Hamiləlik zamanı dölün tərpənişləri

Hamiləlik zamanı ən həyəcanlı və unudulmaz hiss — körpənin səbirsizliklə gözlənilən ürəyin altında ilk tərpənişidir. Bunu nə vaxt gözləmək olar? Fəallıq və sakitlik dövrləri nədir? Müstəqil şəkildə tərpənişlər testini necə keçirmək olar və hansı tədqiqatlar körpənin qaydasında olduğunu təsdiqləyə bilər?

Ətraflı: Hamiləlik zamanı dölün tərpənişləri
Hamiləlik zamanı tez-tez sidiyə getmə

Hamiləliyin müxtəlif müddətlərində qadın onun vəziyyəti ilə əlaqədar bir çox narahatçılıqlar keçirməli olur. Buraya həm ürək bulanması, həm yuxululuq həm də hər cür ağrılı hisslər daxil edilə bilər. Onlar onu bütün hamiləlik dövrü ərzində müşahidə edər, gah peyda olar, gah da yoxa çıxa bilər. Belə, məsələn, hamiləlik zamanı tez-tez sidiyə getmə müşahidə olunur.

Ətraflı: Hamiləlik zamanı tez-tez sidiyə getmə
Hamiləlik zamanı əsəbilik

Hamiləlik – hər bir qadının həyatında gözəl bir dövrdur. Lakin ana olmaq sevincindən tam şəkildə həzz almağa mane olan yüksək əsəbilik, ağlağanlıq və pis əhval-ruhiyyə olmasa idi daha yaxşı olardı. Hamiləlik zamanı nə üçün əsəbilik yaranır və onun öhdəsindən hansı üsullarla gəlmək olar?

Ətraflı: Hamiləlik zamanı əsəbilik
Hamilə qadınlarda yorğunluq və yuxusuzluq

 

Hamiləlik zamanı yüksək yorğunluq – hamilə qadınların tez-tez şikayətləndiyi və hətta körpənin dünyaya gəlməsindən sonra müşahidə olunan haldır. Əgər normal həyat tərzi keçirdikdə, yaxşı qidalandıqda və halın yüngülləşməsi üçün preparatlar qəbul etdikdə yorğunluq keçmirsə, bu patoloji hal ola bilər. Bu cür hallar hamiləliyin birinci və ikinci rüblərində tez-tez rast gəlinir. Qadın öz şikayətləri haqqında mütləq həkimə deməlidir və tam müayinədən keçməlidir. Hamiləliyin ilk rübündə ümumi halın pisləşməsi çox vaxt yorğunluq, pis əhval-ruhiyyə əmələ gətirir. Adətən bu əlamətlər yaxşı istirahət etdikdən sonra çıxıb gedir.

Ətraflı: Hamilə qadınlarda yorğunluq və yuxusuzluq
Hamiləlik zamanı ürək bulanma və qusma: kömək və müalicə

Mən özümü çox pis hiss edirəm. Bu normaldır? Hamiləliyin ilk günləri üçün yaxşıdan daha çox pis hal əhval xarakterikdir və bu tamamilə normaldır. Nasazlığın dərəcəsi müxtəlif ola bilər. Bəzi qadınlar oyanma zamanı yüngül ürək bulanma hissi keçirirlər, başqalarında isə ürək bulanma həftə və aylarla bütün gün ərzində davam edir. 

Ətraflı: Hamiləlik zamanı ürək bulanma və qusma: kömək və müalicə
Hamiləlik zamanı qıcolmalar

Gün ərzində yorulmuş qadın nəhayət ki, axşam istirahət etmək üçün uzanır. Bəs bu haradan çıxdı? Gözlənilmədən kəskin güclü ağrı yaradaraq baldırın arxa üzündə olan bud əzələsi sıxıldı. Sanki “barmaqların ucunda durmaq” istəyərək ayaq pəncəsi dartılaraq uzanır. Bundan əlavə, həddindən artıq əzələ gərginliyindən və gərilməsindən güclü ağrı hiss edərək, siz heç cürə rahatlaşıb pəncənizi normal vəziyyətə qaytara bilmirsiniz: əzələlər sadəcə olaraq baş beyninin göstərişlərinə tabe olmaqdan imtina edirlər. Bu cür çox vaxt hamiləliyi müşayiət edən qıcolmalar özlərini büruzə verir.

Ətraflı: Hamiləlik zamanı qıcolmalar