Dr. Ramin Haciyeva sual vermək üçün, mətni daxil edin. Suallar 1-2 gün ərzində cavablandıralacaq. Əgər sualınıza dərhal cavab almaq istəyirsinizsə, 050 433 31 00 nömrəsi ilə, Dr.  Ramin Haciyev ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

Həkimə sual!
Doktor,her bir iwde ugursuzluq ne ile baglidir? Bu mende ruh duwkunluyu yaradir.Özume qapaniram.34yawim var.
Sualın müəllifi: qalib Sualın yaranma tarixi: 27.11.2015 10:56
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 01.12.2015 17:35

Salam Qalib bəy.

Daha pozitiv fikirlərlə nəsə etsəniz, istənilən müsbət nəticə əldə edəcəksiniz. Ruhdan düşməyin! Rastlaşdığınız uğursuzluq sizdə ruh düşkünlüyü yaratmasın həyatda mübariz olun!

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

salam Ramin bey..sizin komeyinize ehtiyacim var..men Fransiz dilini bitirmiwem.ama muellim iwlemek istemirem.24yawim var,bir ildir aileliyem.ovladim yoxdur..sanki bir bowluq var ve onun ortasindayam.nece addim atmali oldugumu bilmirem.bir deyim varki heyatda pewman olmamaq ucun uc weyi duz secmelisen.bunlardan biri de iwdir.men nece edim?harani secim iwlemek ucun?bu suallar yorub meni.qeyd edimki xususi el qabiliyyetim de yoxdur.iwlemeye de ehtiyacim var,maddi cetinlikler yawayiriq.amma bilmirem Hansi iwe yonelim.meslehet ve istiqamet verseniz cox sevinerem.tewekkurler
Sualın müəllifi: Gulay Sualın yaranma tarixi: 26.11.2015 18:31
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 01.12.2015 18:03

Salam Gülay xanım.

Sizi anladım müəllim olmaq istəmirsiniz. Amma müəllimlik cox şərəfli bir peşədir. 24 yaşında istənilən sənətin sahibi ola bilərsiz, tövsiyəm odur ki,  sizin daxilinizə yaxın olanı seçin ki, bu seçim sizə mənəvi və maddi dəstək olsun.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam hekim menim 22 yawim var ve men 6 aydirki nevroz xesdesiyem (panik atak) ilk once pasdele duwdum sinekde yangi nefes darligiurek doyuntu ve sanku bu deyqe olecem hissi. Hal hazirda biraz duzelmiwem ama hefdede 3-4 defe halim biraz pislewir indi uzur isdirem sizden sineke agri veriri bilmirem nervidendi bu agrilar? Hekim cox xaiw edirem mene eyerdiz bu xesdelikden azad olacam men? Cox yorulmuwam hekim olum hissi meni cox pis edir her defe pis olanda deyirem paralic olacam yeqin indi qebul etdiyim dermanlar nervohelle pari-flodur xaiw edirem mene cavab yazardiniz
Sualın müəllifi: svetlana Sualın yaranma tarixi: 16.11.2015 19:36
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 24.11.2015 20:38

Salam Svetlana xanım.

Sizi anladım (panik atak ) halları sızə psixoloji və fizioloji sıxıntılar verir. Sagalmaq olar, bu sizdən və alacaq müalicədən aslılı bir haldır. Mən dərman təyin etmirəm. Siz istəsəniz Mənim sizə psixoloji dəstəyim fərdi psixoloji konsultasıya zamanı ola bilər.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Her vaxtiniz xeyir doktor.bele bir sualim var. Insanin tez tez hetta en adi veziyyetlerde kusmeyi ne ile bagli olur ,esasen? Yoxsa bu individualin yasasiqlarindan asilidir?
Sualın müəllifi: zara Sualın yaranma tarixi: 15.11.2015 09:19
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 24.11.2015 19:53

Salam Zara xanım.

Küsmək halları sizə cəmiyyətdə psixoloji sıxintılar yaşadan bir faktdır. Bu hallardan uzaq olmaq istəyıniz varsa, ancaq   tet-a-tet fərdi psixoloji analiz zamanı aradan qaldırmaq mümkündür.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam hekim.men biraz esebi insanam aile qurmamiwdan evvel biraz mualice almiwam eseb sistemim tamamile pozulmuwdu.aile qurmuwam wukur allaha 2 gozel balam var.indi de esebiyem duzdu eseblerimi bezen cilovluya bilirem bezense yox.evde hec neden soz sohbet yaradiram yoldawimladava edirem.sonra cox pewman olsamda dediyimi deyirem sonra da o sozler ailemde soyuqluga sebeb olur.hec neynen qane olmuram.her weyi probleme cevirirem duzdu yoldawimin bezi sehvleri dw olub eseblewen kimi o sehvler yadima duwur ve onlari deyende bawa vurmaq kimi cixir.bilmirem ozumu nece ele alim.gun erzinde tek olanda ixtiyarsiz aglamagim geli.bilmirem bunun sebebi de esebdir yoxsa yox mene komey edw bilersiz?
Sualın müəllifi: shehla Sualın yaranma tarixi: 14.11.2015 22:53
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 24.11.2015 20:18

Salam Şəhla xanım.

Sizə tövsiyəm odur ki, həyatınızda düzgün dəyərləndirmə aparın. Ailənizə yüksək qiymət verin. Daxildə olan əsəb yalnız fərdi psixoanaliz zamanı araşdırılıb aradan göturülə bilər.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

salam. Men hemise heyatda agila gelmeyecek seyleri duwunurem. nisanliyam. Her an nisanlimin meni aldadacagni duwunurem, ozumden asili deyil aglmdan cixmir bu seyler dusunurem aglayiram menden uzaga gedende bu seyler daha cox olur mende. Butun sinirlerim pozulub canimi yandirir her sey. Birseyi etmir nisanlim sirazu misal getrirki filan vaxti sende bele etmisdin filan seyi. Bezmisem
Sualın müəllifi: narka Sualın yaranma tarixi: 14.11.2015 20:57
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 17.11.2015 19:37

Salam. 

Sizin yazıdan belə anladım ki, sizdə  psixoloji sıxıntılar var və bu fonda  qısqanclıq yaranır. Sizə düzqün psixoloji yardım etmək ücün daha cox informasiyam olmalıdır. 

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam hekim 1 il yarımdı evliyem 2defe hamile qalmıwam ama uwagım duwub indi mualşcedeyem..Qaynanamla yawayıram her defe uzume vurur men yadımdan cıxarmaq istedikce o hemiwe yadıma salır men ne etmeliyem? Mene meslehet vererdiZ cox uzgunem men istemezdim ki bawıma bele bir wey gelsin
Sualın müəllifi: Aysel Sualın yaranma tarixi: 06.11.2015 16:38
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 10.11.2015 08:35

Salam  Aysel xanım.

Sizin yazınızdan belə anladım ki, uşaq salma məsələniz psixoloji durumunuzla əlaqəli deyil. Uşaq salma məsələsi sizə psixoloji sixıntı verirsə, bunu aradan qaldırmaq mütləqdir. Müalicə alan dövründə sizin sinir sisteminiz tam sakit olmalıdır ki, aparılan müalicə tədbirləri gözlənilən nəticələr versin. Hamiləlik dövründə sağlam ana olmaq olduqca vacibdir. Sizə tövsiyəm  hamiləliyə (Məqsədiniz) doğru daha inamlı gedin və qohumlara dialoq şəklində Məqsədinizi anladın. 

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam, Ramin dr. Mənim kiçik oğlum 2.5 yaş böyük oğlumla (8.6 yaş) düz gəlmirlər. Böyük kiçiklə oynayanda, qucaqlayıb öpəndə həmişə balaca üstünə qışqırır, "Eləmə" deyir. Onu da qeyd edim ki, böyük anlayış və səbirlə yanaşır ona. Aralarındakı münasibəti necə düzəldə bilərəm?
Sualın müəllifi: Lala Sualın yaranma tarixi: 02.11.2015 17:07
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 04.11.2015 11:40

Salam Lala xanım.

Bu hallar praktik həyatda olur. Tövsiyəm odur ki, ailə modelini kiçik oglunuza düzgün, onun qəbul edəcək formada rəsimlərlə və hansı bir oyunlarla izah ədəsiniz ( Ana - Ata - qardaş -  Nənə - Baba......) ondan sonra həyat modelində də dəyışikliklər olacaqdır.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

Salam Ramin bey. Menim psixoloji problemlerim var. Belkede bu adi bir problemdi. Amma men artiq doze bilmirem. Qaynana, qaynata, qayin ve baldiz olan bir evde yasayiram. Yoldasim evde meni cox sixir yeniki: "Niye atamin anamin yaninda danisdin" "niye menim yanimda oturdun?" " onu geyinme bunu geyinme" "polexmaxere getme" ve sair bu kkmi problemler cixarir qarsima. Hec cure duzelmir ve bu menim psixikama tesir edir. Korpeli anayam. Her sey ustume ustume gelir. Yoldasim hec meni tutmur. Tez tez dalasiriq. Maddi cehetdende zeifik. Men cox pisem. Her gunum aglamaqla pesmanciliqla kecir. Yasadiqlarim mene cox agir gelir. Geceler ise hec yuxu yatmiram. Olurki 2-3 sutka yatmadigim olur. Komek edin mene.
Sualın müəllifi: Aysel Sualın yaranma tarixi: 31.10.2015 18:27
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 04.11.2015 11:22

Salam Aysel xanım.

Siz menə yazaraq bütün sizə cətinlik törədən məqamları  kiçicik olsada acıqladıniz. Ancaq demədiniz necə yaşiniz var? ailə həyatında necə ilsiniz. Mən sizi cox gözəl anladım.Ancaq burda bir məsələ deyil ki, öz ailəniz, yoldaşinizın qohumları, yoldaşınizla münasibətləriniz bunlar hamısı toplam olaraq sizə psixoloji sıxıntı törədir. Mən sizə ancaq onu tövsiyə edə bilərəm ki, yaşadıqınız realıqdan  maksimum poztivlik axtarıb tapib və onlardan irəli özəl həyatınıza baxasınız. Sızə ilk vertual psixoloji dəstəyim belə ola bilər.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

saam hekim.cavabiniza gore tesekkur edirem..qizim baxcaya getmiyib.ozum evde usaqa nece tesir gostere bilerem onda kompleks olmasin,
Sualın müəllifi: leyla Sualın yaranma tarixi: 28.10.2015 02:12
Cavablandıran həkim: Ramin Hacıyev Cavablandırılığı tarix: 29.10.2015 21:09

Salam Leyla xanım.

Uşaq baxcaya getmədiyi ücün onda bu hallar yaşanir. Özünüz bu məsələ ilə məşgul olmagınız qərarını mən hörmətlə qarşiladım, amma yaxşı olardı ki, bu məsələni mütəxəssis həll etmiş olsun. Sizə tövsiyəm uşaqı tez tez ona tanış olmayan yerlərə aparmış olasiz ki, onda öz yaşıdları ilə ünsiyyət qurmaga marağı və cəhdləri olsun.

Hörmətlə: Psixoloq- R.M.Hacıyev

powered by smfaq