Ginekoloq Dr. Tamara Muxarramova sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. 

 

Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 339 39 73 nömrəsi ilə, Dr.  Tamara Muxarramova ilə əlaqə saxlaya bilərsiniz.

 

Əziz ANA olmaq istəyən xanımlarımız!

Əgər siz bu məqsədlə hər bir üsula əl atmısınızsa və hələ də istəyinizə nail ola bilməmisinizsə, ümidinizi üzməyin. Siz “MedOlimp” klinikasına müraciət edərək körpə sevincini duya bilərsiniz. Klinikamızda aparılan limfositoterapiya sizin ümid mənbəyiniz ola bilər. Limfositoterapiya ilə hətta uğursuz süni mayalanma aparılan xəstələrdə belə öz effektini göstərməkdədir. Bu müalicə hamiləliyi bir neçə dəfə pozulmuş qadınların ana olmaq şansını dəfələrlə artırır. Limfositoterapiya “MedOlimp” klinikasında Azərbaycanda bu sahədə ilk və yeganə mütəxəssis olan həkim-ginekoloq Tamara Muxarramova tərəfindən şəxsən aparılır.

Hər bir Azərbaycan qadını ana olmağa layiqdir. Özünüzü bu gözəl duyğudan məhrum etməyin!!!

Ünvan: Bakı ş, Yasamal r-nu, İnşaatçılar pr., məh. 494, bina 20.

Telefon: (012) 565-02-75, 050-339-39-73

 

 

Həkimə sual!
Salam abortdan ne qeder sonra hamile qalmaq olar
Sualın müəllifi: Xuraman Sualın yaranma tarixi: 29.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Xuraman xanim, abortdan 3 ay sonra hamile qala bilersiniz. Ugurlar

 
Salam. Sualimi cavablamdirmagi xahis ederdim sizden. Demeli menim.birinci hamilaliyim cox ugurlu olub. 1 qizim var 2 yasinda. Keyser emeliyati ila dunyaya gelib. 2 ci hamilaliyi kecen ilin dekabr ayinda qaldim. Amma yamvar ayinda inkisafdan qaldi. 7 heftelik inkisafdan qalma oldu. Hekimler analiz goturmeden sebeb geyirdiler 2 defe dalbadal qrip olmagimi. Artiq abortun ustunden 6 ay kecib. Yenide hamila qalmaq istauiram. Nese analiz vermeye ehtiyac varmi?? Eger varsa hansilardir. Onuda deyimki iki hamilaliyin ikisindede mualica almamis qalmisam. Tewekkur
Sualın müəllifi: Ayten Sualın yaranma tarixi: 29.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Ayten xanim, usagin inkisafdan qalmasinin sebebi en cox genetik problemler ve inkisaf qusurlari olur. Normal getmis bir hamileliyiniz ve saglam usaginiz oldugu ucun, novbeti hamilelikde hansisa problem olacagini dusunmurem ve  hamilelikden evvel hansisa analiz vermeye ehtiyac yoxdur. Siz hamile qalin, eger  yene inkisafdan qalma olarsa, abortdan sonra mutleq genetik analiz gonderilmelidir ve analizler verilmelidir. Size ugurlar !!

 
Deyirlerki caytikani otu nu op tamponuna batirib matqaya qoyanda eroziyani goturur men 2 il bunan qabaq 10 gunluk tampon eletdirdim hekim dedi gobelek yoxdu sudan olub biliremki indide var eroziya ev weraitinde nece ede bilerem. Ne ede bilerem mene meslehet verin xahis edirem
Sualın müəllifi: ayten Sualın yaranma tarixi: 28.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Ayten xanim, ev seraitinde hekim mesleheti olmadan hansisa mualiceni etmeniz meslehet deyil, hekim muayinesinden sonra size uygun mualiceni vere bilerik. Kecmis olsun

 
Salam hekim.sizi sirvandan narahat edirem.8 heftelik hamileyim. Sag ayagimda sis olur,sag qolum da uyusma olur.bu sis ve uyusmanin sebebi ne Ola biler? evvelceden tesekkur
Sualın müəllifi: Seyyare Sualın yaranma tarixi: 28.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Seyyare xanim, hamileliyiniz xeyirli nolsun, insallah ugurla basa vurarsiniz. Ayaginizdaki sislik ucun  damar cerrahina muraciet edin, bezen hamilelikde damarlarda laxta emele gele bilir ki bu sisliye sebeb olur, qolunuzdaki uyusmani ise nevropatoloqla meslehet edin. KEcmis olsun

 
Salam hekim bagislayin narahat edirem.mende keceb ay aybasim 8gun qabaga vurdu.abu ayin 5de xestelendim indide yene qabaga vurdu bide bu gun yeni ayin 28de xeatelwndim.yeni ayda 2defe bu normal haldi?ozum aileliyem.4aydi.cvblandirdigincun cox sag olun
Sualın müəllifi: Nermin Sualın yaranma tarixi: 28.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Nermin xanim, bir aybasinin ilk gunu ile o biri aybasinin ilk gunu arasinda en az 21 gun varsa, bu normal hesab edilir. Eger daha tez aybasi olursunuzsa muayine olsaniz yaxsi olar. KEcmis olsun

 
salam hekim men 2aydir ki aileliyem.ama hele qiz vaxtindan mende mensturasiya vaxti vaxtinda olmurdu.gah evvele gah da sonraya atirdi.bu neyin elameti ola biler?herden ayda 2defe de olurdum ama gelen ay olmurdum.yumurtaliq polikistozundan qorxuram.ola bilermi?
Sualın müəllifi: aygun Sualın yaranma tarixi: 27.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Aygun xanim, qeyd etdiyiniz aybasi pozgunlugunun sebebi bir cox faktorlar ola biler. Mutleq ultrases muayinesinden kecmeli ve hormon analizleri vermelisiniz. Daha sonra aybasini normallasdirmaq ucun uygun mualice aparila biler. Kecmis olsun

 
Salam hekim.men gec evlenmişem müeyyen sebeblerden .3/4 ildi evliyem.bir üşaq duşuk olub .bilmeden agırlıq etmişem.bir il önce .2 aylıq duşuk oldu.8 aydı mualice etdirdim yungul.bu gunlerde özümde bir az agrılar hiss etdim.ovilasiya testi ile izleme etmek istedim .xestelenme tarixim iyulun 8 olub .hesabla izlemem 20/21 dusur dunenki testde heçne yox idi ama bu gungu teste iki xett izlenildi .sizüce men hamile olma ehtimalim ola bilermi?ve yaxud ne etmeliyemki ,hamileliyim gerçekleşsin.isualımı çox xahiş edirem cavablandırasınız.
Sualın müəllifi: Melahat Sualın yaranma tarixi: 26.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Melahet xanim, evvelce hamile qalmaginiza engel ola bilecek sebebler arasdirilmalidir. yoldasiniz ve siz etrafli muayinelerden kecmelisiniz. Ovulyasiyani yaxsi olar ki ultrases muayinesi ve qanda hormon analizi ile yoxlayasiniz. Ugurlar

 
salam men ayibasi oldum ama 3 gunen sora zeif oldum... 4 cu gun ise artiq bitmisdi... cimdim ve helede azda olsa menen qan gelir... ama qan cirkli kimidi.... qeyd edim ki 17 si men xestelenmisem... bu nedendi?
Sualın müəllifi: shams Sualın yaranma tarixi: 25.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Shems xanim, sizin yasinizi, normal aybasinizin nece bas verdiyini bilmeliyik. Eyni zamanda ginekoloji muayine ve ultrases muayinesi de olmalisiniz. Her hansi bir problemin olub olmamasini askar etmek ucun bu melumatlar olmalidir. Qeyd etdiyiniz problemin sebebi usaqliqda miom ve ya polip, yumurtaliq kistasi, usaqliq boynu eroziyasi ve s ola biler.  Kecmis olsun

 
salam hekim mende 1 heftelik hamilelik cixmisdi ama sonradan yoxladirdim hamilelik cixmadi qan analiziynen yoxlamisam, hekimim mene deyir ki, kimyevi hamilelik kecirmisen. Bilmek isterdim ki, kimyevi hamilelik ne demekdir ve birde mene her iki sud vezide xos xaselli sis cixdi emeliyyat oldum tekrar hamile qalmaq olar yoxsa 5-6 ay gozlemeliyem, cavablandirdiginiza gore tesekkurler.
Sualın müəllifi: mehriban Sualın yaranma tarixi: 25.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 25.06.2015

Salam Mehriban xanim, kimyevi hamilelik sadece qanda hamilelik deyerinin yukselmesi ile bas verir, usaqliq icerisinde hamilelik kisesi emele gelmir, qadinlar arasinda rastlanan bir veziyyetdir. Sud vezi ile bagli sualiniza cavab vermek ucun emeliyyat sonrasindaki patohistologiya cavabinizi bilmek lazimdir ve eyni zamanda ginekoloqla yanasi, sizi emeliyyat eden hekiminizle de hamileliye icaze verilib verilmemesi ile bagli  meslehetlesmelisiniz. Kecmis olsun!!

 
Hekim xanim menim hal hazirda 20 yasim var , mende bir nece gundur ki urek bulantilari bas verir basim herden herlenir, usdelik ( bagislayin) kicik bayira gedende goynemeler bas verir. Sizce bu urek bulantilari goynemelr neden ireli gelir.
Sualın müəllifi: Sevgi Sualın yaranma tarixi: 24.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 25.06.2015

Salam Sevgi xanim, sizde sidik yolllari infeksiyasi ola biler, sidiyin umumi analizi ve sidik ekilmesi analizini verin, eger sidikde bir problem yoxdursa, diger sebebler arasdirila biler.. Kecmis olsun!!

 
Salam docdor men bir ildi aileliyem 2defe usaga qalmisam. Birincide acilis olub 2ci inksafdan qalib dermannan abort olub. 6heftelik. Ginetik analiz verdik.deyirler guya qohumuq amma qohum deyilik yad insanlariq qanda huceyrelerimiz oxsardi bunincun ne etmek olar ki usaq dunyaya gelsin
Sualın müəllifi: naza babayeva Sualın yaranma tarixi: 24.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 25.06.2015

Salam xanim, analizinizin neticelerine baxsaq yaxsi olar,  sehifede qeyd olunan telefon nomresi ile elaqe saxlayib yazila bilersiniz. Ilk konsultasiya odenissiz olacaq. Kecmis olsun!!

 
Salam doctor men bir ildi aileliyem 2defe usaga qalmisam. Birincide acilis olub 2ci inksafdan qalib dermannan abort elemisem.sonra ginetik analiz verdik.Onnan menim qanimda huceyreler oxsard.ele bil qohumuq amma eslinde yad imsanlariq.ne ede bileerik.
Sualın müəllifi: naza babayeva Sualın yaranma tarixi: 24.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 07.07.2015

Salam Naza xanim, genetik analizlerinizin ve umumiyyetle butun analiz neticelerinizle muraciet edin,cunki bu sekilde melumat toplamaq ve size nese meslehet vermek cetin olur. Neticelerinize baxib daha etrafli melumat vere bilerik. Ilk konsultasiya size odenissiz olacaq. Kecmis olsun

 
Men hamile qalmaq isteyirem ve men qabaqcadan isterdim butun analizden kecim ve buna ne analizderi lazimdi? Ve ne muaniye etmek lazimdi?
Sualın müəllifi: Nurlana Sualın yaranma tarixi: 24.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 25.06.2015

Salam Nurlana xanim, cox duzgun qerar vermisiniz. Hamilelik planlasdirmadan evvel mutleq ultrases muayinesinden kecmek, hormon ve infeksion xestelikler ucun analiz vermek lazimdir ve gelecek usagin inkisafinin duzgun getmesi ucun fol tursusu icmelisiniz.  Bu muayineler ucun sehifede qeyd olunan telefon nomresi ile elaqe saxlayib yazila bilersiniz. Ugurlar!!

 
Salam,Nati xanim,mende uzi gosterib ki,polip var,ona gore de hamile qala bilmirem,indi men neynemeliyem,hec cur qala bilmerem?hec 1sm deyil,dehwet uwaq isteyirem
Sualın müəllifi: Adile Sualın yaranma tarixi: 23.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 25.06.2015

Salam Adile xanim, size aybasi bitdikden sonra ultrases muayinesi etmekle daha deqiq melumat vere bilerem. Polipin olcusu ve yerlesdiyi yer onemlidir. Eger polipin hamileliye engel oldugunu dusunurukse , Histeroskopiya ( usaqliq yolundan usaqligin icine girmekle) ile  polipi qaliqsiz olarak tam sekilde goture bilerik. Kecmis olsun!!  

 
Salam Hekim. PRALAKTININ ASAGI OLMASI(+1) HAMILE QALMAGA TESIRI VARMI.?
Sualın müəllifi: Dilsad Sualın yaranma tarixi: 22.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 25.06.2015

Salam Dilsad xanim, prolaktin analizinizin cavabini gormek lazimdir ve hamile qalmaginiz ucun prolaktinden basqa diger hormonlariniza da baxilmalidir. Usaqliq borularinizin aciq ve ya bagli olmasi ve yoldasinizin sperm analizine de baxilmalidir. Neticelerinizle muraciet ede bilersiniz. Ugurlar !!

 
Salam menim 32 yawim var.9 ildir evliyem evladim ykxdu.size sualim 3 aydir ki aybawidan 13 15 gun sonra menden tund qehveyi rengde biraz qanla qariwiq axinti olur.amma axinti cox gelmir az az gelir .amma narahatam neden olar.matkamda kisda erozya uoxdu.pralaktin testeteron ykxlatdirmiwam normaldi.bu neden olar .qan analizi de normaldi ama zobum cixib.bu axinti zobdan ola bilermi.xahiw edirem cavablandirin .minnetdaram evvelcedem
Sualın müəllifi: sultanova ilhame Sualın yaranma tarixi: 21.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 22.06.2015

Salam Ilhame xanim, oncelikle kecmis olsun, insallah tezlikle analiq duygusunu yasayarsiniz!! Aybasi siklusunda behs etdiyiniz bu problemi arasdirmaq lazimdir, ultrases muayinenizde yumurtaliq kistasi (endometrioma) ve ya usaqliqda polip ve ya fibromioma olub olmamasina bir daha baxilmalidir. Qeyd etdiyiniz problem zob hormonlarindaki pozgunluga da bagli ola biler. Ve ya bezen 13-15 ci gunlerde ovulyasiya bas verir ki buna da bagli olaraq lekelenmeler ola biler. Amma dediyim kimi evvelce butun ola bilecek ehtimallar tam arasdirilmalidir bundan sonra deqiq nese deye bilerik. 

 
salam həkim, çox xahiş edirəm mənə bu vajinal göbələk üçün bir çarə deyin. 8 aylıq hamiləyəm. qaşıntı və yanma çox əziyyət verir. həkimim yazan şam bir fayda vermədi. görəsən doğuşdan sonra da bu əziyyəti çəkməyə məhkum olacammı? bildiyim eşitdiyim şeyləri etmişəm faydası olmur heç nəyin :(
Sualın müəllifi: nushu Sualın yaranma tarixi: 21.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 22.06.2015

Salam xanim, hamileliye bagli olaraq vaginal axinti artmis olur, adeten dogumdan sonraki dovrde davam etmir. Sizi muayine etmeden nese sam teyin etmekle size  ve ovladiniza ziyan vermis olaraq, hemcinin size de meslehetim hekim mesleheti almadan esitdiyiniz vasiteleri istifade etmeyin. Cox asan ve qisa muddetli muayine sonrasinda size uygun sami yazilacaq ve sikayetlerinizden bir defelik qurtulacaqsini.  Kecmis olsun!!

 
Salam hekim menim iki ovladimdan sonra mastopatiya emele geldi 2il mualice aldim sonra aparata duwdum dediler matkanin arxa divarinda mioma var kicik olculu 2-3sm iki uc dene indi yeniden ovladim oldu indi 7ayliqdi bilmek isteyerdim o miomalar gedib yoxsa yox uqagi qoyub hekime gede bilmirem novbelerde qaliram xaiw edirem cavablandirasiz
Sualın müəllifi: leyla Kerimova Sualın yaranma tarixi: 20.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 22.06.2015

Salam Leyla xanim, Allah saxlasin ovladlarinizi. Miomlar adeten hamilelik dovrunde boyumeye meylli olurlar, hamilelikden sonra ise yeniden evvelki olculerine qayidirlar. Miomlar qanaxma, aybasi pozgunlugu, agri, sidik saxlamama ve ya qebizlik sikayetlerine sebeb ola bilerler. Mumkun olan en qisa vaxtda ultrases muayinesinden kecmeniz meslehetdir, ancaq USM ile miomlarin olcusu ve yerlesmesi haqda size deqiq melumat verile biler. Kecmis olsun!!

 
Salam menim matkamda miomalar var ölçüsü 8ml-dir.Bu miomalar menim ana olmağıma mane ola biler?
Sualın müəllifi: Nigar Sualın yaranma tarixi: 20.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 22.06.2015

Salam Nigar xanim, usaqliginizdaki miomlarin sayi, yerlesmesi, olcusu kimi faktorlar ana olmaginiza mane ola biler. Cunki miomlar yerlesmesi ve olcusunden asili olaraq usagin usaqliga yerlesmesine ve boyumesine mane ola, ve ya erken doguma sebeb ola biler. Hamilelik planlasdirirsinizsa mutleq bu faktorlar nezere alinmalidir. Ultrases muayinesi ve etrafli melumat  ucun bize muraciet ede bilersiniz. Kecmis olsun!!

 
Salam cox xaish edirem cavablandirin,ne derecede dogrudu uwagin cinsini evvelceden teyin etmey?meselen qiz ovladi istiyiriy,hesavlamalarla ve ya bashqa yolla mumkundurmu?
Sualın müəllifi: Rena. Sualın yaranma tarixi: 20.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 20.06.2015

Salam Rena xanim, tebii yolla  dogulacaq usagin cinsiyyetini onceden hec bir hesablamalar ve ya teqvimlerle mueyyen etmek olmur. Sadece bezi hallarda suni mayalanma sonrasinda emele gelmis usagin usaqliga yerlesdirmeden once genetik analiz ve cinsiyyet teyini mumkundur. Ugurlar!!

 
Salam cox xaish edirem,cavablandirin sizce hesablama ile uwagin cinsini,teyin etmey olar?yeni qiz istersen qiz ve ya oglan istersen oglan uwaga hamile qalmag mumkundurmu?
Sualın müəllifi: Rena. Sualın yaranma tarixi: 19.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 22.06.2015

Salam Rena xanim, tebii yolla dogulacaq usagin cinsiyyetin hansisa hesablamalar ve ya teqvimlerle onceden  mueyyen etmek olmaz. Ugurlar!!

 
Salam Size bir sualim var amma oncede bagislayin Menim 19 yasim var Yumurtlaliqlarda polikistozu var aybasi olmur gecikme olur amma aybasini dermanla oldum derman Dufhastondu onunla aybasi olub aybasinin 3 cu gunu analizi vermisem Hecbir sey yoxdu Her sey normaldi Meni narahat eden oduki Yumurtaliqlarda polikistozdu Hekim mene dunen mualice yazdi Diane35 di Bu derman yaxsidimi yoxsa nece ve ne olan seydi? Ve Geleceyde aile qursam Hamile qala bilecemmi? Xais cavab yazin Onceden cox sagolun
Sualın müəllifi: Günel Sualın yaranma tarixi: 19.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 22.06.2015

Salam Gunel xanim, yumurtaliqlarin polikistozu qadinlarin 5-15%de olur. Hormonal olaraq hec bir problem yoxdursa, hekiminizin meslehet etdiyi dermani icin. O dermanla aybasilariniz qaydasina dusecek. Gelecekde insallah aile heyati qurun, polikistoz yumurtaliqlari olan qadinlarda bezen hamile qalmaqda hec bir problem olmur, bezen ise follikulun partlamamasina bagli problemler ola bilir ki, bu problemler de mualice olunandir. Kecmis olsun!!

 
Salam hekim.. Normal aybawi ola ola (mende her ay olur ve 4-6 gun arasi bele olur ve agir olur men qalin desmallar qoyuram hetta onlarda dozmur deyim)bele planda hamilr qala bilerem?
Sualın müəllifi: Emiw Hebibi Sualın yaranma tarixi: 17.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 18.06.2015

Salam, aybasinizin her ay olmasi ve 4-6 gun davam etmesi normaldir, sadece qanaxma miqdariniz cox olmasi ile elaqedar olaraq Ultrases muayinesinden kecseniz yaxsi olar. Hamilelik olmasi ucun ise yalniz sizin aybasinizin normal olmasi kifayet deyil, eyni zamanda usaqliq borulariniz aciq olmasi ve yoldasinizin sperm analizinin normal olmasi vacibdir. Uzun muddetdir ailelisinizse ve hamilelik olmayibsa mutleq etrafli yoxlanisdan kecmelisiniz. Ugurlar!!

 
Salam hekim men genceden yaziram size zehmet olmasa deyerdiz falikul partlayanda hiss olunurmu birde cinsi elaqede olanda yumurtaliqda elaqeden sonra cuzi agri hiss sanci olur kecir bu falikulun partlamasina sebeb ola biler
Sualın müəllifi: seadet Sualın yaranma tarixi: 17.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 18.06.2015

Salam Seadet xanim, follikul partlamasi qadin terefinden hiss olunmaya biler, ancaq bezi qadinlarda qarnin alt hisselerinde (qasiqlarda) agri, bezi qadinlarda ise az miqdarda lekelenme seklinde qanaxma ola biler. Follikul partlamasi gozlediyiniz aybasi gununden texminen 14 gwn evvel bas verir.  Follikul partlamasini ultrases muayinesi ve hormon analizi ile tam deqiq bilmek olur. Cinsi elaqe follikul partlamasina sebeb olmaz, sadece cinsi elaqe zamani ve sonrasinda bezi hallarda (infeksiya) qarnin alt hissesinde agri ola biler. Genceye salamlar !!

 
salam .bakire olub olmadigimizi hekime getmemiw nece anlaya bileriy ?
Sualın müəllifi: reyyan Sualın yaranma tarixi: 16.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 18.06.2015

Salam, bakire olub olmamagin anlasilmasi ucun mutleq qizliq zari muayinesi aparilmalidir, cunki ilk cinsi elaqe zamani qanaxma olmaya da biler. Qizliq zari muayinesi ise tecrubeli hekim terefinden aparilmalidir. 

 
Salam hekim, zehmet olmasa deyerdiniz, sarimtil,sari axinti olmaqi normaldir mi? Bu meni narahat edir. Sebebi ne ola biler?
Sualın müəllifi: ------ Sualın yaranma tarixi: 14.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 16.06.2015

Salam xanım, qadınlarda xüsusilə ovulyasiya günlərində (yəni aybaşıdan təxminən 14 gün əvvəl) artan, ağımtıl iysiz axıntı olması normaldır. Ancaq çox miqdarda, sarı - yaşıl , pis qoxulu axıntı olmasl normal hesab edilmir, müayinəyə və müalicəyə ehtiyac vardır

Həkim yoldasimda faiz asağıdı a+b 23%dir. O müalicə alsa mən neçə aydan sonra uşağa qala bilərəm?
Sualın müəllifi: Arzu Sualın yaranma tarixi: 14.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 16.06.2015

Salam Arzu xanım, hamiləlik üçün yoldaşınızın sprem analizindən əlavə, sizin uşaqlıq borularınızın açıq olması, hormon dəyərlərinizin normal olması gərəklidir. Bütün bunlar qaydasındadırsa bir qadının bir ayda hamilə qalmaq ehtimalı 20%dir. Yoldaşınız müalicə alarkən, sizin də bu müayinələrdən keçməniz məsləhətdir. 

Salam doktor 1 ovladim var. 1 denesinide isteyirem olsun.Sualim beledir- Ovulyasiya deyilen vaxtin ne zaman oldugunu nece bilmek olar? yeni aybasindan teqriben nece gun evvel ve ya sonra olur?
Sualın müəllifi: sebine Sualın yaranma tarixi: 14.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 16.06.2015

Salam Səbinə xanım, ovulyasiya gözlədiyiniz aybaşı vaxtından təxminən 14 gün əvvəl olur, eyni zamanda ultrasəs müayinəsi ilə izləməklə də ovulyasiyanın nə zaman baş verdiyini daha dəqiq izləyə bilərik.

Salam həkim. Men 19cu gunumde usiye getdim.2.84du dom fal.Hele partlamiyib.Aybasi tsiklinim 31gunden birdir.Dedi iyun ayinin 15i gel partlamasa iyne vuraq partlasin.Hekim kista ola bilermi? 10 aydir evliyem bir neçə dəfə usiye düşmüşəm. Kista gostermiyib.Birde partladilsa iyneynen mayalanma dovrum kecmeli olacaq? May ayının 24u xestelenmisem.Bu qeder boyumesi normal haldi? Her ay aybasim olur.Xais edirem meni cvblandirin.Cox heyecanliyam.Goresen kista ola bilermi?
Sualın müəllifi: ŞƏBNƏM Sualın yaranma tarixi: 13.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 16.06.2015

Salam xanım, səhifədə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayın zəhmət olmasa, bir neçə sualım olaacq sizə

salam , ilk defediki mende aybasi gecikir, hec vaxt bele sey olmamisdi, amma ilk defediki bu ay 11gündü ki gecikir, səbəbəi nə ola bilər? indidən təşəkkürlər
Sualın müəllifi: Gülmira Sualın yaranma tarixi: 12.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 16.06.2015

Salam, əgər qorunmasız cinsi əlaqə olubsa hamiləlik testini yoxlatmalısınız. Hamiləlik ehtimalı yoxdursa, ginekoloji muayinədən keçməniz məsləhətdir, bu zaman yaşınıza bağlı bütün mümkün səbəblər dəyərləndiriləcək, lazım olan qan analizlərinizə baxılacaq. Keçmiş olsun..

Salam doktor hamiləlik də d dimerin səviyyəsi neçə mg olduqda kleksan iynəsi vurulmalıdır?
Sualın müəllifi: Ulviyyə Sualın yaranma tarixi: 12.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 16.06.2015

Salam, hamilə qadınlarda D-dimer yüksəlir və təkbaşına D-dimer yüksəkliyi hamilə qadına Clexane başlamaq üçün göstəriş deyil.

Salam necesiz men idman edende ayaqmi qaldiranda ele bilremki matkamin icinde nese dusesek sonra bir yerde otururam reski durub gezende yene ele billemki dusecek ordan nese srazu bir yerde otururamki kecsin o neden ola biler usaq sallanmasi ola biler? 20 yasim var qizam
Sualın müəllifi: nara Sualın yaranma tarixi: 10.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 12.06.2015

Salam, Nara xanim, sizi müayinə etdikdən sonra fikir bildirə bilərəm , qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

Bes normal aybawi ola ola hamile qalmaq olur?yeni mende aybawi agir olir bele deyim hamile ola bilermki?mence yox)hemdeki mende ay bawim qabaga atir yeni kecen ay 15idi indi ise 9u oldu bele
Sualın müəllifi: Emiw Hebibi Sualın yaranma tarixi: 10.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 12.06.2015

Salam, aybaşının bir öncəki aydan bir neçə gün əvvəl olması normaldır. Aybaşı olarkən hamilə qalmaq olmaz, sadəcə əgər hamiləlik zamanı qanaxma olarsa, siz bunu səhvən aybaşı kimi qəbul edə bilərsiniz. Hamilə olub olmadığınızı dəqiq bilmək üçün qanda hamiləlik testi verməlisiniz.

Salam menim aybasim cox agrili olurdu sinirle elaqeli derman atandan somra bu bele olmadi sizce neye gore ? Birdeki qiz usaqi ve qadinin aybasisinin ferqi nedir ?
Sualın müəllifi: sevinc Sualın yaranma tarixi: 10.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 12.06.2015

Salam Sevinc xanım, yəqin ki evli və subay xanımlarda aybaşı fərqini soruşursunuz, heç bir fərq yoxdur. Aybaşınızın ağrısız olmasının səbəbini bilmək üçün içdiyiniz dərmanın hansı olduğunu bilsək yaxşı olar və daha sonra ginekoloji Ultrasəs müayinəsi edib, bir problem olub olmadığını deyə bilərik.

Salam hekim bir sual verecem hamiel qadın qarnını iceriye ceke bilermi?1,2aylıq yada daha cox aylıq hamile olanda
Sualın müəllifi: Emiw Hebibi Sualın yaranma tarixi: 09.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, hamilə qadın qarın əzələlərini mümkün qədər içəri çəkə bilər, hamiləlik müddəti artdıqca bu proses də çətinləşəcək. Bətndaxələndə inkişaf edən döl uşaqlıqda xüsusi maye ilə dolu zarların içərisindədir və ətraf mühitdən ola biləcək mexaniki təsirlərdən qorunur. Narahatşılığa əsas yoxdur Smile

Salam həkim.Men 10 aydir aileliyem yazmisdim sizeki falekul izlənir məndə.17ci gundu bugun yoxladi dedi 2.58sm dom flk.Hele partlamiyib.Sizce niyə partlamiyib? Dediki 2gunden sonra gel görək partliyacaqmi.Meslehetinize ehtiyacim var
Sualın müəllifi: ŞƏBNƏM Sualın yaranma tarixi: 09.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, 28 gündə bir aybaşı olan qadınlarda follikul adətən 14 cü gündə partlayır. sizin aybaşı sikliniz daha qısa və ya uzundursa follikulun partladıği gün dəyışə bilər. Follikulun partlaması bir çox faktorlardan asılıdır. Sizə dəqiq və düzgün məlumat vermək üçün sizi mayinə etmək, hormon analizlərinizə baxmaq lazımdır

Salam doktor. Men hamileliyimin 12-ci heftesindeyem. Ilk hamilelikdir. Men 5 heftesinde uzi muayinesinden kecmishem. Hal-halzirda muayineden kecmek meslehetdirmi? Umumi veziyyeti bilmek ucun. Hrmcinin bu heftede cinsiyyeti melum olurmu? Bu heftede dopplere ehtiyac varmi? Yaxud uzi muayinesi yeterlidir? Cox sag ol.
Sualın müəllifi: Sema Sualın yaranma tarixi: 09.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, bu həftədə mütləq ultrasəs müayinəsi olunmalıdır, uşaqda xromosom xəstəliklərini aşkarlamaq üçün çox vacib olab  "ikili tarama"testini məhz bu həftələrdə edirik. Bu həftadə cinsiyyət də təyin edilir, doppler ehtiyac olmadığı zaman olunması şərt deyil. Eyni zamanda əgər daha əvvəl olunmayıbsa qan analizlərinizə də baxılacaq.

Salam Hekim,necesuz? Neye gore toppuw,kok qizlarda aybawi ariq qizlara nisbeten erken yawlarda bawlayir?
Sualın müəllifi: akif Sualın yaranma tarixi: 08.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 12.06.2015

Salam, gənc qızlarda aybaşı başlaması üçün bədən çəkisi (daha doğrusu Vücut - Kütlə indeksi) müəyyən çəkinin üzərində olmalıdır. Ona görə də çəkisi daha az olanlarda və idmançılarda aybaşı daha gec yaşlarda başlaya bilər. 

Sizin yer harda yerləşir
Sualın müəllifi: Ləman Sualın yaranma tarixi: 08.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, Medistyle Hospital, Həsən Əliyev 116 (Mərimanov metrosu yaxınlığında ) yerləşir

salam menim bir qizim var ikinci uwaq isteyirem axirinci defe mayin 14u aybasi olub bu ay hele gozleyirem ilk defedi uzun illerden beri qorunmamiwam.test yoxlayiram menfi gosterir eslinde ne vaxt yoxlamaq lazimdi?
Sualın müəllifi: vusale Sualın yaranma tarixi: 07.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam, gözlədiyiniz aybaşı günündən sonra aybaşı olmasa, cavabın  dəqiq olması üçün qanda hamiləlik testini verin. 

Salam, Nati xanim. Bagishlayin, narahat edirem. Size bir sualim olacaq. Men 3aydir evliyem, 23 yashim var. Bezen munasibetde olarken qarnimin ashagi hissesinde sancilar olur. Bu bezen olur bezen olmur. Sebebini bilmek isterdim. Hansi ehtimallar var?
Sualın müəllifi: Bahar Sualın yaranma tarixi: 07.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, cinsi əlaqə zamanı ağrı ən çox çanaq orqanlarənən infeksiyasına bağlı ola bilir, ancaq digər səbəblər də mümkündür. Ginekoloji müayinə və ultrasəs müayinəsindən keçməniz məsləhətdir.

 

Salam, menim 23 yasim var, aileli deyilem, kecen ile kimi aybasi hemise vaxtinda duzgun olub, ama kecen ilin axirlarindan biraz gecikmeye basladi, olanda da qan cox az gelirdi , qehveyi tund leke kimi, yanvar ayindan normal xestelenmeye basladim ama bu defe aybasi sanki dayanmir, yeni 5-6 gun normal aybasi kimi, ayin novbeti gunleri ise damcilar seklinde qehveyi ya qara rengde selik gelir, 3 aydir ki dayanmir, sizce nedendi bu.
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 06.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, qeyd etdiyiniz aybaşı pozğunluğu hormonal disbalansa, uşaqlıq və yumurtalıq patologiyalarına (problemlerinə) bağlı  ola bilər. Ultrasəs müayinəsindən keçməyiniz  və hormon analizlərinizi yoxlamaq lazımdır və aşkarlanan səbəbə görə uyğun müalicə almalısınız.

Hər vaxtınız xeyir, Natı xanım Bilmək istərdim Clomid dərmanından istifadə etməklə mütləqmi əkiz övladlara sahib olunur? Və ondan neçə dəfə istifadə olunmalıdır? Kişi tərəfdən onun istifadəsi olmalıdırmı ? Təşəkkür edirəm öncədən
Sualın müəllifi: Nicat Sualın yaranma tarixi: 04.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam, hər vaxtınız xeyir, dediyiniz dərman qadınlarlarda istifadə edilir ,dərmanın istifadəsi sonrası əkiz hamiləliklər ola bilər, ancaq mütləq deyil. Dərman mütləq həkim nəzarəti altında qəbul edilməlidir. 

Salam həkim. MEN 10aydir evliyəm. HƏLƏ HAMİLƏ qala bilməmişəm. Usiye düşmüşəm her sey yaxşıdı. Bircə falekuk partlamir.6ci ayima kimi aybasim normal olub.6ci aydan sonra gecikmelerim olub.Mart ayinda 10gun gecikmem oldu.Ancaq yenede xestelendim.May ayinda 3gun gecikmem oldu yene xestelendim. Mende 31gunden bir olur.Bu ay usiye dusdum dediler sol yumurtaliqda falekul var.11ci gunumde getmişdim. Birde 13cu gun gedəcəm.Xais edirem mene meslehetinizi veresiniz.Evvelceden Təşəkkür
Sualın müəllifi: Şəbnəm Sualın yaranma tarixi: 04.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam xanım, hamiləlik üçün follikul partlmasından savayı, yoldasınızın sperm analizi, sizin hormon analizleriniz, uşaqlıq borularınızın açıq olması da mütləqdir. Bu göstərcilər hamısı norma daxilindədirsə, o zaman follikul böyüməsi və partlaması üçün size uyğun müalicə verilə bilər.

Salam. ushagin cinsiyyetini onceden planlashdirmag mumkundur doktor? bildiyim qeder mueyyen hesablama ve aybashi dovrune gore hemcinin ata ve ananin tevelludune gore gelecek usagin qiz yaxud oglan olmasi barede mueyyen planlashdirma aparmag olur. duzdu bu?
Sualın müəllifi: Gunay Sualın yaranma tarixi: 04.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 10.06.2015

Salam, usağın cinsiyyetinin hansısa təqvimlərə görə planlaşdırılması elmi olaraq sübut olunmayıb

Salam doktor.cox xayish edirem mene komeklik edesiniz.avqust ayinda iki il olacaq ki aile qurmusham.amma hamile qala bilmirem.ilk 6 ayda yoldasim bakida oxuyurdu biz shirvan sheherinde yashayirdiq,heftede 1 defe gorushurduk deye hekime getmedim.sonra yene qala bilmeyenden sonra hekime getdim.dedi polikistoz var laproskopik emeliyyat olundum..folekullarim qaydasina dushdu.yetishdi,partladi,yene qala bilmedim.yoldashim yoxlandi varikoseli cixdi,spermaqrammada 2 faiz gosterdi.onu da deyim ki toyumuzdan 8 ay once varikoselden emeliyyat olumushdu.sol terefden,yeniden hemin yerden yaranmishdi.yoldashim polis akademiyasinda oxudugu ucun shaqatdan tez-tez yaranir// 8 aydi oda emeliyyat olunub amma yene aktivlik zeifdi 12 faiz...mualicede goturur...men borumuda yoxlatdim dedi sol teref zeifdi,amma sag teref kecirdir..proloktinimide yoxlatdim 524 cixmishdi uje 2 aydi dostineks dermani atiram....deqiq yazdimki komek ede bilesiniz...men ne etmeliyem????
Sualın müəllifi: Ulviyye Baxisova Sualın yaranma tarixi: 04.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam xanım, keçmiş olsun, yoldaşınızın androloqla məsləhətləşməsi vacibdir. Sizin müalicədən sonra prolaktininizi təkrar yoxlatmağınız və boru filminizi təkrar dəyərləndirmək lazımdır. Bu nəticələrə görə sizə uyğun ola biləcək follikül stimulyasiyası, aşılama və b metodlar haqda düşünmək olar. 

Salam doktor. Cox cox uzr isteyirem sizden. Yoldasim sosial sebekelerden uzaq oldugu ucun men yazmaq mecburiyyetinde qaldim. Xahis edirem duzgun basa dusun. Menim yoldasim ucun hamileliye qarsi ne kimi bir preparat meslehet gore bilersiniz? Adlarini be istifade qaydasini yazsaniz sevinerem ve size minnetdar olariq. Evvelceden tesekkurler.
Sualın müəllifi: Vuqar Sualın yaranma tarixi: 03.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam Vüqar bəy, yoldaşınız telefonla əlaqə saxlasa daha yaxşı olar, çünki preparatların yoldaşınız üçün əks göstərişinin olub olmamasını müayyən etmək və yoldaşınız ən uyğun preparatı seçmək üçün ona bəzi suallarım olacaq.

Salam hekim.bagislayin narahat edirem men uje 4cu ayima kecmisem aile qurdugum lakin hele hamile qalmamisam.ama co istirem usagim olsun.hele hec bir muayineden kecmemisem deyirlwr hele tezdi 1il gozde olmasa get hekime.siz ne meslehet gorursuz?her zaman aybasim falanda normaldi sukurler olsun.qabaga vurma olur ama gecikme olmur.onceden cvblandirdiginizcun cox sag olun
Sualın müəllifi: Nermin Sualın yaranma tarixi: 03.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam xanım, yaşınız 35-dən azdırsa, lazımi araşdırmalar üçün 1 il gözləməyiniz məsləhət olunur. Ovulyasiya günlərinə müvafiq olaraq, mütəmadi cinsi əlaqə ilə cütlüklərin 80%-ində 1 il içərisində hamiləlik izlənir. 

Salam. Menim ic cinsiyet dodaqlarimda tek tek sis cixir 3 gun cekir biraz sisib boyuyur sonra partlayb qanayir.solub kecir. ne ola biler ?
Sualın müəllifi: ira Sualın yaranma tarixi: 03.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam, qeyd etdiyiniz nahiyyədə ,Bartolin vəziləri olur, onların iltihabı ola bilər. Şislik hiss etdiyiniz zamanı müayinə üçün müraciət edin, bu zaman şikayətinizin səbəbi və müalicəsi haqda daha düzgün məlumat verə bilərik

salam doktor men 6 heftelik hamileyem kopum cox olur qarnimda sebebi ne ola biler evvelceden minnetdarligimi bildirirem
Sualın müəllifi: Sabina Sualın yaranma tarixi: 03.06.2015
Cavablandıran həkim: Tamara Muxarrramova Cavablandırılığı tarix: 08.06.2015

Salam xanım, tebrik edirəm sizi, insallah problemsiz başa vurarsınız. Hamiləlik zamanı orqanizmdə artan progesteron hormonunun təsirinə bağlı olaraq, mədə-bağırsaq sisteminin hərəkəti yavaşlayır,boşalma müddəti artır. Buna bağlı olaraq mədədə doluluq hissi, köp və qəbizlik kimi hallar artır. Uyğun müalicə ilə narahatçılığınızı aradan qaldırmaq olar. Keçmiş olsun

powered by smfaq