Həkim mama-ginekoloq Ağayeva Gülnar 1988-ci ildə ATU-nun müalicə profilaktika fakultəsini bitirmişdir. 1990-2005-ci illərdə Şirvan şəhər doğum evində mama-ginekoloq işləmişdir. 2005–ci ildən Diaqnoz Tibb Mərkəzində mama-ginekoloq işləyir. 2010-cu ildə Ankara Tibb universitetində “Histeroskopiya və koloniskopiya” üzrə, 2013-cü ildə Sank-Peterburq şəhərində “Endoskopik cərrahiyyə” üzrə ixtisaslaşmadan keçmişdir. Fəaliyyət sahələri: Sonsuzluq, patoloji və normal hamiləliyin aparılması, kesar əməliyyatı və bütün ginekoloji əməliyyatlar, eyni zamanda qadınlarda sidik saxlamama zamanı T.O.T qoyulması, uşaqlıq yolunun plastikası, uşaqlıq boynu eroziyalarının kolposkopik müayinəsi və lazer müalicəsi ilə bağlı bütün əməliyyatlar.

 

Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 688 62 15 nömrəsi ilə, Dr. Gülnar Ağayeva ilə əlaqə saxlaya bilərsiniz.

 

Həkimə sual!
Salam doktor mende qawinma var qiz uwagiyam siz yazdiz yaxmadan analiz verin qiz uwagina yaxmadan analiz nece gotururler ?
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 17.05.2017 23:39
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 22.05.2017 12:38

Salam, həki ginekoloq götürür

Salam Gulnar xanim.Size 2sualim ar.Ginekoloq muayinesinde oldum.Hamileydim.Hekim dediki eroziyan var,eger uwaq qalsa ciddi problem ola biler.Abort oldum.Bu duzdumuki eroziyaya gore hamile qalmaq tehlukelidi?2ci sualim,kecen il eroziyami tokla yandirtmiwdim.Ama baxib dedilerki qalib yanmiyib.Bilmey istiyirem abortdan neqeder vaxt kecdikden sonra eroziyani yandirmaq olar?Ve hansi usulu meslehet gorursuz?Cox sagolun.
Sualın müəllifi: Nona Sualın yaranma tarixi: 17.05.2017 22:19
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 22.05.2017 12:45

Salam,hamiləlik baş veribsə onu saxlaya bilərdiniz ,erroziyaya əvvəlcə kolposkop aparatı ilə baxılmalı yaradan histoloyi analiz götürməli ən müasir usul olan lazerlə müalicə olunmalıdır .Siz əvvəlcə gəlin erroziyaya baxılsın sonra hansı usulla müalicə lazım olduğu haqqında danışılar

 

  Gülnar x 0506886215

Salam həkim.Menustrasiya ola ola hamilə qalmaq olar?Yəni 3ay xəstələnə xəstələnə hamilə olmaq.
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 17.05.2017 17:53
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 22.05.2017 12:49

Salam, bəzən aybaşı pozğunluğu olduqda hamiləlik mümkündür

salam. 4 heftelik hamileliyi hansi vasitelerler pozmaq olar, abortdan bawqa?
Sualın müəllifi: Kemale Sualın yaranma tarixi: 17.05.2017 12:32
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 22.05.2017 12:54

Salam yaxşı olar ki  abort olunsun

Salam hekım men sıdık analızı verdım mende e.colı cıxdı bu ne demekdı qorxuludumu? Bu bakterıya ola ola hamıle qalmaq mumkundu?
Sualın müəllifi: Gulu Sualın yaranma tarixi: 17.05.2017 10:07
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 17.05.2017 11:59

salam. eşerixa koli bağirsaq çöpüdür bağirsaqda olur ona görə də mütləq müalicə lazımdır

 Gülnar x 0506886215

Salam həkim mən mikrobdan müalicə olunmuşam ikinci kursu eləyəndə dəhşət ağrılarım oldu həkimə getdim kistadan və yumurtalıqın pərdəsi cırılmışdı tez emeliyyata aldılar və mənə 6 ay hamilə qalmaq olmaz dedilər,bunun üçün lindinet tabletkasın verdilər və emeliyyatdan sonra menusturasiya vaxtı 15 gün oldu evvel 7 gün olurdum sizcə bunlar nedendi
Sualın müəllifi: Lale Sualın yaranma tarixi: 16.05.2017 05:17
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 16.05.2017 10:53

Salam. yaxşı olar ki hormonları yoxlayasan ola bilsin ki hormonal pozğunluq yaranıb

 

Gülnar x 0506886215

Salam doktor. Məndə mensturasiya olmamişdan 15gün falan qabaq sinəmdə ağrılar olur. Aybaşınln təxmini 16-18ci günləri başlayır ağrı. Mens olan kimi də yoxa çıxır ağrı. Prolaktini yoxladim yüksəkdi. 19.5.di ən son göstərici . mende 33.dü dostineks qebul edəcəm. Prolaktin normaya düşəndən sonra aybaşıdan qabaq sinə ağrısı gedəcək məndən? 5aydır ailəliyəm hamilə qala bilmirəm. Bir də bu dostineks dərmanı neçə müddətə təsirini göstərir? Dostineksi içə içə hamiləlik mümkündür? Bu arada aybaşı da normal oluram. 29-33 gün arasl dəyişir. Təşəkkür edirəm.
Sualın müəllifi: Könül Sualın yaranma tarixi: 15.05.2017 08:43
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 16.05.2017 11:00

Salam, müalicəni edın hamillik də ola bilsin ki  baş versin 

 

  

Salam hekim mende qawinma var sol boyuk dodagda 21yawim var cinsi elaqede olmamiwam hecvaxt .men ne mazi cekim kecsin?
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 14.05.2017 23:07
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 16.05.2017 11:02

Salam yaxşı olar ki yaxma analizi verəsiniz ancaq hələlik deklasid mazı çəkə bilərsiniz

Salam hekim, 26 heftelik hamileyem mende dolyani mayenin miqdari cox, keskin bulaniq, kicik dispers cokuntuludur. Bunun sebebini bilmek istiyerdim amaki hec bir xestelik kecirmemisem hamilelik vaxti. Usaq ucun her hansi bir tehluke varmi???
Sualın müəllifi: Nahide Sualın yaranma tarixi: 13.05.2017 18:47
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 16.05.2017 11:03

Salam,  bunun heç bir qorxusu yoxdur bu normaldır

doktor cox sagolun cavablandirdiginiz ucun.borulari yoxlatmiwam.aciqdi.lh 4,79 ,,,, fsh ise 6.30.ferq beledir.sizce sebeb ne ola biler bawqa.
Sualın müəllifi: lena Sualın yaranma tarixi: 13.05.2017 17:04
Cavablandıran həkim: Dr. Gülnar Ağayeva Cavablandırılığı tarix: 16.05.2017 11:07

Salam. analizlər normaldır yaxsı olardı bir şuvarski sınağı da yoxlanılsın

powered by smfaq