Dr. Samirə Tağıyevaya sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 673 73 83 nömrəsi ilə,  Dr. Samirə Tağıyevaya ilə əlaqə saxlaya bilərsiniz.

 

Cərrah mama-ginekoloq T.f.d.Samirə Tağıyeva

 

Tağıyeva Samirə Ramiz qızı - cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru.

Təhsili: 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1998-ci ildə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində A.Xasıyevanın rəhbərliyi ilə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçmişdir. 1998-2001-ci illərdə Sankt-Peterburq Dövlət Diplomdansonrakı Tibb Təhsili Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili almışdır (Rusiya, Sankt-Peterburq).

2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında, T.e.d. professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi ilə aspirantura təhsili almışdır. Dissertasiya mövzusu: "HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti". 2004-cü ildə mama-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə dissertasiya müdafiə etmişdir (Rusiya, Sankt-Peterburq).

Kurslar:

 2001-ci il - Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Ultrasəs diaqnostikası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2002-ci il - Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2004-cü il - Kliniki onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Ginekologiyada Lazer texnologiyaları (Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya, Sankt-Peterburq).

 2006-cı il – Reproduktiv Yardım texnologiyaları (IVF), ("AVA-Peter" Rusiya - Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).

 2006-cı il - Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M Saveliev, T.e.d. Professor S.V.Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).

 2006-cı il – Ginekologiyada laparoskopiya (“Frauenklinik Dr. Geisenhofer” klinikası, T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2007-ci il – Reproduktiv Yardım texnologiyaları (IVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, (Prinzregentenstrasse 69-81675 München), Professor D.Berq və T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

 2008-ci il – Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L.Nikitinin rəhbərliyi ilə, Rusiya, Sestroretsk)

 2009-cu il – Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.

 2011-ci il - Perinatal diaqnostika (xorionik biopsiya, amniosentez, kordosentez), (Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).

 21 illik iş təcrübəsi vardır.

 11 il Leyla Şıxlinskaya klinikası, 2 il Baku Medical Plaza klinikasında fəaliyyət göstərmişdir.

 Hazırda Oxygen klinikasında baş həkimin müavini vəzifəsində və mama-ginekoloq kimi çalışır.

 Mama-ginekoloqlar konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak etmişdir. 34-dən artıq elmi-praktiki məqalələri nəşr olunmuşdur. Ginekologiyanın bütün sahələri ilə (laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi) məşğul olur.

 

Həkimə sual!
Salam, Hekim.Men 1 il bunnan evvel oz vaginama barmagimi salmisdim ve qan gelmisdi. Onda cox qorxmusdumki bakireliyim pozulub. Guzguyle baxmisdim internetdeki sekillerle muqayise eledim hecne aydinlasdira bilmedim. O vaxtdan qorxudan hekime getmemisemki birden ozum pozmus olaram. Indi amma bunu deqiesdirmek isdiyirem. Bunu nece deqiqlesdire bilerem kime yaxinlasmaliyam hansi hekime?
Sualın müəllifi: Gülşən Sualın yaranma tarixi: 26.04.2016 15:46
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 19:32

Salam xanım...gəlin müayinə edim...əlagə saxlayın mənimlə...uğurlar sizə...

Salam. Men hamileliyi planliyiram. Qandaki mikrob analiZleri indi vermaliyem ya hamile qalandan sonra 3 ayliqda?
Sualın müəllifi: nuriyye Sualın yaranma tarixi: 18.04.2016 07:37
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 21:13

Salam xanım...hamiləlikdən öncə müayinə olub...müalicə götürməlisiz...və mütləg vitamin kompleksi...fol.turşusu gəbul etməlisiz 2-3 ay...nə sualınız olsa əlagə saxlayın...055 550 11 99...uğurlar sizə...

Salam hekim. Men 8 heftelik hamileyem. Uziye dushdum dedi ki, dolyani maye normadan azdir. Men ne eleyim ki, maye artsin?
Sualın müəllifi: Turkan Sualın yaranma tarixi: 17.04.2016 14:13
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 20:18

Salam xanım...bundan  elə suyu artacag...ama yenə də müayinə olunmalısız...gəlin hamiləliyinizi nəzərət edək və doğuşunuzu rahat bir şəkildə başa çatdırag...uğurlar sizə...

Salam doktur men 7ayliq hamileyem 4ayinda mende spazm bawladi sebebini bilmirem geceleri yata bilmirem butun cenem uzum bawim agriyir dermanda ice bilmirem bir spazmalgon icrem oda komey elemir. Bunun nese caresi var Hamilelikde?
Sualın müəllifi: Xeyale Sualın yaranma tarixi: 15.04.2016 05:10
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 20:02

Salam xanım...siz gan təzyigini...hemoglobini kontrol edin...müayinə olun...gəlin müayinə edim...azad olmag üçün də müraciyət edə bilərsiz...uğurlar sizə...

Salam Həkim, mənim 43 yaşım var. Bir neçə il bundan qabaq məndə kiçik ölçüdə Mioma var idi. Axır 1 ildə aybaşı vaxtı qan laxtaları artdı. Əməliyyat yolu ilə uşaqlığımı götürdülər. Ərim ilə aramızda soyuqluqdan narahatam, mənimlə cinsi əlaqə mümkündürmü? Hələki əmliyyatdan 10 gün keçib. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Sualın müəllifi: Sevda Sualın yaranma tarixi: 14.04.2016 05:57
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 19:08

Salam xanım...2 aydan sonra normal əlagədə ola bilərsiz...və hər şey gaydasında olacag...uğurlar sizə

Salam hekim.Menim 2uwaqim var.Yenixen ana olmaq isteyirem.Yoldasim qiraqa qutarir.Qiraqdaki spermani sprisle ozume daxil elesem hamile qala bilerem ve qiraqdaki sperma tesirini ne qeder vaxta itirir?Onu da deyimki,1ay deyilki eroziyami tokla yandirtmisam,ne qeder vaxt sonra hamile qalmaq olar?Xaish edirem etrafli cavab veresiniz.
Sualın müəllifi: Nona Sualın yaranma tarixi: 12.04.2016 10:33
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 20:36

Salam xanım...2saatdan sonra təsirini itirir..Erozyanı yandırdıkdan sonra 5 ildən sonra doğa bilərsiz..5 ildən tez kesar yoluynan...uğurlar sizə

Salam 3aylıq hamiləyəm bəzən şidddətli ağrılar olur bu hamiləliyə ziyandımı???problem ola bilər??
Sualın müəllifi: şəms Sualın yaranma tarixi: 11.04.2016 10:38
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 19:42

Salam xanım...vaxtaşırı həkimə müayinəyə getməlisiz...istəsəniz bizə müraciət edə bilərsiz..tel 055 550 11 99...

Arxadan boşalanda ve ya birnece defe olanda yeniden ard arda boşalmağ hamillik yaradar ? Yəni arxadan boşalanda hamiləlik olur ?
Sualın müəllifi: İlahe Sualın yaranma tarixi: 09.04.2016 18:16
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 19:02

Xeyr...olmur...

Salam Mariya xanim. Menim bir sualim var. Men ekiz hamilelik yasayiram. Mende 22 hefde 4 gunbolanda usaqlqi boynu 41mm idi. Sonraki hefselerde aqrim oldu yeniden usm oldum 24 hefde 4 gunde usaqlqi boyun 27 mm dusmuadu hal hazirda 25 hefde 1 gumdeyem vezyet ne derecede tehlukelidi? Bide sidetli aqrilarim olur
Sualın müəllifi: Ayten Sualın yaranma tarixi: 07.04.2016 14:12
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 21:00

Salam xanım...əkiz hamiləlikdə təhlükə var...doğuş yarımçıg olur...və uşaglar az çəkili olurlar...ciyərləri açılmır...siz 28h.diprospan  vurdur 2 gün...istəsəniz gəlin biz nəzərət edək...və doğuşu da tam rahat bir şəkildə başa çatdırag...uğurlar sizə...

Salam hekim men menfi rezusluyam, hamileyim ve bilmek isterdim ki eğer hamilelik 40 hefteye kimi davam edarse çox zererlidirmi. Keser olmalıyam?
Sualın müəllifi: Bahar Mustafayeva Sualın yaranma tarixi: 07.04.2016 13:44
Cavablandıran həkim: Dr. Samirə Tağıyeva Cavablandırılığı tarix: 10.05.2016 20:12

Salam xanım...sualınız gec çatdı mənə...yəgin azad olmusuz...doğuşdan sonra 72 saat ərzində RoGam iynə vurdurun...azad olmamısızsa gəlin bizdə azad olun...uğurlar sizə...

powered by smfaq