müalicə ola bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam.Zehmet olmazsa,Anti-Mul.Hormonu 0,5 olan xanim tebii yolla ovlad sahibi ola bilermi?Evvelceden tesekkur edirem. Salam.Anti-Mul.Hormonu 0,5 olan qadin tebii yolla hamile qalabilermi?Bu hormonu yukseltmek mumkundurmu?
Sualın müəllifi: Gulnaz Sualın yaranma tarixi: 15.04.2017
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 19.04.2017

Salam, əlbəttə bu sualın tam konkret cavabı ancaq sizi müayinədən sonra mümkün ola bilər, çünki klinik göstəricilər yəni başqa klinik göstəricilər də önəmlidir. Yəni ultrasəs müayinəsində hər iki yumurtalıqlarınızda antral follikulun göstərgəsi yumurtalıq rezervinin 1ci göstəricisidir. 2-ci olaraq FSH və LH və estradiol hormonlarının da göstəriciləri bizim üçün önəm kəsb eləyir. 3-cü yerdə artıq anti-müller hormonudur. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq