Həkim mama-ginekoloq Ağayeva Gülnar 1988-ci ildə ATU-nun müalicə profilaktika fakultəsini bitirmişdir. 1990-2005-ci illərdə Şirvan şəhər doğum evində mama-ginekoloq işləmişdir. 2005–ci ildən Diaqnoz Tibb Mərkəzində mama-ginekoloq işləyir. 2010-cu ildə Ankara Tibb universitetində “Histeroskopiya və koloniskopiya” üzrə, 2013-cü ildə Sank-Peterburq şəhərində “Endoskopik cərrahiyyə” üzrə ixtisaslaşmadan keçmişdir.

Fəaliyyət sahələri: Sonsuzluq, patoloji və normal hamiləliyin aparılması, kesar əməliyyatı və bütün ginekoloji əməliyyatlar, eyni zamanda qadınlarda sidik saxlamama zamanı T.O.T qoyulması, uşaqlıq yolunun plastikası, uşaqlıq boynu eroziyalarının kolposkopik müayinəsi və lazer müalicəsi ilə bağlı bütün əməliyyatlar.

Dr. Gülnar Ağayevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 688 62 15 nömrəsi ilə, Dr.  Gülnar Ağayeva ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

Həkimə sual!
Salam Hekim. Menim size 1sualim var.. 3Aydi ana olmusam. Mende axinti(videleniya) coxdur.24 saat erzinde 2defe uzr isteyirem paltar deyismeli oluram. Hamilelik boyu da olurdu amma dediler o vaxt normal sayilir. Terjinan ve ya depantol samlarindan birini aptekde meslehet bildiler.sizce istifade ede bilerem o samlardan birinden?
Sualın müəllifi: su sonasi Sualın yaranma tarixi: 27.10.2016 18:00
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 28.10.2016 11:56

Salam,klomeprol şamını alın  hər axşam uşaqlıq yoluna qoyun ancaq yaxşı olardı ki yaxma analizi verib ona uyğun müalicə alardınız

 

  Gülnar x 0506886215

salam Gülnar xanım. Mən iki aydır ailəliyəm. Vaginamda quruluq var tez quruyur. nemlik azdı yeni. nə məsləhət bilərdiz
Sualın müəllifi: Nermin Sualın yaranma tarixi: 27.10.2016 10:35
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 28.10.2016 11:58

Salam,lubrikant tərkibli gellerdən istifadə edın

Salam. Testin nəticəsi pozitivdir. Aybaşım oktyabrın 20-si olmalı idi. Ancaq aybaşından 20 gün əvvəl böyrəyimdəki ağrılardan dolayı iki dəfə BAZOSİD 1.5 iynəsi vurdurmuşam. Bilmək istəyirəm ki, bu mənim uşağıma necə təsir göstərə bilər. Əvvəlcədən təşəkkür edirəm.
Sualın müəllifi: Elnure Sualın yaranma tarixi: 27.10.2016 10:20
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 31.10.2016 11:03

Salam.yox hamiləliyə hec bir təsir etməz narahat olmayin

SALAM XANIM,3 ILDI SPIRAL QOYDURMUWAM.AXIR 3 AYDI KI AYBAWI VAXTIMDAN 1 HEFTE QABAQ ALDADICI AYBAWI OLURAM SONRA 1 HEFTE YENE DOGRU OLURAM.SIZCE NEDEN OLAR?
Sualın müəllifi: NURA Sualın yaranma tarixi: 27.10.2016 07:29
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 31.10.2016 10:59

Salam, çox vaxt spiral iltihab yaradır ona görə də aybaşıda belə pozulmalar olur ona görə də mütləq baxilmalı və müalicə almalısınız

 

  Gülnar x 0506886215

Salam xanim men 21 yawim var 1 aydi aileliyem 4 gun olar sidiye cox tez tez gedirem ve sidik edib bitene yaxin agri olur hemin hissede.bu gun boyreklerimdede agri olub.bilmek isteyirem neden olar.xais edirem cavablandirasiz.
Sualın müəllifi: Aysel Sualın yaranma tarixi: 26.10.2016 16:53
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 27.10.2016 05:59

Salam, bu sistitın əlamətidir təzə ailə quranlarda tez-tez olur  sidik analizi verib mütləq müalicə lazımdır 

 

Gülnar x 0506886215

salam hekim necesiz hormonlari ne vaxt yoxlatmaq olar. aybasinin necenci gunu. Birdeki mende vidileniya olurdu mualice aldim, bir az kecdi getdi. Yenede var amma evvelki kimi yox az az. Bu neden ola biler. 1 il 7 aydiki evliyem hec hamile qalmamisam. Mualicde aliram. Hekim onu demek isteyiremki cox mualicenin qorxusu yoxduki. Cox isteyirem usagim olsun. Evvelceden cox sagolun
Sualın müəllifi: nigar Sualın yaranma tarixi: 26.10.2016 15:05
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 27.10.2016 05:53

Salam, hormonlar aybaşının 3-5 gün arası yoxlanılır ,yaşı olar ki yaxmanın da əkilməsini verəsiniz

 

   Gülnar x 0506886215

Salam Gulnar xanim.menim 40 yawim var men aybawidan kesile bilerem.yoldawim da yoxdu.aileli olmuwam bir oglum var.kecen ay aybawi oldum ayin 11-15 kimi indi yoxdu.xaiw edirem mene aybawimi tenzimlemekde komek edin.
Sualın müəllifi: Feride Sualın yaranma tarixi: 25.10.2016 22:02
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 27.10.2016 05:50

Salam, klimaks ücün çox tezdir ancaq onu yoxlamaq və aybaşını qaydaya salmaq üçün bəzi hormonları yoxlamaq lazımdır və ona müvafiq müalicə təyin etmək olar 

 

  Gülnar x 0506886215

Salam hekim.Menim 36 yaşim var.12 heftelik hamileyem.Özumu çox ağir ve yorğun hiss edirem.Başimda tez-tez aģrilar olur.Sizce bu yaş üçün bu simptomlar normaldir? Evvelceden teşekkür edirem.
Sualın müəllifi: Kamile Sualın yaranma tarixi: 25.10.2016 12:26
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 27.10.2016 05:57

Salam, bununyaşla əlaqəsi yoxdur hamiləliklə bağlıdır həkimə gedin müaytinələrdən kecın

salam 20 yawim var men 1 aydi evliyem her gun demek olar her aybawim bitdikden sonra elaqede oluruq hamile qalma wanwim varmi aybawkm sentyabr 3 ve yene sentyabr 29 oktayb aybawini gozluremm iki defe test etdim neqativ cixdi ama ureyim bulanir arada bir qasiw nahiyem agriyir birde bawim agriyir nedense neden ola biler siz hesablayin ne vaxt cinsi elaqede olsam hamile qala bilerem
Sualın müəllifi: aynuwwww Sualın yaranma tarixi: 25.10.2016 11:35
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 27.10.2016 05:36

Salam, 6ay 1 il müddətində hamilə qalmasanız onda problemı axtararsınız indi hele tezdir günaşırı əlaqənız olsun əgər yoldaşınız da sağlamdırsa hamilə qalarsınız .bu müddətdə qalmasanız gəlib yoxlanarsınız

 

   Gülnar x 0506886215

Salam Gülnar xanım men cox az aybasi olurdum hekime getdim hormonlaran analiz verdim pozuntular var idi mene uc ayliq mualice yazdi folekulum da partlamirdi dedi uc aydan sonra partlayacaq bu gun aybasinin 15 ci gununde getdim folekulun olcusu 18.7 mm idi hekim dedi ki partlamayacaq demek ki uc ayliq mualicenin bir xeyiri olmayib indi men ne etmeliyem zobu da var mualice aliram zobdan
Sualın müəllifi: Efsane Sualın yaranma tarixi: 25.10.2016 10:19
Cavablandıran həkim: Gulnar Agayeva Cavablandırılığı tarix: 27.10.2016 05:42

Salam, sən izlə yene de ola bilsin ki gec partlasın və yoldaşınla əlaqən olsun .ƏGƏR PARTLAMASA ONDA ANALİZLƏRİ BİR DƏ TƏKRAR YOXLAYIB MÜALİCƏ VERMƏK LAZIM OLACAQ

 

  Gülnar x 0506886215

powered by smfaq