Həkim mama-ginekoloq Dr. Samirə Əkbərbəyova 1994-cü ildə ATU-nun müalicə profilaktika fakultəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Respublika Klinik xəstəxanada mama-ginekoloq kimi çalışır.

Fəaliyyət sahələri: Sonsuzluq, patoloji və normal hamiləliyin aparılması, kesar əməliyyatı və bütün ginekoloji əməliyyatlar, eyni zamanda qadınlarda sidik saxlamama zamanı T.O.T qoyulması, uşaqlıq yolunun plastikası, uşaqlıq boynu eroziyalarının kolposkopik müayinəsi və müalicəsi ilə bağlı bütün əməliyyatlar.

Dr. Samirə Əkbərbəyovaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 367 53 16 nömrəsi ilə, Dr.  Samirə Əkbərbəyova ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

Həkimə sual!
Salam hekim mende oktyabrin 20si bel agrisi garin agrisi ve karicnivi axinti oldu.ayin 30u aybasi olmaliydi .iki gun davam etdi bu axinti dayandi ama garn agrisi davam edrdi azca. Dedim belke hamilelikdi gozledm 30unu amaki ustunnen 8 gun kecb aybasi olmamisam yoxladmda bugun hatestle bir xett cixdi .demek isteyremki mende nese bir problem ola biler?
Sualın müəllifi: semral Sualın yaranma tarixi: 07.11.2015 18:00
Cavablandıran həkim: Cavablandırılığı tarix: 09.11.2015 10:17

Salam Semral x ,kariçnı axintı və ağrılar endometrioz və iltihab olduqda olur ona görə bunu aydınlaşdırmaq üçün usm müayinəsindən keçmək lazımdır yaxşı olar ki gəlib gınekoloyi müayinədən keçəsəniz.

 

                                                                                      Gülnar x 0506886215

salam yaxmadan da analiz vermisem mualice goturmusem getmir,ola bilermi mualice duzgun getmeyib?bir de yoldasim var ama uzaqdadi o ilde bir defe gelir,yeni uzr isteyirem bu soze gore ele de elaqede olmuruq,yeqin meni anladiniz?sadece bu cirkin getmesini isteyirem.ne ede bilerem xahis edirem mene meslehet verin.birde hekim mende dogusda boyrek catismamazligi olub 6 il bundan qabaq mualice gotururem,boyreklerim indi normal iisleyir,indi yene mualice goturmusem mualice vaxti cirk daha cox olur dermanlardan olarmi?bagislayin narahat edirem.
Sualın müəllifi: Turane Sualın yaranma tarixi: 06.11.2015 19:50
Cavablandıran həkim: Cavablandırılığı tarix: 10.12.2015 07:02

Salam Terane x,yaxşı olar ki yaxma analizi verəsiniz ,yaxmanın əkilməsini də verəsiniz və yoldaşınız da müalicə alsın .böyrəklər çox vaxt hamiləlik zamanı zədələnir ona görə ginekoloq və nefroloqun nəzarətindı olmalısan

 

  Gülnar x 0506886215

Salam hekim men yeni aile qutmuwam ve biz uwaq isdemirik hele ama menden cirke benzer bir wey gelir vee qawinti var bu neden ola biler ve bu gelecekde bize uwaq problemi ola bilermi xaiw edirem cavablandirasiniz tewekkur edirem
Sualın müəllifi: Turkan Sualın yaranma tarixi: 06.11.2015 19:00
Cavablandıran həkim: Cavablandırılığı tarix: 07.11.2015 11:10

Salam Türkan x.bu ifrazat uşaqlıq yolundan gələn iifrazat  iltihabın olduğunu göstərir mütləq yaxma verib müalicə almalısınız .Müalicə almalısınız ki gələcəkdə hamilə qalmaqa mane olmasın.

                                            Gülnar x 0506886215

Cox sag olun cavablandirdiginiz ucun.yani bakireliyimin pozulmasinin usage hec bir ziyani olmaz?
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 06.11.2015 18:32
Cavablandıran həkim: Cavablandırılığı tarix: 07.11.2015 11:12

Salam Günelx beli  uşağa hec bir ziyanı yoxdur.

 

                                                                                             Gülnar x

Salam hekim...bes hamile falmagi nece hefteliyinde testle oyrene bilerem
Sualın müəllifi: semral Sualın yaranma tarixi: 06.11.2015 13:31
Cavablandıran həkim: Cavablandırılığı tarix: 07.11.2015 11:32

Salam,aybaşı vaxtinda 1-2 gün keçən kimi testle göstərir.

     

Salam,hekim necesiz?men de cirk olur,nece defe mualice goturmusem ama getmir,ne meslehet gorursuz?narahat etdim bagislayin
Sualın müəllifi: Turane Sualın yaranma tarixi: 04.11.2015 17:28
Cavablandıran həkim: Cavablandırılığı tarix: 05.11.2015 12:03

Salam Nuranə x,mütləq yaxmanın əkilməsını və antibiotikə həssaslığını yoxlayıb ona uyğun müalıcə almalısınız və əgər yoldaşınız varsa eynı vaxtda yoldaşınız da müalıcə almalıdır.

                                                                                                      Gülnar x 0506886215

epitel huceyre 15-20,leykosit 50-60,selik orta miqdarda ,trichomonos yox,maya qobeleyi tek tek..mikrob ise gardnererlla vaqinalis,staphylococcus aureus ve candida spp cixib bunlar hamile olmamaga sebeb ola bilermi??birde mikroblar neden olub??
Sualın müəllifi: leyla Sualın yaranma tarixi: 04.11.2015 09:01
Cavablandıran həkim: Cavablandırılığı tarix: 04.11.2015 11:34

salam Leyla x ,yaxmanın nəticəsi onu göstərir ki burada güclü iltihab var ,yaxşı olar ki əlavə xladiyanı da yoxlayasınızvə bu nəcə ilə hamilə qalmaq şansı azdır və hamilə qalsanız hamiləliyin pozulma təhlükəsi də ola bilər.

                                                                                                        Gülnar x 0506886215

Salam hekim.men 5ayliq hamileyem.hec bir problemim yoxdu.amma bakireyem.bunu hekime dememisdim.men yoldasimla elaqede olub ,bakireliyimi pozsam bir problem olmazki?evvelceden tesekkurler
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 03.11.2015 19:25
Cavablandıran həkim: Cavablandırılığı tarix: 04.11.2015 11:30

Salam Günel x ,bütün hamilə qadinlar hamiləliyin 7ayına qədər cinsi əlaqədə ola bilərlər burda yalnız hamiləlik zamanı gift gəlişində cinsi əlaqə əks göstərişdir.

                                                                                                      Gülnar x 0506886215

Salam.menim sulaim beledi.men uwaga sud vermeyi artiq 1 ildirki dayandirmiwam.ama dunenden mende sinede agrilar baw verib .ve cox az miqdarda sud gelir.bu ne ile elaqrsar ola biler?
Sualın müəllifi: Snejok Sualın yaranma tarixi: 03.11.2015 18:11
Cavablandıran həkim: Cavablandırılığı tarix: 04.11.2015 11:26

Salam ,bu hormonal pozğunluq olduqda ola bilir beyində olan hipofiz  vəzi artiq miqdarda prolaktin ifraz edir bu da döşdə süd əmələ gətirir,yaxşi olar dı ki yovlanıb müalicə alasınız cov müalicə olunmayanda aybaşı pozğunluğu .sonsuzluq baş verir .

                                                                                                                  Gülnar x 0506886215

Hekim Salam mende ilk hamilelik inkisafdan qaldi sentyabrin 17de abort elediler.10gun qan geldi 10gunen sora karisnivi arada az az qanda geldi 40ci gunum tamam oldu kesildi.indi sukur yaxsiyam ve bilmek istirem ki mende aybasim bu ayin necesi ola biler? Ve usaga qala bilerem bu ay?onceden cox sag olun cvblandirdiginizcun.
Sualın müəllifi: Nermin Sualın yaranma tarixi: 03.11.2015 13:11
Cavablandıran həkim: Cavablandırılığı tarix: 04.11.2015 10:35

Salam Nermin x,aybaşı abortdan 30-40 gün sonra gələ bilər.uşaqa qalmağa tələsməyin inkişafdan qalmanın səbəbini araşdırın . çox vaxt bunun səbəbə ya genetik trombofilik paneldə defekt olanda v ə hormonal pozğunluqdan ola bilər .Ona görə yoxlanıb və 2 ay öncə müalicə alıb sonra hamilə qalmağı tövsiyə edərdim.

 

                                                                                                                 Gülnar x 0506886215

powered by smfaq