Hamiləlik zamanı dəri qaşınması

Qaşınma – sinir sonluqlarının daimi olaraq qıcıqlanması nəticəsində dərini və selikli qişaları güclü qaşımaq tələbatı ilə təzahür olunan narahatedici hissdir. Hamiləlik zamanı bir çox qadınlar tez-tez güclü diskomfort hissi yaradan dəri qaşınmasından (xüsusən də qarın və döş nahiyəsinin dərisi) şikayətlənirlər. Qaşınma daimi və ya vaxtaşırı ola bilər, axşam və gecə vaxtı güclənə və ya bütün gün ərzində narahat edə bilər, öz-özünə yarana və ya başqa bir xəstəliyin simptomu ola bilər.

Hamiləlik zamanı qıcqırma

Demək lazımdır ki, siz heç vaxt əvvələr güclü qıcqırmadan əziyyət çəkmədiyiniz halda belə, hamiləlik dövründə sizin bu xoşagəlməz hal ilə tanış olmağa şanslarınız çox böyükdür. Özü də bu hal o qədər xoşagəlməz və hamilə qadınlar arasında inanılmaz dərəcədə yayılmışdır ki, artıq çoxdan adi hamiləlik dövrünün ən qıcıqlandırıcı və bezikdirici müşayiətçilərindən biri hesab edilir.

Ətraflı: Hamiləlik zamanı qıcqırma
Hamiləlik zamanı cinsiyyət orqanlarının qaşınması

Qaşınma – əsəb sonluqlarının daimi olaraq qıcıqlanması nəticəsində dərini və selikli qişaları güclü qaşımaq tələbatı ilə təzahür olunan narahatedici hissdir. Bu cür hisslərin əmələ gəlməsinin bir sıra səbəbi ola bilər, və bunun üçün müvafiq olaraq müxtəlif müalicə tələb olunur. Cinsiyyət orqanlarının qaşınması hamilə qadınlarda kifayət qədər tez-tez rast gəlinir və başlıca olaraq hormonal fon ilə əlaqəlidir. Güclü hormon dəyişiklikləri orqanizmin müdafiə qabiliyyətini azaldır, uşaqlıq yolunun mikroflorasında dəyişikliyə gətirib çıxarır və patogen mikroorqanizmlərin çoxalmasına kömək edir.

Ətraflı: Hamiləlik zamanı cinsiyyət orqanlarının qaşınması
Hamiləlik zamanı qəbizlik: nəticələri, müalicəsi və profilaktikası

Hamiləlik – qadının həyatında çox vacib bir dövrdür. Gözəl cinsin nümayəndəsi ürəyinin altında uşaq gəzdirdiyini bildikdə çoxlu müsbət emosiya keçirir. Lakin hamiləlik dövründə onun hansı sürprizlərlə qarşılaşacağı haqqda onun bəlkə heç təsəvvürü belə yoxdur. Lakin, çox təəsüf ki, hər bir qadın 40 həftə ərzində xoşagəlməz sürprizlərlə də üzləşməli olur. Onlardan biri hamiləlik zamanı qəbizlikdir. Diskomfort hissləri verməklə bərabər o həmçinin hamilə vəziyyətində olan qadın üçün təhlükəlidir.

Ətraflı: Hamiləlik zamanı qəbizlik: nəticələri, müalicəsi və profilaktikası
Hamiləlik zamanı başgicəllənmə

Hamiləlik zamanı başgicəllənmə və ürək bulanma kifayət qədər tez-tez təsadüf edilən haldır. Hamiləliyin normal gedişatı və düzgün təşkil edilmiş rejim zamanı siz çətin ki bu problemlərlə üzləşməli olacaqsınız. Gələcək analar səylə öz sağlamlıqlarının qeydinə qalırlar, ona görə də onda baş verən hər hansı bir dəyişikliklər olanda onlar təşvişə düşürlər. Gəlin müəyyən edək ki, hamilə qadınlarda nasazlıq tutmalarını hansı amillər əmələ gətirir?

Ətraflı: Hamiləlik zamanı başgicəllənmə
Hamiləlik zamanı babasil

Babasil— düz bağırsağın ən yayılmış xəstəliyidir. Proktoloqlar hesablamışdırlar ki, bağırsaqla bağlı həkimlərə bütün müraciətlərin 40% məhz bu delikat problemlə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yaşa dolmuş meqapolis sakinlərinin təxminən 80% babasildən əziyyət çəkir, 50 yaşa yaxın isə bütün bəşəriyyətin yarısı bu xəstəliklə bağlı həmdərd olur. Bu xəstəliyi “tutmaq” ehtimalı hamilə qadınlarda xüsusilə böyükdür.

Ətraflı: Hamiləlik zamanı babasil