Hamiləlik zamanı tez-tez sidiyə getmə

Hamiləliyin müxtəlif müddətlərində qadın onun vəziyyəti ilə əlaqədar bir çox narahatçılıqlar keçirməli olur. Buraya həm ürək bulanması, həm yuxululuq həm də hər cür ağrılı hisslər daxil edilə bilər. Onlar onu bütün hamiləlik dövrü ərzində müşahidə edər, gah peyda olar, gah da yoxa çıxa bilər. Belə, məsələn, hamiləlik zamanı tez-tez sidiyə getmə müşahidə olunur.

Bir çox qadınlar artıq ilk günlərdən əvvəlkinə nisbətən  tualetə daha tez-tez getməli olurlar. Başqaları isə hamiləliyin yalnız son dövrlərində ayaqyoluna tez-tez getməyə başlayırlar. Bəziləri, demək olar ki, bütün 9 ay ərzində tualetə qaçmalı olurlar. Və qadınların məhz gecə tualetə daha tez-tez getmələri heç kim üçün sir deyil: gün ərzində ayaqlarda toplanmış maye axıb getməyə başlayır. Lakin elələri də var ki, heç bir narahatçılıq keçirmirlər: onların sidik kisəsi adi rejimdə fəaliyyət göstərir Biz hamımız fərqliyik və hər kəsdə hamiləlik özünəməxsus şəkildə baş verir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, sidik ifrazının tez-tez baş verməsi gələcək anaların əksəriyyatını narahat edir. Bundan əlavə, normal keçən hamiləlik zamanı bu belə də olmalıdır. 

                              Tez-tez tualetə getmə çağırışlarının olma səbəbləri

Hamiləlik dövründə sidik ifrazına tez-tez çağırışlar – tamamilə qanunauyğun və başa düşüləndir. Və qadının bunu özündə müşahidə etmə ehtimalı kifayət qədər yüksəkdir, çünki böyrəklərin və sidik kisəsinin güclənmiş fəaliyyəti üçün bir çox səbəb vardır.

  • Hormonal dəyişikliklər prosesi miqyasında bu orqanlar da fəaliyyətdədirlər.
  • Çağırışların  tezliyinə hamilə qadının orqanizmində mayenin ümumi həcminin çoxalması təsir edə bilər. Bu həm qan, həm deyilənə görə hər üç saatdan bir yenilənən və həmçinin gələcək ananı tualetə daha tez-tez getməyə vadar edən embrion ətrafı sulardır.
  • Böyrəklər bu zaman ikiqat yüklənməyə məruz qalırlar, onlar iki nəfərin əvəzinə işləyirlər və həm qadın, həm körpə orqanizminin mübadilə məhsullarını çıxarırlar. Bu tamamilə qanunauyğundur ki, tualetə daha tez-tez getmək lazım olacaqdır.
  • Lakin ən aşkar səbəb – sidik kisəsini sıxaraq onu boşalmağa vadar edən uşaqlığın və dölün böyüməsidir. Və hamiləlik müddəti böyüdükcə bu təzyiq daha da güclənir.

Amma hamiləliyin təxminən 4-cü ayından etibarən uşaqlıq bir az qarın boşluğuna tərəf yerini dəyişir və sidik kisəsinə bir az rahat “nəfəs almağa” imkan verir. Lakin hamiləlik dövrünün sonuna yaxın təzyiq daha böyük güclə geri qayıdır, çünki körpə dünyaya gəlməyə hazırlaşaraq aşağı düşməyə başlayır. Beləliklə, bir çox qadınlar hamiləliyin başlanğıcında və sonunda daha tez-tez sidiyə getmə çağırışlarının olduğunu qeyd edirlər, baxmayaraq ki, yuxarıda göstərilən səbəblərə görə bu problem onları bütün hamiləlik müddəti ərzində müşahidə edir.  

Bu yaxşıdır yoxsa pisdir?

Biz müəyyən etdik ki, qadının tez-tez sidik ifraz etməsində təhlükəli heç bir şey yoxdur. Bundan başqa, gələcək analarda hətta sidik saxlaya bilməmə baş verə bilər. Öskürərkən, gülərkən və ya kəskin hərəkətlər edərkən onda özündən asılı olmayaraq kiçik miqdarda sidik ifraz edilə bilər. Bu da normal və müvəqqəti haldır.

Lakin sidik ifrazının tez-tez baş verməsi hər hansı bir sidik-cinsiyyət xəstəliyinin simptomu ola bilər. Əgər o ağrı, sancı və digər narahatçılıq hissləri ilə müşahidə olunursa və xüsusən də bunun fonunda qadının bədən temperaturu yüksəkdirsə, o zaman həkimə müraciət etmək tövsiyə olunur.

Ev şəraitində sidik testi keçirin – əgər onun tərkibində bakteriyalar varsa, onun rəngi bulanıq olacaqdır. Təhlükəli əlamətlərdən biri də sidik ifrazının tez-tez kiçik miqdarda (bir neçə damcı) baş verməsidir.   

Öz-özünə necə kömək etmək olar?

Hamiləlik zamanı sidik ifrazının tez-tez baş verməsi – sadəcə dözülməli olan narahatlıqdır. Ola bilsin ki, siz doğuşdan sonra ilk sutkalar ərzində də bu problemdən əziyyət çəkə bilərsiniz, lakin sonra o öz-özünə çıxıb gedəcəkdir.  Amma yenə də özünüzə bir az da olsa kömək etmək olar.

  • Birincisi, saat 18:00-dan sonra mayenin (o cümlədən tərkibində böyük miqdarda maye olan yemək və məhsulların) qəbulunu məhdudlaşdırmağa çalışın. Bu sizə gecə ayaqyoluna getmə çağırışlarını azaltmaq imkanını verəcəkdir.
  • İkinci məsləhət: sidiyin ifraz olunması zamanı bir az qabağa əyilin ki, sidik kisəsi tam şəkildə boşalsın.
  • Heç bir halda sidiyi saxlamayın: zərurət hiss edən kimi dərhal tualetə gedin.
  • Və hamiləlik zamanı sidik ifrazının tez-tez baş verməsinə görə narahat olmayın. Amma əgər siz az sidik ifraz edirsinizsə, bu düşünmək üçün bir səbəbdir. Qəbul edilən mayenin miqdarına nəzarət edin: siz gündə ən azı 1,5-2 l içməlisiniz.