Dr. Samirə Tağıyevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 673 73 83 nömrəsi ilə,  Dr. Samirə Tağıyevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

Cərrah mama-ginekoloq T.f.d.Samirə Tağıyeva

 

Tağıyeva Samirə Ramiz qızı - cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru.

Təhsili: 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1998-ci ildə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində A.Xasıyevanın rəhbərliyi ilə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçmişdir. 1998-2001-ci illərdə Sankt-Peterburq Dövlət Diplomdansonrakı Tibb Təhsili Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili almışdır (Rusiya, Sankt-Peterburq).

2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında, T.e.d. professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi ilə aspirantura təhsili almışdır. Dissertasiya mövzusu: "HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti". 2004-cü ildə mama-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə dissertasiya müdafiə etmişdir (Rusiya, Sankt-Peterburq).

Kurslar:

 2001-ci il - Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Ultrasəs diaqnostikası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2004-cü il - Kliniki onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Ginekologiyada Lazer texnologiyaları (Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Reproduktiv Yardım texnologiyaları (IVF), ("AVA-Peter" Rusiya - Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il - Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M Saveliev, T.e.d. Professor S.V.Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).

 2006-cı il – Ginekologiyada laparoskopiya (“Frauenklinik Dr. Geisenhofer” klinikası, T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2007-ci il – Reproduktiv Yardım texnologiyaları (IVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, (Prinzregentenstrasse 69-81675 München), Professor D.Berq və T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2008-ci il – Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L.Nikitinin rəhbərliyi ilə, Rusiya, Sestroretsk)

 2009-cu il – Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.

 2011-ci il - Perinatal diaqnostika (xorionik biopsiya, amniosentez, kordosentez), (Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).

 21 illik iş təcrübəsi vardır.

 11 il Leyla Şıxlinskaya klinikası, 2 il Baku Medical Plaza klinikasında fəaliyyət göstərmişdir.

 Hazırda Oxygen klinikasında baş həkimin müavini vəzifəsində və mama-ginekoloq kimi çalışır.

 Mama-ginekoloqlar konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak etmişdir. 34-dən artıq elmi-praktiki məqalələri nəşr olunmuşdur. Ginekologiyanın bütün sahələri ilə (laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi) məşğul olur.

 

Həkimə sual!
salam hekim men 5 ayliq hamileyem agrilarim cox olur sancilaniram basim cox agriyir bu normaldi hamilelikde
Sualın müəllifi: aysel Sualın yaranma tarixi: 15.08.2016 10:40
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 21.08.2016 11:33

Salam xanım...yox...normal deyil...uşaglıgda tonus ola bilər...arterial təzyig yuxarı ola bilər...mutləg həkimə müraciət edin...

Salam həkim... Əvvəlcədən açıq ifadələrimə görə üzr istəyirəm. Bizim 14 gün qabaq toyumuz oldu. Toy gecəmiz normal keçdi. Toydan sonrakı 3 gün toxunmadım. Lakin toyun 3cü günü yoldaşımın aybaşı sancıları başladı. Biz də məcburən cinsi əlaqəyə girmədik. Lakin gecələrimizi öpüşmə və sığallama ilə keçirmişik. Cinsi orqana toxunmamışam. Yalnız bədənin yuxarı hissələrini.... Toyun 8ci günü yoldaşım sancılarının qurtardığını dedi. Gecə biz əlaqədə olmaq istədik. Lakin yoldaşımnan yenə qan gəldi. O ağrıdığını deyib, ağlayaraq etməməyimi istədi. Mən də məcburən dayandım. Ondan sora yenə də 4 dəfə cinsi əlaqədə olmaq istəsək də yenə qan açılır, yoldaşımın da ağrıdan ayaqları yığılır... Sizdən çox xahiş edirəm məsləhət verin. Açıq yazdığıma görə üzr istəyirəm. Əvvəlcədən təşəkkür.
Sualın müəllifi: Emin Sualın yaranma tarixi: 13.08.2016 13:20
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 13.08.2016 20:59

Salam...siz mütləg yoldaşınızı müayinəyə gətirin...

cox uzur isteyirem cinsi elaqede olan zama sulanma olur bunun sebebi nedir ve ne ede bilerem cavab yazsaz cox yaxsi olardi
Sualın müəllifi: sebine Sualın yaranma tarixi: 11.08.2016 09:39
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 11.08.2016 19:33

Salam xanım...ginekoloji müayinədən keçin...

cox uzur isteyirem cinsi elaqede olan zama sulanma olur bunun sebebi nedir ve ne ede bilerem cavab yazsaz cox yaxsi olardi
Sualın müəllifi: sebine Sualın yaranma tarixi: 11.08.2016 09:39
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 11.08.2016 19:34

salam, estrogen coxdur, kontrazeptiv icin

Salam doktor cox xahis edirem cavab verediz men iyun ayinin 22si 3ayliq 11-12heftelik hamileliyimi abortla saxladim pataloji problemegore artiq 45gundu aybasi olmuram cox narahatam?bu hamilelikdi yoxsa nee?
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 07.08.2016 04:51
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 15:01

Salam xanım...gəlin müayinə edim...səbəbini araşdirag...

Salam doktor
Sualın müəllifi: Gunel Sualın yaranma tarixi: 07.08.2016 04:46
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 16:20

Salam...

salam doktor Nisanlimla 4 ay bunnan once elaqede olmusuq.Nişanlimda varikoz genislenme var. onnan sora her ay duzenli olaraq tsikl vaxtinda oldu. axrinci defe iyunun 13 u oldu tsikl ve iyunun sonu qehveyi maye gelmeye basladi 2 gun.Turkiyede yasayiram.Azerbaycana gelmisem iyulun 10u.iyulun 13 14u tsikl vaxtimi gozledim ama olmadi.4 ay muddetinde 10 a yaxin test eledim bisey cixmadi.iyulun 13 nen sora da 2 test elemisem negativdi.Ne ola biler sizce
Sualın müəllifi: Aydan Sualın yaranma tarixi: 05.08.2016 22:30
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 14:57

Salam xanım...siz gandan xg analizini verin...uzidə baxdırın...gəlin müayinə edim...

salam doxdur men 7ci ayin icindeyem aileyem men aybasim vaxti vaxtda olmur hardasa 2gun gecikir men yumurtalam gunum nece heseblaya bilrem hardas33gun cekir iyul 3 aybasi oldum birde doxdur men ova mit dermani atmisam hamile qalmaq ucun mene xeyiri olar hemde defanstond dermani atiridm aybasi normalawdirsin deye xaiw edirem yazin
Sualın müəllifi: lale Sualın yaranma tarixi: 03.08.2016 08:24
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 15:13

Salam xanım...siz follikulun partlamasını uzi ilə izləyin...o daha dəgig olur...uğurlar sizə...

Salam doktor.Axrinci defe 3 ay evvel elaqede olmusam.her ay vaxtinda adetim vardi Iyun ayinin ortasi adet oldum.iyunun axri qehveyi axinti oldu ve iyul ayi adet olmadim Narahatam.Testle de yoxladiq bisey cixmadi.Sebebi ne ola biler?
Sualın müəllifi: Ayten Sualın yaranma tarixi: 01.08.2016 20:40
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 15:08

Salam xanım...hamiləlik ola bilər...yumurtalığın disfunksiyası...siz ginekoloji müayinədən keçin...

Salam dokdor. Menim qizliq perdemin arxadan aciqliqi var. Men guzgude baxanda ne perde gorurem ne de ki aybasi ucun delik.biraz guc verende iceriden ireliye et kimi gelir ama normal duranda o et derinde divar kimi qalir ola bilsinki hemin et qizliq perdesidi? Eyer arxadan aciqliq varsa yeniden elaqede olanda qan gelsin? Muayineye gede bilmirem mene fikrinizi deseniz sevinerdim. Cox sag olun
Sualın müəllifi: Ayten Sualın yaranma tarixi: 29.07.2016 15:05
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 14:49

Salam xanım...baxmadan heç bir şey deyə bilmərəm...gəlin müayinə edim...

powered by smfaq