Dr. Samirə Tağıyevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 673 73 83 nömrəsi ilə,  Dr. Samirə Tağıyevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

Cərrah mama-ginekoloq T.f.d.Samirə Tağıyeva

 

Tağıyeva Samirə Ramiz qızı - cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru.

Təhsili: 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1998-ci ildə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində A.Xasıyevanın rəhbərliyi ilə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçmişdir. 1998-2001-ci illərdə Sankt-Peterburq Dövlət Diplomdansonrakı Tibb Təhsili Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili almışdır (Rusiya, Sankt-Peterburq).

2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında, T.e.d. professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi ilə aspirantura təhsili almışdır. Dissertasiya mövzusu: "HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti". 2004-cü ildə mama-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə dissertasiya müdafiə etmişdir (Rusiya, Sankt-Peterburq).

Kurslar:

 2001-ci il - Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Ultrasəs diaqnostikası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2004-cü il - Kliniki onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Ginekologiyada Lazer texnologiyaları (Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Reproduktiv Yardım texnologiyaları (IVF), ("AVA-Peter" Rusiya - Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il - Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M Saveliev, T.e.d. Professor S.V.Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).

 2006-cı il – Ginekologiyada laparoskopiya (“Frauenklinik Dr. Geisenhofer” klinikası, T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2007-ci il – Reproduktiv Yardım texnologiyaları (IVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, (Prinzregentenstrasse 69-81675 München), Professor D.Berq və T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2008-ci il – Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L.Nikitinin rəhbərliyi ilə, Rusiya, Sestroretsk)

 2009-cu il – Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.

 2011-ci il - Perinatal diaqnostika (xorionik biopsiya, amniosentez, kordosentez), (Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).

 21 illik iş təcrübəsi vardır.

 11 il Leyla Şıxlinskaya klinikası, 2 il Baku Medical Plaza klinikasında fəaliyyət göstərmişdir.

 Hazırda Oxygen klinikasında baş həkimin müavini vəzifəsində və mama-ginekoloq kimi çalışır.

 Mama-ginekoloqlar konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak etmişdir. 34-dən artıq elmi-praktiki məqalələri nəşr olunmuşdur. Ginekologiyanın bütün sahələri ilə (laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi) məşğul olur.

 

Həkimə sual!
salam. mende elaqe zamani yumurtaligimda agri bas verir, bunun sebebi nedir? onu da qeyd edim ki, sidikde goyneme olur, onun mualicesini edirem. ondan ola biler mi?
Sualın müəllifi: govher Sualın yaranma tarixi: 18.07.2016 11:50
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 16:14

Salam xanım...siz ginekoloji müayinədən keçməlisiz...

salam hekim sualim budur ki, bu ay 13u menst olmaliydi olmur. hamilelik testi etdim menfi cixdi. 1heftedi ag axinti ve yumurtaliqlarda kut agrilar var. ola biler test sehf gostersin hamile olum? qeyd edim ki her ay normal menst oluram 32gunden bir. axirinci menst 11/06/2016da olub.
Sualın müəllifi: jasmin Sualın yaranma tarixi: 18.07.2016 06:31
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 13.08.2016 20:54

..

Salam hekim menim 27 yasim var subayam aybasim hemise normal olurdu 5-6 gun 6aydan artiqdir ki 2-3 gun olur hekime getdim hec bir problemin yoxdu dedi ancaq cox sancilaniram ayaqlarim tutulur.hekim neden ola biler.Bagislayin narahat etdiyim ucun uzr usteyirem
Sualın müəllifi: Gulay Sualın yaranma tarixi: 14.07.2016 11:54
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 15:44

Ginekolojı müayinədən keçin...soyugdəyməyə garşı müalicə götürün...

salam hekim. usaqliqdankenar hamilelikde qarinin asagisinda agrilar olur. bu agrilar hamileliyin necenci heftesinden baslayir ve normalda usaq usaqliga necenci heftede dusur? tskler..
Sualın müəllifi: sima Sualın yaranma tarixi: 12.07.2016 16:32
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 07.08.2016 16:02

Salan xanım...döl yumurtası uş. boşluğuna menstruasiya vaxtından 7-12gün keçəndə düşür...

Salam evvella suallarma gore gor birinizden cox cox uzr isteyirem .duzdur bezileriniz meni sehf bas a dusub men barede pis fikirde ola bilesiz . men hec birinizde qinayan deyilem . her kes eyni cuxr dusunmur . inaniram ki meni basa dusersuz ,, pis dusunmezsiz .... O duzdurki qizla elaqede olmayanda xestelik ola biler ? ne kimi xestelik ola biler ? esitmisem ki sonsuzluq ola biler duzdurmu ?... Qizla ilk defe cinsi elaqede olanda ondan qan axmalidirmi ? ola bilerki axmasin ? axmasa nece bilmek olar ? hekimsiz necese bile bilerem ? ... bes qiz tikdirse nece onu bile bilerem ? nece bilmek olar ?... Qizla daldan olmaq olar ? eyer qiz daldan kimlese olmus olsa onu necese bilmek olar ? nece bile bilerem ??? heyatda en cox qorxduqum seylerdiyeee..
Sualın müəllifi: elcin Sualın yaranma tarixi: 09.07.2016 21:10
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 11.07.2016 15:49

Salam...siz androloga müraciət edin ...suallarınızı cavablandırsın...055 655 66 00 Orxan d.

salam doktor onceden tesekkur bildirirem men yoldasim haqqinda sual verecem 4 ildirki evliyik orqazimm olanda normal olurdu indi ise su kimi duyun duyun olur hem tez qurtarir
Sualın müəllifi: alide Sualın yaranma tarixi: 08.07.2016 18:11
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 08.07.2016 20:02

Salam xanım...yoldaşınız androloga müraciət etsin...

Salam hekim. Qizliq perdesinin mualicesi mumkundurmu sizde ?
Sualın müəllifi: Arzu Sualın yaranma tarixi: 05.07.2016 09:40
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 05.07.2016 14:28

Salam xanım...mənimlə əlagə saxlayın...suallarınızı tam anlamadım...055 550 11 99...

salam hekim men size sual vermek isterdim mende tebi dogus oldu ayin iyulun 5i 1 ayimiz tamam olacaq mende 1 tikiw duwdu dogum zamani icden oldu cole geder ama uje 1 ay kecibki agri his edirem ele bilki dartilir sagalmayib bu qorxuludumu ?hekim deyir 40 gune sagalacaq ama men nese inanmiram icimde qorxu var mene bir meslehet verin ne olar evveeden cox sagolun
Sualın müəllifi: Turkan Sualın yaranma tarixi: 02.07.2016 11:33
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 05.07.2016 14:23

Salam xanım...ağrı...dartılma hissi 40 günə keçər...uğurlar sizə...

salam hekim men hamileliyin 3 ayina kecmiwem bagislayin sualima gore hamileliyin nece ayindan sonra cinsi elaqede olmaq olar bu uwaga ne kimi xeyri yaxud ziyani var?
Sualın müəllifi: yagmur Sualın yaranma tarixi: 27.06.2016 11:33
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 01.07.2016 18:47

Salam xanım...3 ayından sonra əgər düşük təhlukəsi yoxdursa asta asta cinsi əlagədə ola bilərsiz...

salam hekim bilmey isderdimki usaga qalmadan evvel cinsiyyetini bilmey olarmi teqvimle yada necese?
Sualın müəllifi: Resad Musayev Sualın yaranma tarixi: 25.06.2016 02:08
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 01.07.2016 19:36
powered by smfaq