Hamiləlik dövründə və doğuşdan sonra çəkidə olan dəyişikliklər

Hamiləlik dövründə qadınların çəkisi artır. Bunun nə qədər tez bir zamanda baş verməsi – kifayət qədər əhəmiyyətlidir. Orqanizmdə hormonal yenidən qurma prosesinin baş verməsi, uşaqlığın və dölün böyüməsi ilə yanaşı, çəkinin çoxalması gizli şişlərin əlaməti ola bilər, onlar isə - hamilə qadında hestoz və ya toksikoz kimi xəstəliklərin simptomu ola bilər, hansılar ki hamilə qadınların həlak olmasının ən çox rast gəlinən səbəblərindən biridir.

Artan çəkinin səbəbləri

Hormonların qadının zahiri görünüşünə necə təsir etdiyini hamiləliyin ikinci ayında başa düşməyə başlayırlar. Bu vaxtda onun orqanizmində endokrin balans dəyişikliyə uğrayır və bu adi gözlə də müşahidə olunur. Bundan başqa güclü iştaha əmələ gəlir. Elə bu vaxt da ona nəzarət etməyə öyrənmək lazımdır. Əgər siz iki nəfərin əvəzinə yeməyə başlasanız, o zaman öz mədənizi böyüdəcəksiniz və norma ilə müqayisədə çəkinizi iki dəfə qaldırmış olacaqsınız.

Bir çox qadını bu sual narahat edir: “Hamiləlik dövründə çəkidə nə qədər artmaq olar ki, uşağı dünyaya gətirdikdən sonra yığılmış çəkini sürətlə atmaq  və əvvəlki formalar da bərpa olmaq mümkün olsun?” Hamı üçün aydın məsələdir ki,  qadın hamiləlik zamanı çəkidə artmalıdır. Kifayət qədər qida qəbul etməmək “iki nəfərin əvəzinə yemək” qədər düzgün deyil. Hamiləlik zamanı artıq çəki artımından ehtiyatlanaraq kifayət və tam şəkildə qidalanmadıqda ağır doğuş və az çəkili zəif uşaqların dünyaya gəlməsini gözləmək olar.

Normal hüdudlar çərçivəsində çəkilərini artıran qadınlar adətən hamiləliyi daha asan keçirirlər və daha asan uşaq dünyaya gətirirlər, onlarda uşaq salma və həlak olmuş uşaqların doğulma halları daha az baş verir. Çəkisi az olmayan uşaqlar adətən daha sağlam olurlar; onlar həmçinin yayılmış xəstəliklərə və infeksiyalara daha yaxşı müqavimət göstərirlər.

Uşağın ölçülərini müəyyən etməyə mane olan çox yemə və həddindən artıq köklük oma sümüyündə ağrı əmələ gətirir, ayaqlarda yorğunluq arta bilər və venaların varikoz gənişlənməsi əmələ gələ bilər. Bu halda uşaq elə ölçülərə qədər böyüyə bilər ki, onun təbii yolla doğuşu çətinləşəcəkdir və ya tamamilə mümkün olmayacaqdır (çəkisi 4 kq-dan artıq olan iri döl). Çox yemə həmçinin şəkərli diabetin inkişaf etmə riskini çoxaldır, ona görə də hamilə qadının müayinə planında şəkərin olmasına dair qan və sidik analizi olur.

Bəzən ananın bədən kütləsinin böyüməsi uşağın doğuş zamanındakı bədən kütləsinə uyğun gəlmir. 20 kq kökəlib 3 kq-lıq uşaq doğmaq mümkündür.

Hamiləlik zamanı çəkinin patoloji artımı nə ilə təhlükəlidir?

Hamilə qadının çəkisinin həddindən artıq sürətli artımı tez yorulmaya və hətta az fiziki yüklənmələr zamanı təngnəfəsliyə, ürək ritminin tezləşməsinə, arterial təzyiqin yüksəlməsinə, qana daha çox stress hormonlarının atılmasına gətirib çıxarır. Bu səbəbdən bəzi hamilə qadınlar əsəbi olurlar. Bu vaxt döl ana ilə göbəkbağı ilə bağlı olur və faktiki olaraq onların ikisində bir qan dövranı sistemi olur. Ananın ürək-damar və tənəffüs sistemləri tam yüklənmə ilə işləyir, lakin qanda oksigenin miqdarı yenə də çatmaya bilər. Bu dölün öksigen çatışmamazlığına gətirib çıxarır. Hamiləliyin elə özü ana orqanizminin bütün sistemləri üçün böyük yüklənmədir, hələ üstəlik də buna artıq çəki əlavə olunur!

Hamiləlik zamanı normal çəki artımı nə hesab olunur?

Hamiləlik zamanı çəki artımının norması 7-16 kq arasında dəyişir. Əgər qadının quruluşu zəifdirsə, çəki artımı 12 kq-dək təşkil edə bilər, iri qadınlarda isə 17 kq-dək. Bir uşaqdan çox gözləyən qadınlar 14-dən 22 kq-dək kökəlməlidirlər, bu da, norma hesab edilir.

Hamiləlik zamanı yığacağınız kiloqramların sayı bir neçə amillər ilə müəyyən olunur, lakin onlardan biri hamiləliyin başlanmasından öncəki bədən çəkisidir. Müşahidə olunub ki, hamiləlikdən əvvəl çəkisi az olan qadınlar hamiləlik dövrü ərzində daha çox çəki yığırlar, və əksinə, artıq çəkili qadınlar - daha az. Əgər sizin hamiləlikdən əvvəlki çəkiniz normal göstəricilər hüdudundadırsa, onda çox böyük ehtimal var ki, sizin çəki artımınız 7 və 16 kq ortalarında olacaqdır, və orta hesabla təxminən 11-12 kq təşkil edəcəkdir.

Yığılmış kiloqramlar haralara paylanır?

Hamiləliyin ilk aylarında qadın süd hasilatına və döşlə yedizdirilməyə hazırlaşmaq üçün piy toxuma qatını toplamalıdır. Bu piy ehtiyatları doğuşdan sonra qalır və adətən qadın döşlə yedizdirdikdə və gimnastika ilə məşğul olduqda tədricən yoxa çıxır. Lakin hamiləlik zamanı çəki artımı yalnız piyin hesabına baş vermir. Bu “artıq çəkinin” yarısından çoxu ciftə (plasentaya), embrion ətrafı mayeyə və uşağın özünə düşür. Bu isə yığılmış çəkinin təxmini paylaşdırılmasıdır:

- döl - 3500 q
- cift (plasenta) - 650 q
- embrion ətrafı (amniotik) maye - 800 ml
- uşaqlıq (hamiləlik zamanı ölçülərdə böyüyür) - 1000 q
- süd vəziləri (hamiləlik zamanı ölçülərdə böyüyür) - 400 q
- qan həcminin 1500 ml çoxalması
- hüceyrədən kənar maye həcminin 1500 q çoxalması
- piy yığınları – 2500 q

Bədən çəkisinin indeksi

Boyu üçün gələcək ananın çəkisinin artıq, az və ya normal olub olmadığını müəyyən etmək məqsədi ilə tibbdə xüsusi indeksdən istifadə edilir  – bədən çəkisinin indeksi (BÇİ).

Bədən çəkisinin indeksi = bədən çəkisi kq-la / ikiqat boy m-lə

Məsələn: Boy 1,70 m, çəki 60 kq. BÇİ = 60 / (1,7*1,7) = 20,8

• Əgər Sizin BÇİ hamiləlikdən öncə 20-dən az idisə, bu o deməkdir ki, sizin hamiləlikdən öncəki bədən çəkiniz az olub. Böyük ehtimal var ki, Siz 9 ay ərzində başqa qadınlara nisbətən orta hesabla daha çox çəki yığacaqsınız. BÇİ 20-dən az olduqda hamiləlik dövrü üçün tövsiyə olunan artım – 13-16 kq-dır.

• Əgər hamiləlikdən öncə BÇİ 20-27 arasındadırsa, demək bu normal çəki göstəricilərinə uyğundur. Bu halda hamiləlik dövrü üçün tövsiyə olunan artım 10-14 kq-dır.

• Hamiləliyin başlanmasından öncə BÇİ-nin 27-dən çox olması artıq çəkidən (27-29-dan başlayaraq – artıq çəkidir, 29-dan artıq – piylənmədir) xəbər verir. Bu heç də o demək deyil ki, Siz hamiləlik zamanı çəkini atmağa çalışmalısınız.

Hamiləlik – diyetalar vaxtı deyil! 

Hamiləlik zamanı arıqlamaq cəhdləri körpənin bətndaxili inkişafına mənfi təsir göstərə bilər. Ona görə də, sizin ən əvvəldən artıq çəkiniz olduqda belə hamiləlik dövrü ərzində Siz müəyyən qədər kiloqram yığmalısınız, adətən 7-dən 9 kq-dək.

Hamiləliyin hər rübündə çəki artımı nə qədər təşkil etməlidir ?

Orta çəki artımı:
- hamiləliyin ilk rübündə 1,5—2 kq və həftəyə təxminən 0,5 kq təşkil etməlidir;
- ikinci rübdə o ümumilikdə 6-7 kq-dək artacaqdır;
- hamiləliyin 7-ci və 8-ci ayında – həftəyə 0,5 kq;
- hamiləliyin 9-cu ayında 8-ci ayla müqayisədə həftəyə 0,5 kq azalacaqdır ki, üçüncü rübdəki ümumi artım 4-5 kq təşkil etsin.

Hamiləlik zamanı mümkün çəki artımının tempi faiz nisbətində:

0 – 12-ci həftə 10 %
13 – 20-ci həftə 25 %
21 – 28-ci həftə 45 %
29 – 36-cı həftə 20 %
37 – 40-cı həftə 0

Hamiləliyin həftələri üzrə çəki artımı cədvəli:

Hamiləliyin həftəsi

2

4

6

8

10

12

14

16

18

20

22

24

26

28

30

32

34

36

38

40

Çəkidə artım

 

BÇİ< 19,8

0,5

0,9

1,4

1,6

1,8

2,0

2,7

3,2

4,5

5,4

6,8

7,7

8,6

9,8

10,2

11,3

12,5

13,6

14,5

15,2

BÇİ=19,8– 26,0

0,5

0,7

1,0

1,2

1,3

1,5

1,9

2,3

3,6

4,8

5,7

6,4

7,7

8,2

9,1

10,0

10,9

11,8

12,7

13,6

BÇİ> 26

0,5

0,5

0,6

0,7

0,8

0,9

1,0

1,4

2,3

2,9

3,4

3,9

5,0

5,4

5,9

6,4

7,3

7,9

8,6

9,1

 

Hamiləlik zamanı çəki artımı ilə bağlı həkimin konsultasiyası nə vaxt lazım olur?

Ən yaxşısı odur ki, Sizin çəkiniz normada olsun və yuxarı və aşağı kəskin sıçrayışlar olmasın.  Siz həkimlə aşağıda göstərilən hallarda məsləhətləşsəniz yaxşı olar:

- Əgər siz hamiləliyin ilk iki həftəsi ərzində və ya hamiləliyin 4-8-ci həftələri ərzində kökəlməmisinizsə, ikinci rübdə çəkidə 1,5 kq-dan çox artmısınızsa və ya üçüncü rübdə - həftəyə 1 kq-dan artıq artırsınızsa;
- Əgər iki həftə ərzində çəkidə artmamısınızsa;
- Əgər sizin həqiqi çəki artımınız planlaşdırılmış artımdan əhəmiyyətli dərəcədə fərqlidirsə.

Diqqət!
Burada göstərilən rəqəmlər deqiq göstəricilər deyil və hamiləliyiniz zaman bədən çəkinizin artmasını qiymətləndirərkən onları əsas qayda kimi əldə rəhbər tutmağa borclu deyilsiniz. Yalnız müayinə olunduğunuz həkim Sizin çəkinizə nəzarət etməyə, Sizin üçün nəyin norma olduğunu müəyyən etməyə, bədən çəkinizi nə qədər tez və ya gec yığdığınızı anlamağa kömək edəcəkdir.

Hamilə qadın “iki nəfərin əvəzinə” yeməlidirmi?

Hamiləlik zamanı qəbul etdiyiniz kalorilərin miqdarı çoxalmalıdır, lakin bu heç də o demək deyil ki, Siz “iki nəfərin əvəzinə” yeməlisiniz. Hamiləliyin ilk üç ayında Sizə gündə əlavə 100 kalori lazımdır. Hamiləliyin növbəti 6 ayında enerjiyə olan tələbat gündə adi rasiona əlavə olaraq 300 kaloriyədək artır.

Əgər hamiləlik zamanı az kiloqram yığılarsa ilkin çəkiyə qayıtmaq daha asan olacaqmı?

Xeyr. Bu yaxınlarda keçirilmiş tədqiqatlar göstərmişdir ki, həm çəkidə tövsiyə olunan artımı olan qadınlarda, həm də lazım olandan daha az çəki yığmış qadınlarda – hamiləlikdən əvvəlki ilkin bədən çəkisi ilə müqayisədə doğuşdan sonra qalmış əlavə çəki miqdarında heç bir fərq yoxdur. Məlumdur ki, öz körpələrini döşlə yedizdirən qadınlar hamiləlik dövrü ərzində toplanmış çəkini daha asan atırlar.

Hamiləlik zamanı qarının ölçüləri nədən asılıdır?

Qarının hüdürlüyü, və ya uşaqlıq dibinin yerləşmə hündürlüyü normada hamiləlik müddətinə uyğundur. Məsələn, hamiləliyin 32-ci həftəsində o 32-33 sm bərabər olmalıdır. Qarının “doluluğu” isə qadının fərdi xüsusiyyətlərindən asılıdır. Bəzən ona anatomik quruluş da təsir göstərir: ensiz çanaqlı balaca qadınlarda qarın daha çox nəzərə çarpır nəinki hündür, enli budlu qadınlarda. Lakin qarının böyüməsi ən çox hamilə qadının çəkisindəki ümumi artımla bağlıdır. Və məhz buna qadın həmişə diqqət yetirməlidir.

Hamiləlik zamanı çəkinin həddindən artıq tez artması nə ilə bağlı ola bilər?

Bəzən bolluca yemək yemək həvəskarları çəkini tez artırırlar. Lakin yeməyi qədərində yemək hələ normal çəkinin olmasına zəmanət vermir. Bəzi qadınlarda orqanizmdə həddindən çox maye toplanır – məsələn, böyrəklər pis işləyəndə. Ona görə də, qadının çəkisi həddindən artıq tez artdıqda, ona gün ərzində qəbul və ifraz olunan mayenin miqdarını yoxlamaq tövsiyə olunur. Mayenin orqanizmdə yubanması çəkinin artmasına gətirib çıxarır. Onda yalnız xarici orqanlar deyil, həm də daxili orqanlar şişir. Şişlər dölün normal inkişafını pozurlar.

Hamilə qadın şişlərdən necə azad ola bilər?

Gələcək ana həkimin verəcəyi qida rejimi ilə bağlı tövsiyələrinə diqqətlə yanaşmalıdır. Adətən, bütün hamilə qadınlara mütəxəssislər duzun, həmçinin acı, qızardılmış, yağlı məhsulların qəbulunu məhdudlaşdırmağı məsləhət görürlər. 10 gündən bir pəhriz günləri keçirmək tövsiyə olunur (ancaq ac qalmaq olmaz!).

Pəhriz günlərində hamilə qadın yalnız bəzi məhsullarla kifayətlənməlidir, məsələn, alma, kəsmik, kefir, ciddi təyin edilmiş miqdarda ət. Bundan başqa, yataq rejiminə riayət etmək – bu mayenin orqanizmdən ifraz olunmasını yaxşılaşdırır. Sidikqovucu otlar da yaxşı kömək edir. Qəbul edilən mayenin miqdarını kəskin şəkildə məhdudlaşdırmaq tövsiyə olunmur. Onun həcmi gün ərzində 1,2-1,5 litrdən az olmamalıdır.

Hamiləlik zamanı çəkinin artımı müəyyən dərəcədə böyrəklərin fəaliyyətindən asılıdır. Məsələn, sidik kisəsi daşı xəstəliyi, xroniki pielonefrit olduqda çəki sürətlə artır. Bəzən pielonefrit hamiləlik zamanı meydana gəlir. Ona görə də bütün hamilə qadınlara uşaqlıq yolundan olan ifrazatların bakterioloji müayinələrini keçirmək, sidik analizlərinə daima nəzarət etmək lazımdır.

Əgər hamilə qadında döl həddindən artıq iridirsə və artıq çəki bununla izah olunursa nə etmək lazımdır?

Bu daha bir problemin olmasından xəbər verə bilər. Çox vaxt iri döl şəkərli diabetdən əziyyət çəkən qadınlarda olur. Əgər qadının özü iri doğulmuşdursa, qanda və sidikdə şəkərin səviyyəsini yoxlamaq lazımdır, çünki diabet gizli formada da keçə bilər.

Bəzən hamiləlik dövründə diabet hormonal fonda olan dəyişiklik nəticəsində də əmələ gələ bilər. Belə hamilə qadınlar risk qrupuna düşürlər – şəkər səviyyəsinin yüksək olması bir neçə analizdən yalnız birində aşkar olunsa belə. Onlara endokrinoloji klinikalarda nəzarət edirlər. Bu xəstələrə qlükometr, test-zolaqları verirlər və onlar qanda və sidikdə şəkərin miqdarına müstəqil şəkildə nəzarət edirlər. Onlar ekstragenital patologiya üzrə ixtisaslaşmış doğum evlərində (əgər yaxınlıqda belə doğum evi varsa) uşaq dünyaya gətirirlər, onların körpələrini isə dərhal “şəkərli diabet” üzrə qeydiyyata qoyurlar. Hamiləlik zamanı çəkinin həddindən artıq artması mamaları(akuşerləri) çox vaxt keysər kəsiyini etməyə vadar edir.

Hamiləliyin hansı müddətlərində kəskin çəki yığımı xüsusilə arzuolunmazdır?

Çəkinin həddindən artıq artması hamiləliyin ikinci yarısında, daha dəqiq desək, iyirminci həftəsindən sonra xüsusilə təhlükəlidir. O gecikmiş toksikoza gətirib çıxarır. Və bu ağırlaşmalar nə qədər tez başlayırsa, o qədər də hamiləliyin sonu ağır olur. Ona görə də qadınlara müntəzəm şəkildə öz bədən çəkilərinə nəzarət etmək, hər iki qolda arterial təzyiqi ölçmək, sidiyin analizini etmək tövsiyə olunur. Gecikmiş toksikoz zamanı təzyiq adətən çoxalır, sidikdə isə zülal əmələ gəlir. Hestozun və ya toksikozun hər üç simptomu – şişlər, yüksək təzyiq və sidikdə zülal - aşkarlandıqda isə - qadın özünü normal hiss etsə belə onu təcili olaraq xəstəxanaya yerləşdirirlər.

Dölün ölçüsünü hər hansı yolla “tənzimləmək” mümkündürmü?

Bunun üçün özünə heyvan və bitki zülları, vitaminlər və minerallar daxil edən balanslaşdırımlış qidalanma lazımdır. Hamiləlik – yeganə haldır ki, bu vaxtda qadınlara xüsusi vitamin və mineral bioqatqıların qəbulu təyin edilir.

Mayenin qəbulu embrion ətrafı suların həcminə təsir göstərirmi?

Xeyr. Embrion ətrafı suların çoxluğu, və ya polihidramniozun(embrion ətrafı suların çox olmasının) səbəbləri tamamilə başqadır: şəkərli diabet, dölün inkişaf anomaliyaları, rezus-konflikt, infeksion ağırlaşmalar. Oliqohidramnioz (embrion ətrafı suların az olması)  isə adətən doğuş gecikdikdə çox rast gəlinir.

Qarının böyük olması yaxşıdır yoxsa kiçik?

Kifayət qədər çəkinin yığılmaması çox vaxt dölün inkişafında pozulmalara, uşağın balaca doğulmasına, erkən doğuşa, bəzən də hətta körpənin həlak olmasına gətirib çıxarır. Hamilə qadınlara “qızıl ortaya” doğru çalışmaq lazımdır. Amerikalı alimlər müəyyən etmişdirlər ki, həyata nikbin baxışlı qadınlarda az çəkili uşaqlar daha az doğulur. Mütəxəssislər bunu onunla izah edirlər ki, nikbin qadınlar öz sağlamlıqlarına daha yaxşı fikir verirlər: müntəzəm şəkildə gimnastika ilə məşğul olurlar və yaxşı qidalanırlar.

Hamilə qadının emosional vəziyyəti ilə artıq kiloqramların birbaşa əlaqəsi varmı?

Bəzi qadınlar stress vəziyyətində soyuducunu sürətlə boşaltmağa başlayırlar. Bu da sizin üçün artıq çəki. Başqaları haqqda isə, əksinə, belə demək olar: “qəm-kədər onu yeyir”. Ona görə də gələcək ananın həm özünə, həm də yaxınlarına onun hamar, sakit emosional vəziyyətinin qayğısına qalmaq vacibdir. Gələcək analar bilməlidir ki: hamiləlik dövründə yediyiniz hər bir şey həm sizin həm də uşağınız üçün faydalı olmalıdır. Sizin rasionunuza bunlar daxil olmalıdır: təzə, təbii məhsullar – balıq, az miqdarda pəhriz əti və bir çox müxtəlif dənli bitkilər, meyvə və tərəvəzlər. Əgər indiyədək siz yanlış qidalanmısınızsa, indi bu vərdişləri dəyişməyin vaxtıdır.

Öz orqanizminizi dinləyin: əgər siz düzgün qidalansanız siz özünüzü yaxşı hiss edəcəksiniz. Yanlış qidalanma – çoxlu çipslər, qamburqerlər və şirniyyat – yorğunluq, taqətsizlik, həvəssizlik, hava şəraitindən asılılıq əmələ gətirəcəkdir. Əgər imkanınız varsa ekoloji təmiz məhsullar alın, meyvə və tərəvəzləri yaxşı-yaxşı yuyun. Bəziləri hətta qabığı soyurlar ki, mümkün qədər çox zərərli kimyəvi maddələri kənar etsinlər, lakin qabıq ilə faydalı qida maddələri də tullanılır. İstənilən halda yuyub təmizləmək mümkün olmayan kimyəvi maddələr çox güman ki, meyvələrin ətində də olacaqdır.


Çəkini nəzarət altında saxlamaq üçün qəbul olunan qidanın kalori miqdarına fikir vermək və fiziki aktivlik haqqda unutmamaq lazımdır. Gələcək analar üçün ən yaxşı variantlar yerimə və üzgüçülükdür.