Yüklənir...

Hamiləlikdə uşaqlığın hipertonusu

Hamiləlikdə uşaqlığın hipertonusu

Hamiləlikdə uşaqlığın hipertonusu

İnsanın istənilən əzələsinin və ya əzələli orqanın tonusu vardır, yəni sinir sisteminin təsiri altında o, stabil gərginlik vəziyyətində olur. Bu vəziyyətdə əzələ lazım gəldikdə yığılır. Normal vəziyyətdə uşaqlığın da tonusu olur, bəzi hallarda o, artıq (hiper), digər hallarda isə az (hipo) olur. Tonusunu artırmaqla uşaqlıq doğuma hazırlaşır ki, bu da tamamilə normal haldır.

Özlüyündə uşaqlığın hipertonusu xəstəlik və ya diaqnoz deyil. Hətta sırf Rusiya anlayışıdır. Xəstəliklərin beynəlxalq təsnifatında qeyd olunmur, Avropa və Amerika həkimlərinin bu barədə məlumatı yoxdur.

Hamiləliyin ilk günlərindən uşaqlıq əzələləri mütəmadi olaraq yığılır, yəni qısa müddətli hipertonusa keçid edir. Bu yığılmalar spontan olaraq yaranır, ağrılara səbəb olmur və  uşaqlıq boynunun açılmasına gətirib çıxarmır.

Hamiləliyin ikinci yarısında uşaqlığın yığılmaları qadın üçün hiss olunan dərəcəyə çatır. Onlar qarnın alt hissəsində gərginlik hissi kimi özünü büruzə verir və əl ilə toxunduqda bərk olur. Uşaqlığın yığılmaları qeyri-mütəmadi olur və 1-2 dəq-dən artıq davam etmir. Bu məşq  sancıları və ya Brekston-Hiks yığılmasıdır.

Hipertonusun səbəbləri

Uşaqlığın tonusunun müvəqqəti olaraq artmasına səbəb aşağıdakı güclü qıcıqlandırıcılar ola bilər:

  • Yüksək fiziki yüklənmə;
  • Emosional stres;
  • Orqanizmin susuzlaşması;
  • Kürsü üzərində ginekoloji baxış;
  • USM və s.

Hipertonusun hamiləlik üçün təhlükəsi

Uşaqlığın hipertonusu çox vaxt yanlış olaraq “hamiləliyin sona qədər daşınmaması təhlükəsi” diaqnozu ilə səhv salınır. Bu bir-birindən asılı olmayaraq mövcud ola bilən, bəzən də bir arada mövcud ola bilən iki tamamilə fərqli hallardır.

Uşaqlığın hipertonusu

Uşaq salma və ya erkən doğuş təhlükəsi

Yığılmalar ağrısızdır və ya  ağrılar zəifdir

Qarnın alt hissəsində dartıcı və kürəyə yayılan xoşagəlməz ağrılar

Yığılmalar qeyri-mütəmadidir

Bərabər zaman kəsiyində təkrarlanır (erkən doğum təhlükəsi)

Uşaqlıq yollarından ifrazat yoxdur

 Qanlı ifrazatlar ola bilər

Uşaqlıq boynu bağlıdır

Uşaqlıq boynu bir qədər açıqdır və qısadır  (USM-də)

Hamiləliyin kəsilməsi təhlükəsinin ən əsas meyarı uşaqlıq boynunun vəziyyətidir. O, bir qədər açıq vəziyyətdədirsə, onda hətta normal tonusda belə uşaq salmaya və ya erkən doğuma gətirib çıxara bilər. Uşaqlıq boynunun bağlı olması hətta hipertonusda belə uşaq salmanın qarşısını alır.

Hipertonusu necə müalicə etməli?

Uşaqlığın tonusunun ağrısız olaraq artması (hətta bir gün ərzində dəfələrlə baş versə belə) nə ananın, nə də uşağın sağlamlığına təhlükə kəsb etmir və müalicəyə ehtiyacı yoxdur. Lakin  hamiləliyin kəsilməsi təhlükəsi yarandıqda, təcili tədbirlər görülməlidir.

  • Uşaq salma təhlükəsinin müalicəsində ən əsası təmkinliyi saxlamaqdır. Genetik səbəblərdən başqa, uşaq salmaların əksəriyyəti ananın stresi və sinirlərinin gərginliyi üzündən baş verir.  Leksikonunuzdan “mən çox qorxuram”, “uşağa görə narahatam”  kimi sözləri çıxarın. Nə qədər az narahatçılıq keçirsəniz, nəticələriniz yaxşı olacağına şansınız da bir o qədər çox olar.
  • Nəyin bahasına olursa olsun, tam sakitlik  təmin  olunmalıdır. Əsəbi olduğunuz halda, hətta bir qab noşpanın və ya papaverin şamının belə heç bir əhəmiyyəti olmayacaqdır.
  • Əgər imkan varsa xəstəxanaya gedin. Qadınların əksəriyyəti ev şəraitində özləri üçün tam sakitliyi təmin edə bilmirlər.
  • Həkimin bütün göstərişlərinə əməl edin və əmin olun ki, hər şey normal olacaqdır.

Uşaqlıq boynunun açılmasının qarşısını almaq üçün həkimlər məsələn, klipləşdirmə və ya  uşaqlıq boynunun tikilməsi kimi başqa müalicə üsulları da təklif edə bilərlər. Onların rəylərinə diqqətlə qulaq asın və necə uyğundursa elə də hərəkət edin.

Faydalı məsləhətlər

Hipertonusdurmu, yoxsa hamiləliyin kəsilməsi təhlükəsidir? Diaqnozdan asılı olmayaraq, istənilən halda orqanizmi relaksasiya (boşaltma) bacarıqlarına yiyələnmək lazımdır. Bunu özünüz də kitablardan, videolardan öyrənə bilərsiniz, lakin daha yaxşısı kurslara yazılmaqdır. Bir dəfə öyrəndikdən sonra hər zaman qarnınızın alt hissəsində dartıcı ağrı hiss etdikdə, həmin boşaltma üsullarından istifadə edin. Kifayət qədər uzun müddət məşğul olduqda, doğum vaxtına yaxın boşaltma artıq gərginliyə qarşı instinktiv reaksiyanız olacaqdır. Bu həm uşağı daşımağa, həm də narkozsuz və cırıqsız doğmağa imkan verəcəkdir.