Dr. Elnurə Mustafayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 055 285 54 80 nömrəsi ilə, Dr.  Elnurə Mustafayevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Ginekoloq - Elnurə Mustafayeva. Sonsuzluq və süni mayalandırma uzmanı. 2000-2006 Azərbaycan dövlət tibb universitetinin 1-ci müalicə –profilaktika fakültəsində təhsil alıb, bitirmişdir. 2006-2007 Bakı şəhərində internatura keçmişdir. 2007-2009 Ukrayna tibb akademiyasında kliniki-ordinatura proqramı üzrə təcrübə və nəzəri təhsil almışdir. 2009-2010 Ukrayna perinatoloji mərkəzində obsetrik və ginekoloji ultrasəs müayinəsi, dopler, ayrintılı ultrasəs təhsil kursu keçmişdir. 2010-2012 Ege universiteti qadın xəstəlikləri və doğum kafedrasında həkim ginekoloq kimi fəaliyyət göstərərək staj keçmişdir. 2012-ci ildən bu günə qədər isə, Jinemed qrupunda olaraq Baku medical plaza suni mayalandirma mərkəzində fəaliyyət göstərir. American society of reproductive medicine (ASRM) üzvüdür. Bir çox Avropa ölkələrində və Amerikada sonsuzluq və qadın xəstəlikləri doğum üzrə konfransların və kursların iştirakçısı olmuşdur.

Həkimə sual!
ureaplasma urealyticum təhlükəli infeksiyadır? Bu infeksiya ilə hamilə qalmaq olar? Zəhmət olmasa ətraflı izah edərdiniz? Öncədən minnətdaram.
Sualın müəllifi: sevinc Sualın yaranma tarixi: 21.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.12.2016

Salam, hansı infeksiya olmasından asılı olmayaraq, əgər aktiv formadadırsa və hazırda sizə şikayət verirsə əlbəttə ki, bu halda hamilə planlamaq doğru deyil və mütləq şəkildə bir an öncə müalicə olunmalıdır. Yox əgər keçmişdə keçirilmiş bir infeksiyadan söhbət gedirsə və hazırda heç bir şikayətiniz və aktiv formada heç bir infeksiya yoxdursa əlbəttə ki hamilə qala bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam doktor. Menim göbeyimin sağ etrafinda ara sira pristup tutur. Ama biliremki kor bagirsagdan deyil. Cunki urey bulanmamda yoxdu ve ya hemin terefden ayagimda da agri olmur. Bir hekim dediki spazma vezileri ile elaqedar ola biler. Ona aid spazmalqon tabletini yazdi. Birde ara sira ele sag terefden belimde agriyir. Evveller hec vele bir problemlerim olmayib. Siz ne deye bilersiniz bu narahatlig haqqinda? ZEHMET OLMASA CAVAB VERERSINIZ. INDIDEN TEWEKKURLER!
Sualın müəllifi: AYNUR Sualın yaranma tarixi: 21.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.12.2016

Salam, ağrılar və dartınma hissi fərqli səbəblərə görə ola bilər. Qarın boşluğunda müxtəlif orqanlar var. Və hər orqanın da müxtləlif xəstəlikləri olur. Bunların hansının sizdə olduğunu bilmək üçün əlbəttə ki sizi ayrıntılı və detallı olaraq müayinə etmək lazımdır. Spazmalqon keçən ağrı deyil bu, yəni spazmalqon müalicə variantı olmalı deyil sizdə. Dediyim kimi daha ayrıntılı müayinə olub diaqnozu dəqiqləşdirmək lazımdır. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

bagislayin basinizi agridiram mene vaspalinani goturmek ucun her hansi bir sam ve ya tabletka deye bilerdiz umumiyyetle spiral olanda sam istifade etmek olarmi
Sualın müəllifi: gunel Sualın yaranma tarixi: 21.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.12.2016

Salam, əlbəttə hər hansı iltihaba qarşı müalicə yaza bilərəm sizə, lakin bu şəkildə deyil. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim. Men fibromadan emeliyat olmusam usaqligimi goturduler. Emeliuatdan sonra her ayaqyoluna getdikde duz bagirsagimda yangi olur. Bu neyin elameti ola biler?
Sualın müəllifi: Ulviyye Sualın yaranma tarixi: 21.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.12.2016

Salam, nə qədər vaxtdır ki əməliyyat olmusunuz və bu diskomfort əməliyyatdan sonramı başlayıb? 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam mende qebizlik var nece illerdi hecne komek etmir. Indi gobelekde yaranib mualice aliram amma duzelmir ne ede bilerem?
Sualın müəllifi: Ilka Sualın yaranma tarixi: 21.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 23.12.2016

Salam, xanım, qəbizlik varsa mütləq şəkildə müalicə olunmalısınız. Əgər indiyədək heç bir şey kömək etməyibsə o zaman həkiminizi dəyişməlisiniz. Həmçinin vaginal göbələyə qarşı da müalicə almalısnız. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam.planli hamilelik ucun kişi hekimin qebulunda olmasa mumkundurmu ve ne derecede duzgun netice almaq olur?
Sualın müəllifi: sekine Sualın yaranma tarixi: 20.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.12.2016

Salam, anladığım qədəri ilə cütlüyün kişi fərdinin hamiləlik planlaşdırıldığı vaxtda həkimə müraciətini deyirsiniz. Buna hər hansı bir göstəriş olmalıdır, profilaktlik olaraq əlbəttə ki görünə bilər və nəticə ola bilən problemin dərəcəsindən asılıdır . 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam Elnure dr. Menim 24 yasim var ve 6 ayliq hamileyem. Normal teyziqim 120-80 olub hemise ancaq son 1 aydi teyziqim cox dusur en yaxsi halda 110 60 olur ve bu mene cox pis tesir edir. Qulagimda ugultu olur urek doyuntumu qulagimda esidirem mohkem sesle. Hal hazirda 99 60 di ve ele bilirem ozumden gedecem. Bu neden yaranir? Kafein yazib hekimim ancaq cox atmaga qorxuram.
Sualın müəllifi: Chinara Sualın yaranma tarixi: 20.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.12.2016

Salam, arterial təzyiqinizi müntəzəm nəzarətdə saxlayın, çünki hamiləlyiin ilkin həftələrində aşağı təzyiq sonrakı həftələrində bəzən yüksək təzyiqlə nəticələnir (nadir hallarda). Bundan başqa özünüzü narahat hiss edirsinizsə, kofein zərərsizdir, adicə 1 fincan qəhvədən kofein ala bilərsiniz. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim.Evvelceden teşekkurler.Menim sag yumurtaliqda 77×54 mm folikulyar kista var.hekim keçen aydan qaldigini dedi ve sadece dufaston yazdi.. sizce bu kista dufastonla keçermi ve bu kista çox tehlukelidirmi yani bu qeder boyuk olmasi?
Sualın müəllifi: nuray Sualın yaranma tarixi: 20.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 22.12.2016

Salam, bu çox böyük kista sayılır. Follikulyar kista olsa da mütləq ciddi nəzarət altında olmalısınız. Aybaşılı-aybaşılı ultrasəs müayinəsindən keçmənizə və ciddi müalicəyə ehtiyacınız var. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

Salam hekim bagislayin narahat edirem.bilmek isteyiremki gobeleyin hamile qalmaga tesiri varmi??birdefelik qurtulmaq olar gobelekden????
Sualın müəllifi: Nur Sualın yaranma tarixi: 19.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 20.12.2016

Salam, əgər hamiləlik planlayırsınızsa və uşaqlıq yolu göbələyindən əziyyət çəkirsinizsə, o zaman ilk olaraq müalicə edin sonra hamiləlik planlayın. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

cavablandirdiginiz ucun coxsagolun.birdeki spiral ola ola iceri tampon etmek olarmi vdilena olur ona gore
Sualın müəllifi: gunel Sualın yaranma tarixi: 19.12.2016
Cavablandıran həkim: Dr. Elnurə Mustafayeva Cavablandırılığı tarix: 20.12.2016

Salam, spirala görə deyil, amma ümumiyyətlə tamponla müalicə doğru və komfortlu bir şey deyil. Bunu əvəz edən şam şəklində istifadə olan dərman preparatlarını əlbəttə ki həkim təyinatı ilə müalicə edin. 

Əlavə məlumat üçün telefon 055 285 54 80 Elnurə Mustafayeva

powered by smfaq