Həkim mama-ginekoloq Ağayeva Gülnar 1988-ci ildə ATU-nun müalicə profilaktika fakultəsini bitirmişdir. 1990-2005-ci illərdə Şirvan şəhər doğum evində mama-ginekoloq işləmişdir. 2005–ci ildən Diaqnoz Tibb Mərkəzində mama-ginekoloq işləyir. 2010-cu ildə Ankara Tibb universitetində “Histeroskopiya və koloniskopiya” üzrə, 2013-cü ildə Sank-Peterburq şəhərində “Endoskopik cərrahiyyə” üzrə ixtisaslaşmadan keçmişdir. Fəaliyyət sahələri: Sonsuzluq, patoloji və normal hamiləliyin aparılması, kesar əməliyyatı və bütün ginekoloji əməliyyatlar, eyni zamanda qadınlarda sidik saxlamama zamanı T.O.T qoyulması, uşaqlıq yolunun plastikası, uşaqlıq boynu eroziyalarının kolposkopik müayinəsi və lazer müalicəsi ilə bağlı bütün əməliyyatlar.

 

Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 688 62 15 nömrəsi ilə, Dr. Gülnar Ağayeva ilə əlaqə saxlaya bilərsiniz.

 

Həkimə sual!
Salam xanim bagiwliyin narahat ediren sizi,sualim.variydi size.Hekim menn 4aydi aileliyem ve övladim yoxdu,test elemiwdim xett gorunurdu 1de bulanliq gorunurdu,xestelenmeyimden gecmiwdi 2,3gun,amma sonra xestelendim,bezi yerlerde sogan suyu icende hamile qalinir deyirler amma qorxuram icmeye,zehmet olmasa mene komek ederdizde nece hamile qalmaq olar?birde bele weyelere inanmaq olarmi?xaiw edirem yazardiz
Sualın müəllifi: Ulker Sualın yaranma tarixi: 07.07.2018 10:10
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:24

Salam, yaxşı olar ki follikulun böyuyub partlamasını izləyin və yoldaşınız da yoxlansın ondan sonra bir fikir söylemek olar

Salam. Menim 29 yasim var .birinci hamileliyi yasayiram .hal hazirda 38 heftedeyem . 3 gun olar tenpraturum qalxir duwur .36.6 -37.3 derece. Bir terefdende havanin isti kecmesi . Qrip kimi burnum axir ..ve udqundugum zaman bogazimda agri var . Ne ede bilerem .nece komek ola bilersiz
Sualın müəllifi: Anas Sualın yaranma tarixi: 05.07.2018 11:00
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:26

salam. ola bilər isti havalarla əlaqədar , kondisioner bunlar təsıredıb aspirin -upsa qəbul edin

Salam Hekim.Bilmek isterdim ovulyasiya testi ile hamileliyi oyrenmek olarmi?Tesekkurler
Sualın müəllifi: Qumru Sualın yaranma tarixi: 03.07.2018 12:39
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:42

salam. ovulyasiya ancaq follikukulun partlamasını göstərir

Salam Gulnar xanim sualima cavab verdiyiniz ucun evvelceden tesukkur edirem mendehormonal pozuntu var endometrimum cox nazikdi yeni aybasinin 28gunu 5mm olur bir ay janin icdim ve hec bir reaksiya olmadi indi femaston2/10 icirem sizden xahis edirem mene cavab yazasiz endometrium bu dermanla ne derecede qalinlasar basqa neyneye bilerem bununla beraber biogest sam istifade ede bileremmi
Sualın müəllifi: Fidan Sualın yaranma tarixi: 03.07.2018 11:41
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:22

Salam femoston yaxşı dermandır qəbul elə boigest yanaşı edə bilərsən

salam hekim folekulu her ay dermanla yetisdirib iyneyle patdatmagin yumurtaliglara nese ziyani varmi?maksimum nece ay etmey olar ardardina stimulyasiya?
Sualın müəllifi: aysel Sualın yaranma tarixi: 02.07.2018 11:22
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:43

Salam, 6 ay maksimum

Salam aleykum hekim size sualim men ay bawi zamani cox agrim olur hekimede yoxlanmiwam deyr normaldi amcag bezen agrim cox olir deye derman atmali oluram onunun mene ne kimi ziyani ola biler qiz uwagina evelceden tewekkurler
Sualın müəllifi: Xumar Mursalova Sualın yaranma tarixi: 01.07.2018 08:20
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:45

Salam. bu çox vaxt endometrioz zamanı olur yaxşı olar ki bir kurs müalicə alasınız

salam doktor. vaxtimdan kecib test eledim 2ci xett nazik gorunur. bilmek isterdim hamileyemse dol matkaya ne vaxt duwur?
Sualın müəllifi: gulum Sualın yaranma tarixi: 27.06.2018 08:37
Cavablandıran həkim: Cavablandırılığı tarix: 08.07.2018 07:48

salam yaxşı olar ki aybaşı vaxtında 10-14 gün sonra uziye gedesen

Salam hekim menim aybasimda 9gun gecikme olub.Hamilelik testi eledim negativ gosterdi.Menim aybasim her zaman duzenli olub hetta ekser hallarda iki uc gun qabaga olurdu.Artiq 10 gun tamamlandi amma aybasi olmamisam.Bu neden ola biler.Evvelceden tesekkurler
Sualın müəllifi: Ulviyye Sualın yaranma tarixi: 26.06.2018 05:42
Cavablandıran həkim: Cavablandırılığı tarix: 27.06.2018 08:11

Salam,yaxşı olar ki hormon analizlərini yoxlayasan  ola bilsin ki hormonal pozğunluqdur

Salam doktor,size sualim budur ki men cox hessasam lactacyd ile yuyunurdum,sonra kecdim epigen e (bunlar yuyunmag ucun vasitelerdi) bes siz bir hekim olarag hansi yuyunma gelini meslehet gorerdiniz? Epigen mene dushmedi,ama lactacyd dushur.
Sualın müəllifi: Diana Sualın yaranma tarixi: 25.06.2018 00:34
Cavablandıran həkim: Cavablandırılığı tarix: 27.06.2018 08:18

Salam. hər ikisini istifadə edə bilərsən

Salam hekim necesiniz? Bagislayin sizi narahat edirem,hekim size bir sualim var ilk once tesekkur edirem,ifademe goremde uzur istiyirem sizden,hekim men bu ay folukul partladan iyne vurdurmaq istiyirem,hekim iyneden evvel birlikde olmaq lazimdir? Yoxsa iyneden sonfa ki gunler birlikde olmaq lazimdif aybasina kimi hamilelik olsun? Coxx xahis edirem cavablandirsaniz cox sevinerem.
Sualın müəllifi: MRS Sualın yaranma tarixi: 24.06.2018 08:27
Cavablandıran həkim: Cavablandırılığı tarix: 27.06.2018 08:20

Salam, yaxşı olar ki iynədən 1 gün əvvəl və sonrakı 2-3 gün ərzində əlaqə olsun

powered by smfaq