Hamilə qadınlarda varikoz

Siz yəqin ki, varikoz xəstəliyi haqqında artıq eşitmisiniz. O venaların dayanıqlı və bərpa olunmaz şəkildə genişlənməsi və bunun nəticəsi kimi normal qan dövranının pozulması ilə bağlıdır. Venaların varikoz dəyişiklikləri daha çox bədənin aşağı hissəsində müşahidə olunur – ayaqlarda, cinsiyyət orqanlarında, kiçik çanaqda. Belə dəyişikliklərin yaranması üçün ən əlverişli amillərdən biri – hamiləlikdir. Əlbəttə, bu o demək deyil ki, hamilə olan kimi siz bu xəstəliklə mütləq üzləşməli olacaqsınız: hamiləlik zamanı varikozun olduğunu qadınların yalnız yarısı özündə müşahidə edir. Əgər qadın ondan əvvəllər də əziyyət çəkibsə, çox güman ki, hamiləlik dövründə xəstəlik daha da güclənməyə başlayacaqdır.

Ətraflı: Hamilə qadınlarda varikoz
Hamiləlik zamanı ifrazatlar

Hamiləlik istənilən qadının həyatında ən məsuliyyətli dövrdür. Cinsiyyət orqanlarından ifrazatlar demək olar ki, həmişə həyəcana səbəb olur, buna görə də onların yaranma mexanizmləri, növləri və orqanizm üçün mümkün nəticələri haqqında bilmək çox vacibdir.

Ətraflı: Hamiləlik zamanı ifrazatlar
Hamiləlik zamanı qarın nahiyəsində ağrılar

İlk üç ayda qarın nahiyəsində baş verən zəif ağrı adətən uşaqlığın böyüməsi ilə müşahidə olunur: uşaqlığın kiçik çanaq boşluğuna bağlandığı liflər dartılmağa başlayırlar. 6-8 həftəyə qədər olan ağrı və qanaxmalara həmçinin uşaqlıq xaricində olan hamiləlik də səbəb ola bilər. Xoşagəlməz hisslər məşq sancılarından irəli gələ bilər.

Ətraflı: Hamiləlik zamanı qarın nahiyəsində ağrılar
Hamiləlikdə uşaqlığın hipertonusu

İnsanın istənilən  əzələsinin  və ya əzələli orqanın tonusu vardır, yəni sinir sisteminin təsiri altında o, stabil gərginlik vəziyyətində olur. Bu vəziyyətdə əzələ lazım gəldikdə, yığılır. Normal vəziyyətdə uşaqlığın da tonusu olur, bəzi hallarda o, artıq (hiper), digər hallarda isə az (hipo) olur. Tonusunu artırmaqla uşaqlıq doğuşa hazırlaşır ki, bu da  tamamilə normal haldır.

Ətraflı: Hamiləlikdə uşaqlığın hipertonusu
Hamiləlik zamanı soyuqdəymə: səbəbləri və müalicəsi

Hamiləlik dövründə zökəm niyə əmələ gəlir?

Hamiləlik zamanı zökəm və burunun tutulması təngnəfəslik, rahatsızlıq səbəbi ola və gələcək uşağın sağlamlığı üçün narahatçılıq doğura bilər. Hamiləlik zamanı zökəmin mümkün bir neçə səbəbi mövcuddur:

Soyuqdəymə (adi virus yoluxması)

Hamiləlik 9 aya yaxın bir müddətdə davam edir və praktiki olaraq həmişə ilin bir neçə soyuq fəslini əhatə edir, hansı o zamanlarda soyuqdəyməyə məruz qalma təhlükəsi əhəmiyyətli dərəcədə artır. Virus yoluxmaları, praktiki olaraq həmişə, oxşar əlamətlərlə müşahidə edilirlər: zökəm, boğazda ağrılar, bədənin yüksək hərarəti və hərdən öskürmələr. Əgər sizdə zökəmdən əlavə bütün sadalanan əlamətlər vardırsa, deməli bu məhz soyuqdəymədir. 

Ətraflı: Hamiləlik zamanı soyuqdəymə: səbəbləri və müalicəsi