Hamiləliyin 22-ci həftəsi

Uşağın boyu 27 sm-ə çatır. 
• Körpənin çəkisi 350-420 qramdır. 
•Artıq uşağın qaşları, göz qapaqları və dodaqları formalaşmış, kiprikləri uzanmağa başlamışdır.
• Gələcək ananın erogen zonalarının həssaslığı artır, libido güclənir.

 Dölün inkişafı

Körpənin çəkisi 350-420 qram, çəkisi 350-420 qramdır. O, dərialtı piy toxumalarını yığıb toplamaqda davam edir, lakin onun dərisi hələ də qat və qırışlarla örtülüdür. Günbəgün bədəni örtən tüklər artıq gözə çarpır. Artıq uşağın qaşları, göz qapaqları və dodaqları formalaşmış, kiprikləri uzanmağa başlamışdır.

Ananın vəziyyəti

22-ci həftədə, bəzən isə bundan da tez, ananın döşünün, qarnının, budlarının dərisində dartılmalar əmələ gələ bilir. Onların yaranması onunla bağlı ola bilir ki, qarın və döş çox sürətlə inkişaf edir (xüsusən də çoxdöllü hamiləlikdə) və dəridə mikroskopik qırılmalar əmələ gəlir. Lakin çox vaxt dartılmalar müstəsna olaraq hormonlarla əlaqəli yaranır. Deməli, çəkiyə nəzarət etməklə məsələni həll etmək mümkün olmayacaqdır. Çox güman ki, dartılmalar tam olaraq yox olmayacaqdır. Vaxt keçdikcə, onların sadəcə rəngi ağarır.

Diqqətli olun!

Qanın miqdarının artması qadın orqanizmində təkcə xoşagəlməz nəticələrə deyil, həm də müsbət dəyişikliklərə səbəb olur. Xüsusən də uşaqlıq yolunda sekresiya güclənir və də səbəb olur: erogen zonaların həssaslığı artır, libido güclənir. Əksər qadınlar ikinci trimestrdə seksdən hamiləlikdən əvvəlki dövrlə müqayisədə daha çox həzz aldıqlarını bildirirdilər.

Hamiləliyin ağırlaşmaları

Hamiləliyin 5-ci həftəsindən etibarən onurğa uşaqlığın çəkisinin artması və ağırlıq mərkəzinin dəyişməsi üzündən daha çox yüklənir. Kürəyi həddindən artıq gərginləşdirmək, ağırlıq qaldırmaq olmaz. Kompüterdə işləyərkən bərk rahat oturacaqda ayağı ayağın üstünə qoymamaq şərtilə oturmaq daha yaxşı olar (bu, bel oma kələfinin əyilməsini gücləndirir). Oturduğunuz iş kürsüsünün üstündə dirsəkləri qoyan yer olsa, daha yaxşı olar. Ayağa duran zaman onlara söykənmək olar. Güclü diskomfort keçirdikdə, osteopata müraciət etmək olar.

Diaqnostik müayinələr

Bəzən 22-24-cü həftədə (ananın anamnezində problemli hamiləlik olmuşdursa, ciddi xəstəliklər aşkar edilmişdirsə, uşağın ölçüləri hamiləliyin dövrünə uyğun gəlmirsə və s.), dopplerometriya təyin olunur. Bu müayinə xüsusi ultrasəs aparatın köməyi ilə göbək və ya dölə qan axınının erkən pozulmasını aşkar edə bilər. Çoxdöllü hamiləlikdə dopplerometriya döllər arasında qan axının paylaşmasını göstərə bilər. Körpələrdən birinə qan axını yetərli olmadıqda, həkim müvafiq terapiya təyin edər. Həmçinin dopplerometriya üçüncü trimestrdə də, yəni 33-34-cü həftədə də təyin edilə bilər.