Hamiləlik zamanı qıcolmalar

Gün ərzində yorulmuş qadın nəhayət ki, axşam istirahət etmək üçün uzanır. Bəs bu haradan çıxdı? Gözlənilmədən kəskin güclü ağrı yaradaraq baldırın arxa üzündə olan bud əzələsi sıxıldı. Sanki “barmaqların ucunda durmaq” istəyərək ayaq pəncəsi dartılaraq uzanır. Bundan əlavə, həddindən artıq əzələ gərginliyindən və gərilməsindən güclü ağrı hiss edərək, siz heç cürə rahatlaşıb pəncənizi normal vəziyyətə qaytara bilmirsiniz: əzələlər sadəcə olaraq baş beyninin göstərişlərinə tabe olmaqdan imtina edirlər. Bu cür çox vaxt hamiləliyi müşayiət edən qıcolmalar özlərini büruzə verir.

Hamiləlik qicolmaları nədir?

Çox vaxt qıcolmalar gələcək ananı hamiləliyin ilk aylarında, tez-tez təkrarlanan qusmalar (erkən toksikoz) fonunda narahat etməyə başlayır. Bud əzələlərinin və ya əl pəncəsi əzələlərinin (daha nadir hallarda – ağız ətrafındakı üz əzələlərinin) ürpəşmiş şəkildə yığılmaları adətən gecə və ya yuxuya getmə zamanı baş verir. Lakin onlar gündüz də əmələ gələ bilər, məsələn, qadın istirahət etmək üçün oturduqda və ya uzandıqda.

Səbəblər

Əzələ yığılmasının yaranma mexanizmləri və onun sinir sistemi tərəfindən requlyasiyası çox mürəkkəbdir və hüceyrənin xaricində və daxilində olan müəyyən mikroelement ionlarının fərqindən asılıdır. Bu nisbətin pozulması, digər simptomlarla yanaşı, qıc olmalar  ilə də təzahür oluna bilər. Hamilə qadınlarda hipnoqoqik (yəni yuxuya getməmişdən öncə yaranan) qıcolmaların əsas səbəblərindən biri də elə mineral mübadilənin pozulmasıdır.

Bu pozuntulara nə səbəb olur:

  • Birincisi, mikroelementlərə olan tələbatın çoxalması, axı bu dövrdə daha çox minerallar tələb olunur: onlarla qadın həm öz orqanizmini təmin etməlidir, həm də böyüyən uşağı “doyuzdurmalıdır”.
  • İkincisi, hamilə qadınlarda qusmalar. Qusma kütləsi ilə insan böyük miqdarda mikroelementlər itirir – yalnız bir gün əvvəl qida ilə qəbul etdiyi deyil, həm də həzm fermentlərinin tərkibinə daxil olan mikroelementləri də.
  • Üçüncüsü, balanslaşdırılmamış qidalanma, qadın öz qida vərdişlərinə görə hər hansı məhsul qrupundan imtina edir və, bunun nəticəsi kimi, onların tərkibində olan unikal maddələri almır (məsələn, kəsmikdən və digər turş süd məhsullarından imtina etdikdə biz tam şəkildə kalsium almırıq).
  • Dördüncüsü, hamiləlik dövrünün ikinci yarısında şişləri aradan qaldırmaq məqsədi ilə qəbul edilən sidikqovucu dərman vasitələrinin düzgün olmayan və nəzarətsiz tətbiqi. Sidikqovucu dərmanlar yalnız sidiyi deyil, həm də onun tərkibində olan mineral maddələri çıxarır.

Çox vaxt qıcolmalar kalium, kalsium, maqnezium və ya B6 vitamininin defisiti nəticəsində yaranır.

Kalium

Kalium hər bir canlı hüceyrənin tərkibində olur və onun üçün çox vacibdir. Davamlı, tez-tez qusmalar və güclü ishal, həmçinin bəzi sidikqovucu vasitələrin düzgün olmayan qəbulu bu maddənin defisitinin yaranması ilə təhlükəlidir. Kofenin (kofeinin) həddindən artıq qəbulu da kalium çatışmamazlığına gətirib çıxara bilər. Bundan başqa, maqneziumun defisiti şəraitində kaliumun mənimsənilməsi də pozulur.

Kaliumla zəngin olan məhsullar: quru ərik və qaysı qurusu, yemiş, banan, paxlalılar, kartof, brokkoli, malın qaraciyəri,  süd.

Kalsium

Kalsium – insana lazım olan ən yaxşı tanınan minerallardan biridir. Orqanizmdə mümkün kalsium çatışmamazlığının olmasından aşağıdakılar xəbər verə bilər:

Adətən qadınlar o vaxt narahat olmağa başlayırlar ki, onlarda bu maddənin güclü çatışmamazlığı artıq yaranıb və gecələr onların ayaqlarını ağrılı qıc olmalar bürüməyə başlayır.

İlk növbədə bu süd məhsullarıdır (onlardan biz 55%-dək kalsium alırıq); yaşıl yarpaqlı tərəvəzlər (brokkoli, bostan kələmi, turp yarpaqları, gül kələmi, qulançar), yumurta sarısı, müxtəlif paxlalı bitkilər, qoz-fındıq, əncir.

Əgər siz kalsium preparatları qəbul edirsinizsə, onları ac qarına deyil, yüngül yeməkdən sonra qəbul etsəniz onlar daha yaxşı mənimsəniləcəkdir.

Maqnezium

Yetkin insanın orqanizmində maqneziumun miqdarı təxminən 20 q təşkil edir. Bu elementdən bundan nə çox, nə az olması lazımdır – belə desək, bu qızıl ortadır.   Qanda maqnezium miqdarının çoxalması yuxululuq, lənglik, ağızda quruluq, yanğı, ürək bulanma, qusma, aşağı arterial təzyiq, nəbzin zəifləməsini əmələ gətirir. Bu vəziyyət böyrəklərin ifrazedici funksiyasının güclü pozuntuları, hipotireoz, şəkərli diabetin şiddətli ağırlaşmaları zamanı meydana gələ bilər.

Qanda maqnezium miqdarının azalması şiddətli və tez-tez təkrar olunan qusma, güclü ishal, bəzi başqa hallar və xroniki xəstəliklər (paraqalxanvari vəzilərin hipofunksiyası, böyrəklərin fəaliyyətində pozuntular, qaraciyərin sirrozu və s.) zamanı mümkündür. Orqanizmdə maqneziumun nisbi çatışmamazlığı onun güclü sərf olunması zamanı inkişaf edir, hətta o qida ilə kifayət miqdarda təchiz olunduqda belə, məsələn güclü əsəbi və ruhi (psixiki) və fiziki yüklənmələr zamanı, hamiləlik və laktasiya (həm də, məsələn, uşaqların aktiv şəkildə böyüməsi) dövründə. Hamilə qadının orqanizmində maqneziuma olan tələbat 2-3 dəfə artır. Bunun əsas səbəblərindən biri odur ki, inkişaf prosesində döl maqneziumu ananın orqanizmindən alır.

Maqneziumun böyrəklər tərəfindən çıxarılmasını alkohol, kofein, kaliumun çox olması, bəzi sidikqovucu vasitələr gücləndirir. Maqneziuma olan tələbatı rasionda zülalların, şəkərin, heyvan yağlarının, kərə yağının çox olması və bəzi hormonal dərmanların nəzarətsiz şəkildə qəbulu yüksəldir.

Maqnezium demək olar ki, bütün qida məhsullarında rast gəlinir. Xüsusən də onunla bütöv toxumlar, qoz, günəbaxan tumları, bütün paxlalılar, tərəvəz bitkilərinin gövdə və yarpaqları, kök, yaşıl soğan, ispanaq zəngindir. Böyük miqdarda maqneziumun çörəkdə olmasını gözləmək olardı, lakin yeni texnologiyaların – saflaşdırmanın (rafinə olunmanın) “sayəsində” çörəkdə bu mineral qalmır.

Yetkin insan gündə təxminən 360-450 mq. maqnezium almalıdır; hamilə qadınlara və döş verən analara, həmçinin yeniyetmələrə - 400-450 mq.-dək maqnezium tələb olunur.

B6 vitamini (piridoksin)

Onun sutkalıq qəbulundakı pozulmalar özü-özlüyündə qıcolmalar əmələ gətirmir, lakin bu vitamin maqneziumun hüceyrələr tərəfindən mənimsənilməsinə kömək edir, onun mədə-bağırsaq yolunda sorulmasını yaxşılaşdırır, onun hüceyrənin daxilinə bələdçisi kimi xidmət edir, hüceyrə membranının nüfuz etmə qabiliyyətini yüksəldir və maqnezium ionlarının orqanizmdən tez bir şəkildə çıxmasının qarşısını alaraq onu hüceyrənin içində saxlayır.

B6-nın qida mənbələri aşağıdakılardır: ev quşlarının əti, mal əti, donuz əti, dana əti, malın qaraciyəri və böyrəkləri, tuna balığı, qızılbalıq, soya paxlası, banan, pivə mayası, qoz, yerfındığı, avokado. Lakin əfsuslar olsun ki, ətin bişirilməsi zamanı bu vitaminin itkiləri 50-dən 70%-dək təşkil edir, buğdanın üyüdülməsi 50-dən 90%-dək itkilərə səbəb olur, dondurulmuş meyvə və tərəvəzlər isə 15-70% B6 vitaminini itirirlər.

Piridoksinin defisitinə həmçinin alkohol qəbulu və siqarət çəkmə də səbəb olur.

Qıcolmaların digər səbəbləri

  • Çox vaxt gələcək analarda təkrarlanan qıcolmalar hemoqlobin miqdarının azalması - güclü anemiya (qanazlığı) zamanı da əmələ gələ bilər.
  • Bəzən baldır əzələlərində olan qıcolmalar inkişaf etməkdə olan varikoz xəstəliyin fonunda da meydana gələ bilər. Bu zaman onlar tez yorulma və ayaqlarda gün ərzində sürətlə çoxalan ağırlıq hissi ilə müşahidə oluna bilər, xüsusən də uzun müddət ayaq üstə durduqda. Xəstələrin bir qismində bütün bu əlamətlər görünən varikoz genişlənməsi olan venaların əmələ gəlməsindən öncə təzahür olunur. Venaların varikoz genişlənməsi zamanı ayaqlardan olan venoz qan axını pisləşir, bu da əzələlərin, o cümlədən baldır əzələlərinin qidalanmasını pozur, mikroelementlərin disbalansına səbəb olur və qıcolmalara gətirib çıxarır.
  • Hamiləliyin üçüncü rübündə, xüsusilə də çoxdöllü hamiləlik zamanı, aşağı oyuq venası sindromu fonunda ayaqlarda qıcolmalar əmələ gələ bilər. Bu zaman qadın bel üstə və ya sağ böyrü üstə uzanır, böyümüş uşaqlıq aşağı boş venanı sıxır, bu da ayaqlardan olan venoz axınının pozulmasına səbəb olur. Qıcolmaların sonrakı inkişaf mexanizmləri ayaqlarda venaların varikoz genişlənməsi zamanı baş verən prosesləri xatırladır. Aşağı boş vena sindromunun təzahürlərinin qarşısını almaq üçün qadın sol böyrü üstə və ya sağ yanının altına balaca döşəkçə qoyaraq yatmalıdır ki, böyümüş uşaqlığın çəkisini bədənin sol hissəsinə paylaşdırsın və bununla da onun onurğadan sağ tərəfdə yerləşən aşağı boş venaya olan təzyiqi azalsın.

Qıcolmalar zamanı ilk yardım

Baldır əzələsinin yüngül qıcolmasını aradan qaldırmaq üçün aşağıdakıları etmək olar:

  • güclə, hətta ağrıdan keçərək, yavaş-yavaş sıxılmış ayağın barmaqlarını özünüzə tərəf çəkmək;
  • tutulmuş əzələni ovxalamaq, cimdikləmək, qaşımaq və s.;
  • ayaq barmaqlarını əyib düzəldərək ayağı ovuşdurmaq;
  • ayağın baş barmağını tutub özünüzə tərəf çəkmək;
  • bərkimiş əzələnin üstünə xardal yaxması qoymaq və ya onu qaynar (dərinin tab gətirdiyi temperaturda) yerli duş altına tutmaq.
  • Ağrı kəsən kimi qan dövranının yaxşılaşması üçün bir az gəzişmək lazımdır.

Profilaktika

Qıcolmaların profilaktikası kimi ayaq masajı etmək, kontrast duş qəbul etmək və gecə yun corablar geyinmək olar.

Qıcolmalar müxtəlif xəstəliklərin, o cümlədən də hamiləliyin ciddi ağırlaşmalarının simptomları ola bilər. Ona görə də onlar meydana gəldikdə mütləq həkimə müraciət etmək lazımdır: o konkret səbəbi müəyyənləşdirəcək və tələb olunan dərman vasitələrini seçəcəkdir.

Məsləhətlər

Hamiləlik onun inkişafı üçün tələb olunan vitamin, mikro- və makroelementlər səviyyələrinə öz düzəlişlərini əlavə edir; “öz maraq sferasının” pozulmasına görə o təxirə salınmadan insanı müxtəlif nasazlıqlarla cəzalandırır. Bir dəfə yarandıqda, mübadilə pozulmaları  bütün hamiləlik müddəti ərzində izləyəcəkdir. Bundan əlavə, onlar, əfsuslar olsun ki, doğuşun gedişatına da mənfi şəkildə təsir göstərəcək, ondan sonra da – uşağın böyüməsində və inkişafında. Və bu yalnız müzakirəyə qoyulmuş gecə qıc olmaları probleminə və onunla əlaqəli elementlərə deyil, həmçinin maddələr mübadiləsinin bütün həlqələrinə aiddir. Ona görə də, ilk növbədə nə yediyinizə diqqətlə yanaşın.

Sizin rasion mikro- və makroelementlərin, vitaminlərin və əvəzolunmaz aminturşularının tərkibinə görə tam və dolğun olmalıdır. Məqalədə sadalanan, müxtəlif maddələrlə zəngin olan məhsullar mütləq sizin masanızın üstündə olmalıdır. Vitamin-mineral kompleks vasitələrinin istifadəsindən də çəkinməyin: onlar hamilə qadının artmış ehtiyacları nəzərə alınaraq seçilir və tərkibində lazım olan miqdarda tələb olunan vitamin və mikroelementlər vardır, o cümlədən də yuxarıda göstərilənlər. Düzgün pəhriz və vitamin terapiyası seçməyə sizə sizin həkim kömək edəcəkdir.