Həkim mama-ginekoloq Ağayeva Gülnar 1988-ci ildə ATU-nun müalicə profilaktika fakultəsini bitirmişdir. 1990-2005-ci illərdə Şirvan şəhər doğum evində mama-ginekoloq işləmişdir. 2005–ci ildən Diaqnoz Tibb Mərkəzində mama-ginekoloq işləyir. 2010-cu ildə Ankara Tibb universitetində “Histeroskopiya və koloniskopiya” üzrə, 2013-cü ildə Sank-Peterburq şəhərində “Endoskopik cərrahiyyə” üzrə ixtisaslaşmadan keçmişdir.

Fəaliyyət sahələri: Sonsuzluq, patoloji və normal hamiləliyin aparılması, kesar əməliyyatı və bütün ginekoloji əməliyyatlar, eyni zamanda qadınlarda sidik saxlamama zamanı T.O.T qoyulması, uşaqlıq yolunun plastikası, uşaqlıq boynu eroziyalarının kolposkopik müayinəsi və lazer müalicəsi ilə bağlı bütün əməliyyatlar.

Dr. Gülnar Ağayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 688 62 15 nömrəsi ilə, Dr.  Gülnar Ağayeva ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

Həkimə sual!
salam.mende 8 mm polıp var.hekım deyır ona gore hamıle qala bılmırsen 3 aydı evlıyem.polıpı gotursem nece aya hamıle qala bılerem?
Sualın müəllifi: lale Sualın yaranma tarixi: 12.11.2016 18:21
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 11:58

Salam,polip  hamilə qalmağa mane olur elə bilki spiral rolunu oynayir hamilə qalmağa mane olur ona görədə polipi histeroskop aləti vasitəsi ilə götürmək lazımdır ki uşaqlıq zədələnməsin bəzən onu abort kimi qaşıyıb götürürlər bu da uşaqlığımn daxili qatı zədələnir

 

  Gülnar x 050 6886215

salam hekim 4aydi evliyem hamilelik yoxdu.aybasi zamani ilk gunu dehset cox dozulmez agrilarim olur.bu hamile olmamama sebeb ola biler sizce?
Sualın müəllifi: Letife Sualın yaranma tarixi: 11.11.2016 11:38
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 11:22

Salam,yaxşı olar ki hormonları yoxlamaq lazımdırvə müalicə alsanız ağrıları da kecer hamilə dəqalarsınız

 

  

Salam hekim,size bele bir sualim olacag.Men 1 il di ki evliyem,ama hele evladim yoxdu.Menstruasiya zamani mende siddetli agrilar olur,hekim mene demisdiki qadin olannan sonra kececek,ama kecmedi.Ne edim?
Sualın müəllifi: deniz Sualın yaranma tarixi: 09.11.2016 21:58
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 22.11.2016 06:08

Salam,bu ağrilar endometrioza meyillilik olduqda olur və xüsusi dərmanlar var ki onu təyin etdikdə ağrilar azalırgələrsiniz baxaram ,müayinə olunarsınız 

 

   Gülnar x 0506886215

salam hekim.bagslayin yene narahat edirem.men sentyabrin 5i aybasi olmusam.oktyabrin 9udu hele xestelenmemisem.testle yoxladim neqativdi.indi hekime muraciet etmek isteyirem.xestelenmeden getsem olar?
Sualın müəllifi: cemile Sualın yaranma tarixi: 09.11.2016 10:09
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 11:48

salam,yaxşı olar ki qanda hqq analizini yoxlayın əgər neqativ cixsa onda hormonlar yoxlanmalıdır 

 

   Gülnar x 0506886215

Salam hekim.Evvelce deyerli vaxtinizi bize ayirib cavab yazdigin ucun minnetdaram size.Hekim cox xahis edirem menim sualima cavab yazin.Men il yarimdi aileliyem hamile qala bilmirem.Cox xahis edirem mene etrafli deyerdiz nelerden analiz vermeliyem men.onceden tesekkurler.
Sualın müəllifi: Aysun Sualın yaranma tarixi: 08.11.2016 08:50
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 11:43

Salam,mütləq yoldasınız da spermoqramma analizi versin sizin hormonlarınız yoxlansın,uşaqlıq borulari ,boynu yoxlanmalıdır

  Gülnar x 0506886215

salam men yeni hamileyem 29 .09. 2016 nece heftelik sayiliram birde deyilene gire dol hele turbaligdadi qripem ziyan olmaz? qorxuram
Sualın müəllifi: aygun Sualın yaranma tarixi: 07.11.2016 06:49
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 11:17

salam, müalicə alın ,coxlu maye qəbul edin

salam men test etdim 2 xet cixdi ancaq biri solgun hamileyem?
Sualın müəllifi: aynureeee Sualın yaranma tarixi: 05.11.2016 14:31
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 22.11.2016 06:20

salam, dəqiq bilmək üçün qanda hamiləliyi yoxlayın

 

   gülnar x 0506886215

Salam.Hekim erroziya lazerle yandiqdan sonra ne qeder elaqede olmag olmaz?elaqede olmagin ne kimi ziyani var?evvelceden çox sagolun!
Sualın müəllifi: nuray Sualın yaranma tarixi: 05.11.2016 07:38
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 12:04

salam, erroziyanı yandırdiqdan sonra 1 ay əlaqədə olmaq olmaz

 

  gülnar x 0506886215

Salam hekim.menim 7ayliq usagin var.keyseriyye yolu ile olub.indi 1ayliq hamile oldugumu bildim.bir prablem olmazki?birde hekim men uziye get sen ancaq ustden baxacaqlar?yoxsa altdandami?cox sagolun
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 04.11.2016 21:22
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 22.11.2016 06:14

Salam.cox tez hamilə qalmısınız ,uziye ustdən baxılır,lazım gələrsə altdan da baxıla bilər.

 

  Gülnar x

salam hekim size bir defede yazmiwdim.2ci defe hekime getdim falekulu uzide izlemekcun.falekul yetiwir partdiyir.uzi yene herweyin normal oldugunu ovulyasiya her ay baw verdiyini dedi hekim.yalniz bele olan halda niye hamile qala bilmirem cox maraxlidi.aybasini 16ci gunu dufaston tablletkasi yazib 3ay.yoldasimin ovladi var.ona gora prablem mendedi deye cox narahatam.birsozde deyimki yoldasim 6ildi nimesil tozu icir ayaginda agrisi var deye.soizce bu derman ona hansisa bir fesad yarada biler?qan qrupumuzda eynidi 2+.hamile qalmaga prablem deyilki?cox xahiw edirem ne etmeyimi meslehet gorerdiz?artiq 9aydii aileliyem bir an once ana olmax istiyrem.tebiki goyde allah yerde sizin meslehetinizle.herweycun cox sagolun.elleriniz derd gormesin
Sualın müəllifi: lala Sualın yaranma tarixi: 04.11.2016 16:36
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 15.11.2016 11:28

salam,mən təklif edərdim ki immunoloji uyğunluğu yoxlansın ola bilsin uyğunsuzluq var

 

  Gülnar x 0506886215

,

powered by smfaq