Dr. Samirə Tağıyevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 673 73 83 nömrəsi ilə,  Dr. Samirə Tağıyevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

Cərrah mama-ginekoloq T.f.d.Samirə Tağıyeva

 

Tağıyeva Samirə Ramiz qızı - cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru.

Təhsili: 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1998-ci ildə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində A.Xasıyevanın rəhbərliyi ilə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçmişdir. 1998-2001-ci illərdə Sankt-Peterburq Dövlət Diplomdansonrakı Tibb Təhsili Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili almışdır (Rusiya, Sankt-Peterburq).

2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında, T.e.d. professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi ilə aspirantura təhsili almışdır. Dissertasiya mövzusu: "HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti". 2004-cü ildə mama-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə dissertasiya müdafiə etmişdir (Rusiya, Sankt-Peterburq).

Kurslar:

 2001-ci il - Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Ultrasəs diaqnostikası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2004-cü il - Kliniki onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Ginekologiyada Lazer texnologiyaları (Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Reproduktiv Yardım texnologiyaları (IVF), ("AVA-Peter" Rusiya - Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il - Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M Saveliev, T.e.d. Professor S.V.Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).

 2006-cı il – Ginekologiyada laparoskopiya (“Frauenklinik Dr. Geisenhofer” klinikası, T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2007-ci il – Reproduktiv Yardım texnologiyaları (IVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, (Prinzregentenstrasse 69-81675 München), Professor D.Berq və T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2008-ci il – Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L.Nikitinin rəhbərliyi ilə, Rusiya, Sestroretsk)

 2009-cu il – Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.

 2011-ci il - Perinatal diaqnostika (xorionik biopsiya, amniosentez, kordosentez), (Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).

 21 illik iş təcrübəsi vardır.

 11 il Leyla Şıxlinskaya klinikası, 2 il Baku Medical Plaza klinikasında fəaliyyət göstərmişdir.

 Hazırda Oxygen klinikasında baş həkimin müavini vəzifəsində və mama-ginekoloq kimi çalışır.

 Mama-ginekoloqlar konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak etmişdir. 34-dən artıq elmi-praktiki məqalələri nəşr olunmuşdur. Ginekologiyanın bütün sahələri ilə (laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi) məşğul olur.

 

Həkimə sual!
salam bilmek isdiremki. uwaq nece heftelikde terpenir mende 12 heftelikdi lakin. hele hiss edmirem. yanliz arada bir. sanki qarnim icinde. qariwka gezir bele his. edirem bu uwagin terpeniwdi yoxsa hele tezdir
Sualın müəllifi: Decelim Sualın yaranma tarixi: 19.12.2016 11:11
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:13

SAlam, hələ tezdir, 20 hətəsindən sonra

salam hamileyem. men yanvar ayinda ucota duwecem 3 ayimda yani. bilmek isdirem hansi analizler. hekim. teleb edir. ve ac qarna getmeliyem?
Sualın müəllifi: aynureerr Sualın yaranma tarixi: 19.12.2016 11:05
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:39

salam, üm gan, sidik, infeksiyalar, ac olmalasiz

Salam.Hamile qalmamag ucun hansi yaxsi heplerden istifade etmek lazimdir?
Sualın müəllifi: Aysel Sualın yaranma tarixi: 17.12.2016 06:20
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:18

Salam, lindinet

Salam Samira xanim belke menim sualim bir az geyri adi goruner ama bu menim ucun cox vacibdi.men mumkundumu komek edesiz hesab yolu ilemI,yada qan analizi ilemi men giz isdiyidem nece ede bilerem 2 oglum var varsa bir yolu cox xais edirem komek edesiz
Sualın müəllifi: Gunay Sualın yaranma tarixi: 15.12.2016 12:25
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:36

Salam, hesablamag düzgün deyil!!! Süni mayalanma zamani ancağ cisiyati gabağcadan bimək olur

Salam hekim,mende 2 aya yaxindirki vaginal axinti gelir.tund qehveyi rengde gelir adeten.aybasimsa nirmadan artiq olur.sebeb nedir zehmet olmasa yazardiz?
Sualın müəllifi: Gulnar Sualın yaranma tarixi: 14.12.2016 10:46
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:17

Salam, USM kecin (adenomioz xəstəliyi ola bilar), və uşağliğ yollunan əkmə analizi verin

Salam doktor. Men 5 heftelik hamileyem. Mende sag yumurtaliqda 53*34 mm olan 2 kamerali ,maye terkibli kista var.1-18x19mmll-30x29mm . Bunun hamileliye tesiri ola biler? Amma ozumde aybawi agrilari olur herden bir. Buna gore paparin wami,дюфастон, Qlisimaq B.фолиевая кислота qebul edirem/ Sizinde meslehetinize ehtiyacim var/ cox isterdimki melumatlandirasiz.
Sualın müəllifi: Sevinc Sualın yaranma tarixi: 11.12.2016 15:47
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:21

Salam, hec bir problem vermaz, narahat olmayin

Salam doxdur.menim sualim beledi.men 33 heftelik hamileyem.33 heftelik necenci trimestr satilir.ve mende problem D-dimer di. Kecen ay D-dimer 1500 cixib. Bu 33 hefteye uygundurmu yoxsa yuksekdi mi. Cavablandirsaz cox sevinerem cox sagolun
Sualın müəllifi: yeter Sualın yaranma tarixi: 09.12.2016 21:35
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:48

Salam, 3 trimestr, dimer normaldir!

Salam hekim.her suala diqqetle yanasirsiz tesekur.hekim men iki il once Nova t spiral qoynmusam onu muddeti ne qederdi?
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 09.12.2016 21:29
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:15

Salam, 5 ildir

Salam doktor mən 19 həftəlik hamiləyəm doktor mənə spazmalizin şamı yazıb iki gündə istifadə edirem məndə qaşınma yaradır uzr istəyirəm duz bagırsaga qoyuram ama həmin yeri qaşındırır onun bir ziyanı olmazki cox xaiş edirem köməklik edərdiz.
Sualın müəllifi: Lalə Sualın yaranma tarixi: 09.12.2016 21:28
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 11:20

salam, dəyişin papaverin şamla, ola bilsin allaergik reaksiyadir

Salam, həkim.Deməli məndə aybaşı gecikməsi var dəfələrlə mualicə almağıma baxmayaraq bu davam edir,baş ağrılarım coxdu bir hekim miqrün biri də hormon pozğunluğu dedi 24 yaşım var 6 ay belə gecikməm olub 19 yasinsa dediler duzelecek duzelmedi amma nə edim artıq bilmireem çox əsəbiyəm birdə
Sualın müəllifi: Gülnarə Sualın yaranma tarixi: 09.12.2016 16:21
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 19.12.2016 10:56

Salam, hormonal analizləri bizə göndərin, diagnoz?

powered by smfaq