Yüklənir...

Hamiləliyin 10-cu həftəsi

Hamiləliyin 10-cu həftəsi

 Uşağın çəkisi artıq 4 qrama yaxındır, uzunluğu 31–42 mm-dir.
• Əsas orqan və bədən sistemləri artıq formalaşmışdır. 
• Əl və ayaq barmaqlarında dırnaqlar əmələ gəlmiş, dəri yumşaq tüklə örtülmüşdür.
• 12-ci həftəyə qədər QM-da qeydiyyata düşən gələcək analar üçün birdəfəlik vəsait düşür.

Dölün inkişafı

Uşağın çəkisi artıq 4 qrama yaxındır, uzunluğu 31–42 mm-dir. Əsas orqan və bədən sistemləri artıq formalaşmışdır. Bundan sonra onlar yalnız ölçücə böyüyəcəkdir. 10-cu həftədən sonra körpənin inkişafında fasilələrin olması ehtimalı azdır. İndi uşaq artıq çömçəquyruğa yox, insana oxşayır, quyruq və qəlsəmələri tam yox olmuşdur. Körpədə dirsək oynaqları fomalaşmışdır. Artıq o əllərini yığıb aça bilir. Əl və ayaq barmaqlarında dırnaqlar əmələ gəlmiş, dəri yumşaq tüklə örtülmüşdür. Böyrək, bağırsaq, beyin və qara ciyər fəaliyyət göstərməyə başlayır, beyin qabığının bütün qatları artıq formalaşmışdır. Həssas cihazlar körpənizin beyin impulslarını qeydə ala bilər. Oğlan uşaqlarının xayaları 10-cu həftədə kişi hormonu olan testosteron hasil etməyə başlayır.

Ananın vəziyyəti

Hormonların miqdarının çox olması əhval-ruhiyyəyə təsir göstərməkdə davam edir. Yüksək həssaslıq və ya əksinə, apatiya dövrlərinin olması mümkündür. Lakin ən həyəcanlı birinci trimestr başa çatmaqdadır. Həkim uşağın inkişafında kənarlaşma aşkar etməyibsə çox güman ki, hamiləliyin sonrakı həftələri anaya həzz verəcəkdir. Axı bu, gələcək ana üçün ən asan və körpə üçün ən təhlükəsiz bir dövr olacaqdır.

DİQQƏTLİ OLUN!

Hamiləlik dövründə fitneslə məşğul olmağa nəinki icazə verilir, hətta faydalı olduğu üçün məsləhət görülür. Hətta cüzi fiziki yüklənmə zamanı qan oksigenlə zənginləşir, maddələr mübadiləsi yaxşılaşır ki, bu da təkcə ananın deyil, uşağın da vəziyyətinə müsbət təsir göstərir. Hamilə qadın üçün ideal idman gəzinti, üzgüçülük, yoqa və hamilə qadınlar üçün nəzərdə tutulan xüsusi məşqlərdir.

HƏKİM QƏBULU

Birinci trimestrin sonuna qədər həkimə bir dəfə də baş çəkmək məsləhətdir. Məsələ burasındadır ki, 12-ci həftəyə qədər dölün USM ilə müəyyən edilən ölçüləri hamiləliyin müddətini yüksək dəqiqliklə təyin etmək imkanı verir. 12-ci həftədən sonra uşağın ölçüləri artıq genetik meyllilik və digər amillərlə təyin edilir. Bu zaman hamiləliyin dəqiq müddətini və doğuşun tarixini təyin etmək bir qədər çətin olur. 

Əvvəlki həftə Sonrakı həftə