Həkim mama-ginekoloq Dr. Samirə Əkbərbəyova 1994-cü ildə ATU-nun müalicə profilaktika fakultəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Respublika Klinik xəstəxanada mama-ginekoloq kimi çalışır.

Fəaliyyət sahələri: Sonsuzluq, patoloji və normal hamiləliyin aparılması, kesar əməliyyatı və bütün ginekoloji əməliyyatlar, eyni zamanda qadınlarda sidik saxlamama zamanı T.O.T qoyulması, uşaqlıq yolunun plastikası, uşaqlıq boynu eroziyalarının kolposkopik müayinəsi və müalicəsi ilə bağlı bütün əməliyyatlar.

Dr. Samirə Əkbərbəyovaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 367 53 16 nömrəsi ilə, Dr.  Samirə Əkbərbəyova ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

Həkimə sual!
Salam doxdur men hemese normal aybasi olmusam evliyem bir oglum var ama mende iki aydi gecikme olur kecen ay on gun gecikme oldu bu ayda uje 4gundu gecikme var test edirem neqativ gosterir.hamile qalmaq isteyirem qala bilmirem.qanimda menfidi bir usagimda inkisafdan qalib iki aylig.indi bilmek isteyirem men hansi analizleri vermeliyem hamile qalmag ucun?? Evvelceden cox sagolun.
Sualın müəllifi: Ayan Sualın yaranma tarixi: 30.11.2016 21:04
Cavablandıran həkim: Cavablandırılığı tarix: 06.12.2016 05:18

Salam,yaxşı olar ki hormon analizlərini və boruları yoxlamağı məsləhət görürəm.əgər 1 -ci hamiləlikdə rezusa qarşı iynə vurmusunuzsa qorxmayin.ginekoloqun da uşaqlıq boynuna baxması da məsləhətdir

 

  Gülnar x 0506886215

Salam göbələk xəstəliyinə hansı maz krem və ya dərman tövsiyə edə bilərsiz? Dəqiq bilirəm göbələkdir sadəcə vaxtım yoxdu deyə gələ bilmirəm həkimə xaiş edirəm dərman tövsiyə edərdiz çox sağolun
Sualın müəllifi: Ceyla Sualın yaranma tarixi: 30.11.2016 19:20
Cavablandıran həkim: Cavablandırılığı tarix: 06.12.2016 05:49

Salam. yaxşı olar ki  gəlib yaxmanın əkilməsini verəsiniz bu daha deqiq olar və müalicə daha effekli olar 

 

  Gülnar 0506886215

salam 8 heftelik hamileyem. birden aniden aybawi agrisi olur ayagima vurur agrisi ne ola biler?
Sualın müəllifi: aygun Sualın yaranma tarixi: 30.11.2016 09:33
Cavablandıran həkim: Cavablandırılığı tarix: 30.11.2016 11:36

Salam,yaxşı olardı ki bir uzi müayinəsində keçəsiniz və həkim ginekoloq sizə baxsın 

 

  Gülnar x 0506886215

Salam Hekim 20 yawim var evli deyilem,cinsi organdan vaginadan daimi olaraq ag maye gelir.anam yoxdu diye hekime gede bilmirem atama utaniram demeye xaiw eliyirem nece mualice ede bilerem onu?
Sualın müəllifi: Ilahe Sualın yaranma tarixi: 29.11.2016 17:49
Cavablandıran həkim: Cavablandırılığı tarix: 30.11.2016 11:39

Salam. normada uşaqlıq yolundan şəffav iysiz maye gəlməlidir əgər belədirsə narahat olmayın

Salam həkim 21 yaşım var 5aydı evliyəm hamilə qalmamışam folokulmun ölçüsü13gün 15 mml idi həkim bu nədən ola bilər ki folokulum böyümür vaxtında adət görürməm xaiş edirmə kömək edin
Sualın müəllifi: günay Sualın yaranma tarixi: 29.11.2016 16:03
Cavablandıran həkim: Cavablandırılığı tarix: 30.11.2016 11:46

Salam.bu göstərir ki hormonal pozğunluq var ona görə məsləhət görürəm mütləq hormonları yoxlayasınız və ona uyöun müalicə alasınız,onda follikul da vaxtında yetişib partlayar

 

  Gülnarx 0506886215

Salam Hekim. Siz normal doguş ve kesar emeliyyati eleyirsiz?
Sualın müəllifi: nuray Sualın yaranma tarixi: 25.11.2016 10:31
Cavablandıran həkim: Cavablandırılığı tarix: 26.11.2016 07:13

Salam. beli edirem

Gülnar x 0506886215

Hekim salam. Hekim menim folikulum yetishir ama parylsmag yerine geri sovrulur.5 ildi aile qurmusham hec vax hamile qalmaisham butun analizdende kecmish. Sadece folikuldu problem sizce sebeb nedi geri sovrulmanin sebebi nedi.evvelceden cox sagolun
Sualın müəllifi: Gulnare Sualın yaranma tarixi: 25.11.2016 09:43
Cavablandıran həkim: Cavablandırılığı tarix: 26.11.2016 06:08

Salam.follikulun partlamamasının səbəbi hormonal və iltihab mənşəli ola bilər mən istiyərdim bir hormon analizlərinə baxım.

 

   Gülnar x0506886215

Salam Hekim uzr isteyirem sizi narahat edirem. sualim var size.qonsum 5aydi aile qurub hamilelik yoxdu.qaynanasi aparib hekime.balaca matka deyibler ve deyibler ki cetin hamile qalar.dyufaston, utrojestan kimi dermanlar yaziblar.aybasi agrilarina gore nece illerdiki her ay qonsum nimesil aksen fort icirdi qaraciyerinde lekeler yaranmisdi mualice aldi. amma ginekologun yazdigi dermanlari icen kimi agrilari basladi qastroenterolog dediki icme ginekoloq yazanlari. qalib bilmir neylesin. sizden sorusmag isteyirdim ki cox tehlukeli veziyyetdi balaca matka? ne etmek olar?
Sualın müəllifi: cemile Sualın yaranma tarixi: 25.11.2016 05:30
Cavablandıran həkim: Cavablandırılığı tarix: 26.11.2016 07:08

Salam,u.aqlığın ölcülərınə baxmaq lazımdır mən şifahi heç nə deyə bilmərəm doğmamış qadınlarda i-2 dərəcəli ilə hamılə qalmaq olar yenə də uzidə baxmaq lazımdırvə hormon analizlərinə baxilmalıdır.

 

  gülnar x 0506886215

Salam Gulnar xanim men ay yarim bundan evvel sag terefli boru hamileliyinden emeliyyat olmuwam indi mene coxu deyirki o birini borunun oturuculuyunu yoxlad gelen defeki hamilelikde problem cixmasin amma coxuda deyirki yoxladma zedeliyerler borunu sizce bu ne geder duzgundu?xaiw edirem mene cavab deyin bu gun ay bawimin 3cu gunudu isdeyerdim cox gec olmamiw eger lazimdisa bawqa bir fesadi yoxdursa yoxladim onuda deyimki 7 aydi aileliyem yani ovladim yoxdu 23 yawim var evvelceden tewekkur edirem
Sualın müəllifi: xedice Sualın yaranma tarixi: 23.11.2016 18:05
Cavablandıran həkim: Cavablandırılığı tarix: 26.11.2016 06:39

Salam.yaxşə olardi ki borunun keciriciliyini yoxlayasınız borular aybaşının 7-8 günlərində yoxlanılır bu vaxtlar boru zədələnmir və rentgen altinda yoxlayırıq 

 

  Gülnar x 0506886215

Zehmet olmasa deyersiz lazernen goturuldukde neqeder pul odemeliyem. Yeni polipi lazernen goturmek neciye basa gelir? Birdeki hekime gec getsem ziyani olar? Tessekkur edirem vaxtinizi ayirib sualimi cavablandirdiqiniz ucun
Sualın müəllifi: Ulviyye Sualın yaranma tarixi: 23.11.2016 11:02
Cavablandıran həkim: Cavablandırılığı tarix: 26.11.2016 07:15

Salam.histeroskopiya vasitəsi ilə polipi götürmək 650-700m arasıdır

  Gülnar x 0506886215

powered by smfaq