Dr. Ramin Haciyeva sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 433 31 00 nömrəsi ilə, Dr.  Ramin Haciyev ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

Həkimə sual!
Salam hekim ..8 ayliqdi ovladim hec neye reaksiya vermir.esasda sese..bezwn takkiltiya donur bezende hec donmur..cox sakit usagdi..yeniki ovladmda esitmekle bagli problem ola bilermi?
Sualın müəllifi: semral Sualın yaranma tarixi: 06.02.2016 18:32
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 23.02.2016 13:06

Salam

sizi anladım sizə tövsiyəm 8 aylı  Körpə  mütləq uşaq nevropatoloq ixtisaslı həkim  tərəfindən baxış və müayinə olunmalıdir.Ancaq bu ixtisasli həkim sizin sullarnıza acıqlama verək iqtidarındadır. 

Hörmətlə psixoloq Ramin Hacıyev.

Salam men cox esebiyem kimse bir sozu 2 defe soruwa nda qiwqiraraq cavab verirem ozumden asli olmayaraq cox tez eseblewirem eseblewende qawinir bileklerim sizce normaldir ve yaxud men ne ede bilerem
Sualın müəllifi: Lale22 Sualın yaranma tarixi: 01.02.2016 21:55
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 09.03.2016 10:48

Salam sizi anladım əsəbi olmaq və qiciq yaradan faktoru tapmaq lazımdir.Sinir sisteminin qərqin oldugu  fonda qaşınmalar ola bilər, bunu aradan qaldırmaq olar.

Hörmətlə psixoloq Ramin Hacıyev

Salam doktur mənim 23 yaşım var 3 yaşında qızım var hal hazirdada 23 həftəlik hamileyem çox pis keçirirem panikatak iimi bir şey deyim ya yox keçirirem onuda deyim ki bu vəziyyət mən də heç vaxt olmayib ta ki,2013 cü ildə yaxın rəfiqəmin doguş zamanı ölüm xəbərini eşitdim 1 ci dəfə onda pis oldum ellərim uyuşdu bogulurdum nəfəs ala bilmirdim elə bilirem ki ölürem bunu yazıram özümü pis hiss edirem o 2 ildiki nervipatioluqun malicəsin aliram indi bir az yaxsiyam amma kiminsə ölüm xənərin eşidən kimi o hallar məndə olur yene bilmirem nı edim çox qorxuram mənə kömək edin allah rızası üçün
Sualın müəllifi: Fira Sualın yaranma tarixi: 16.01.2016 19:58
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 21.01.2016 10:44

Salam sizi anladım,bu hal sizdə pis xəbərlərdən irəli gələn,qorxu hissi yaradır.Sizə tövsiyəm hamiləsiniz,fikirlərnizi qələcək övladınızın həyəta qəlməsinə yönəldin, bu cox sevinc qətirən bir haldır, insanın həyatında.Hobbiniz varsa onunla məşgul olun,müsbət fikirlərə köklənib neqativ dən uzaq.

Hörmətlə psixoloq R.M.Hacıyev

Salam.Hekim men geceler ayiliram fikirlewirem ev yansa biz neyniyeciyik,acliq olsa men ogluma ne verecem yemeye ne bilim bele fikirler ve yata bilmirem bezen aglayiram ozumu toparlaya bilmirem.Bu psixi pozuntudurmu? men ne ede bilerem.Evvelceden tewekkurler
Sualın müəllifi: Pervane Sualın yaranma tarixi: 15.01.2016 09:42
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 23.02.2016 12:24

Salam sizi anladım ilk öncə bilmək lazımdır bu tip fikirlər sizdə nədən irəli qəlir ( səbəb olaraq sizi nənarahat edir ki sizə bu tipli mövzular  toxunur.)Fobiyalardan qurtulmaqdan  ücün psixoloji konsultasiyalar aparlalidır. ( psixoloji  təhlil aparmaq ücün )

Hörmətlə psixoloq R,M.Hacıyev

Salam doktor. Men evde tek olanda qorxuram. Ele bilirem gozume nese gorunecek. Men neyleyimki qorxmuyum?
Sualın müəllifi: Gulnar Sualın yaranma tarixi: 14.01.2016 17:48
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 15.01.2016 11:20

Salam Gülnar xanım.

Anladım sizi, yaşınızı qeyd etsəydiniz yaxşı olardı. Adətən bu tip qorxular hansısa hislərinizdən qaynaqlanır (uşaq yaşınızda, bəlkədə bu yaxınlarda başqa bir yaşanan stress hallardan irəli qəlir). Daha ətraflı yaza və yaxud mənə zənq etsəniz, bu qorxu hisslərnizi sizinlə birlikdə aydinlaşdırıb, aradan qaldıra bilərik. 

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam doctor men 3 ildir aileliyem. Evliliyimizin 3 ayindan ushaq ucun mualicelerdeyem. Defelerle ugursuz mualiceler, qohum tanishlarin meni gorende bezdirici ushaq haqqinda fikirleri ve suallari meni cixilmaz veziyyete qoyub. Ailemde yoldashimin dehshetli qiskancligindan bashqa shukur hec bir prablem yoxdu. Toydan evvel cox aktiv ve serbest xanim idim. Toydan sora tukana bele tek getmeye ixtiyarim yoxdu. Yoldashimla gezende hansisa meclisde mene baxan kimise gorende hemin insanla elbeyaxa dava eliyir. Butun gunu evde mualicelerin neticelerini gozlemekden deli oluram. Gelen ay suni mayalanmaya gedeceyik inshallah. Herden evvelki heyatim ucun cox darixiram her sheyi silib qayitmaq istiyirem. Herdense tam eksini dushunurem ve xoshbext oluram. Cox tez tez fikit deyishirem. ushaq gorende gozlerim dolur. Geceler honkur honkur agliyib sora sessiz yatiram. Anam deyir ushaq her sheyi deyishecek sebr ele. Sizce men neynemeliyem? Uzun oldu narahat etdiyincun uzr isteyirem.
Sualın müəllifi: gunesh Sualın yaranma tarixi: 14.01.2016 17:26
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 20.01.2016 09:37

Salam Günəş xanım.

Ailə həyatı sizin qayğısız subay həyatınızdan əlbətdə fərqlənir. Təbiiki ailənin formalaşmağı və bir-birinizi anlamağınız üçün zaman lazımdır. Bunu siz özünüzdə yəqinki hiss etmisiniz ki,  əvvəllər narazılıq yaranan hansısa hadisəyə indi başqa cür yanaşırsınız. Qısqanclıq zamanla inama və etibar hissinə keçir. Zamanla yoldaşınız da sizi səbəbsiz (təbii ki, buna əgər siz şərait yaratmırsınızsa) qısqanmağın yersiz olduğunu hesab edecek. Qeyd etdiyim kimi buna zaman lazımdır. Yuvanı dişi quş qurar. Buna görə də mücadilə etmək lazımdır. Uşaq problemi isə elbetdə bütün bunları sizin gözünüzdə daha da dərinləşdirir. Amma yaddan çıxartmamalıyıq ki, hər şey Allahın əlindədir. Və hər şeyin bir xeyirli zamanı vardır. Tibbin bu qədər inkişaf etdiyi bir dövrdə Allahın köməyi ilə sizdə övlad sahibi olarsınız. Buna sadəcə inanmaq və dua etmək lazımdır. Və mütləq özünüzə bir sevərək edəcəyiniz iş və ya xobbi tapın. İnsanın həmişə özünü təsdiq hissinə ehtiyacı vardır. İnşAllah ana olduğunuz və bütün bu problemləri geridə qoyduğunuz xəbərini eşitmək ümüdü ilə sizə uğurlar.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam hormetli hekim..Sualim bele di ki.men eseblewende var gucumle qiwqiriram..ozumden asili deyil eger bele etmeyim ureyomde sakitce eseblewsem qic olmaga bawlayirim.ozumden gedirem..yawim 30 du evliyem iki uwaqimda var..mene meslehet vererdiz men ne edim .her cuzi bir herekete bele ozumden cixiram.
Sualın müəllifi: vusale Sualın yaranma tarixi: 09.01.2016 15:46
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 21.01.2016 08:21

Salam sizi anladım,sizdə qıc olma hallarıın oldugu ücün,sizin probleminizə  nevropatoloq ixtisaslı hekim tərəfindən konsultasıya və müalicə təyin olunmalıdır.

Hörmətlə Ramin Hacıyev

doktor salam.men iki ildir evliyem.uwaq yoxdur.yoldawimla yola getmirik.sebeb uwaq deyil.mene widdet gosderir.sevib evlenmiwik eslinde.men uwaqligimnan qadinlarin vurulmasina qarwi olmwam.ama indi ozum o vezyetin icindeyem.bir dece eli deysin mene.inanilmaz derecede aqressiv olurAm.canavara donurem.alcaldici sozler deyrem onula tesir elemey ucun.o da qezeblenib gelir daha berk vurur.o vurduqca daha da berk vursun isdiyrem.yene cavab verirem ki yene vursun.bu wekilde ozumu cezalandirirram.icden partdiyram ama aglamram.daima beynimde bu var ki men niye yanliw secim etdim.ozmu gunahkar sayiram.ozume eziyet vermey isdiyrem.eyani kosultasiyAya gele bilmeyecm.hec olmasa virtual mene komek edin.eslinde zeifem ozumu guclu gosderirem.aglamamaacun ozme telqinler eliyrem diwlerimi sixiram.yoldawim hecneyi bawa salmaga caliwmir.ozune ezyet vermir.vurAraq sozunu deyir.men seviyyeli bir universitet qutardim.onun xetrine rayona gelmeye razilawdm.burda hercur cetinlikler yawiyiram.qiymet vermedi.duzdu iwdiyrem ama daha yaxei yerlerde iwdiye bilerdim.neise..ona buna psixoloji meslehetler verirem ama ozumcun caresizem.tewekkurler onceden.bu arada 29yawim var yoldawimin 27.bibimogludu
Sualın müəllifi: gunel Sualın yaranma tarixi: 08.01.2016 08:21
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 11.01.2016 09:02

Salam Günel xanım.

Sizin yaşadığınız bu tip problemdə hər iki tərəfin psixoloqa müraciət etməsi lazımdır. Sizə tövsiyəm- hər hadisəyə kəskin reaksiya verməyin. Ailənin formalaşmağı üçün zaman, səbir və anlayış vacib şərtdir. Siz özünüzü cəzalandırmaqla hec nə əldə etmirsiniz, əksinə özünüzə qarşı daha da aqresiya yaradırsınız. Siz ailə də ab- havanın yaxşı olmasında  çox payın  qadından asılı olduğunu unutmamalısınız. Hadisələrə daha mülayim və pozitiv yanaşın. Və özünüz üçün bir sualın cavabını aydınlaşdırın- Siz ailənizin formalaşmağı və gələcəyi üçün nələr edirsiniz? Bir ali savadlı şəxs kimi özünüzə dəyər verin və mütləq özgüvən hissinizi artırmaq üçün şəxsi xobbi qazanın. Özünüzə həmişə zaman ayırın! Başqasına psixoloji məsləhət verirsinizsə mütləq öz probleminizdə də özünüz özünüzə kömək olacaqsınız, sadəcə buna inanın!

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Her vaxtiniz xeyir doktor.Men 4 ildi aileliyem.iki usagim var.Cox esebiyem usaqlar yola getmirler.Biri 2yas 7ayliq o biri 1 yas 7ayliqdi.oglum qizimi doyur oyuncaq uste dalasirlar.men de eseblesib doyurem onlari tengnefes oluram tez ozumden cixiram bezen de dozmeyib aglayiram.Eseb dermani Sedaflor b icirem.doyurem sonra ozum pewman oluram.Allaha dua edirem her gun usaqlarima qarsi mende mehribanciliq yaratsin.Doymeyim onlari.Mene meslehet vererdiz...
Sualın müəllifi: Nurmemmedova Naide Sualın yaranma tarixi: 04.01.2016 10:32
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 05.01.2016 09:44

 Salam Naidə xanım.

Öz yaşınızı yazmamisiz, uşaqlar arasında yaş ferqi azdır, deməli hamilelik dövru ardıcıliq şekilde olub. Her bir qadın orqanizmində hamiləlikdən sonra müəyyən hormonal dəyışikliklər olur, bu fonda eseblilik ola biler. O qebul etdiyiniz dermandan təsir yoxdursa qəbulunu dayandırin. Körpəniz ana südü ilə qadalanırsa Dərmanın qutusunda anatasiyanı oxuyun əks təsəri körpə ücün ola bilər. Mənim tövsiyəm sizə o ola bilər ki,bu tip psixoloji problemləırnizi aradan qaldırmaq ücün hec olmasa bir dəfə  psixoloji konsultasiyada, canlı  dialoq zamanı düzqün psixoloji dəstək alasiz. Bu tip psixoloji sıxıntılar əsəblilik dərmansız aradan qaldırıla bilər.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam hekim menim sizin komeyinize ehtiyacim var. Menim 24 yasim var men qabariq bir sey gorende ozumnen asili deyil esebilesirem meselen, asvalt ya da bir nese qabaranda hemin deqiqe elimi ve ayaqlarimi yigiram basim berk agriyir birde gobelek yada kelem gorende esebilerirem mende qeribe hiss yaradir bilmirem ne edim aglamagim gelir qabariq nese gorende gobelek birde kelemi gorende mene komek etseniz sevinerdim
Sualın müəllifi: Sehri Sualın yaranma tarixi: 18.12.2015 19:26
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 28.12.2015 06:47

Salam Sehri.

Anladım sizin yaddaşınızda bu formal ilə ələqəli neqativlik var. Araşdırsaq bunun kökü çox gümanki, uşaqlıq dövründə keçirtmiş olduğunuz hansisa bir hadisəyə gedib çixacaq. Mən cox istəsəm belə, vertual bu problemi həll etmək mümkünsüz olur. Zəng edin, sizə  konsultasiya ücün vaxt təyin edib və bu problemi həll edək.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

powered by smfaq