Hamiləlikdə- BFP müayinə üsulu

Uşağın vəziyyətini dəyərləndirən test- BFP 

Antepartum dövrdə (uşaq doğulmadan) tətbiq edilən testlərdəndir. BioFizikProfil (BFP) NST-yə əlavə olaraq ultrasəslə uşağın amniom mayesi tutumu, tənəffüs hərəkətləri, bədən hərəkətləri və əzələ tonusu (gərginliyi) olmaq üzrə dörd ayrı parametrin daha dəyərləndirildiyi bir fetal distres tanınma sınağıdır.

Hansı hallarda tətbiq olunur?

BFP ən çox nonreaktif çıxan NST-testinin nəticəsinə görə sonradan tədqiq edilir. Nonreaktif NST-də BFP uşağın həqiqətən təhlükədə olub olmadığını olduqca həssas bir şəkildə göstərə bilər. Yüksək xal (8 ya da 10) əldə edilməsi zaman uşağın yaxşı vəziyyətdə olma ehtimalı olduqca yüksək, aşağı xal əldə edilməsi vəziyyətində isə uşağın pis vəziyyətdə olma ehtimalı olduqca yüksəkdir. Buna görə də dölün vəziyyətinin qiymətləndirilməsində son pilləni təşkil edir. Mənfi çıxanda daha irəli bir tədqiqat üsulu yoxdur.

İkinci tətbiqi sahəsi- dölün distres inkişaf riski çox yüksək olan hallarda birinci və yeganə pillə test olaraq istifadə edilir. Bu məqsədlə ən çox nəzarətsiz diabetdə (şəkər xəstəliyi) adətən üç gündə bir və infeksiya inkişaf riski yüksək olan SEG (suların erkən gəlməsi) vəziyyətlərində gündəlik həyata keçirir.

Dölün vəziyyətinin qiymətləndirilməsi lazım olan hallar:

Dölün hərəkətlərin az hiss edilmesi
Suların erkən gəlməsi
Amnion mayesinin az və ya çox olması
Döldə yetişmə geriliyi
Doğuş vaxtının keçdiyi zaman
Qan uyğunsuzluğu
Döl anomaliyaları
Ekiz hamiləliyi
Anormal ya da nizamsız fetal qürək atımları
Hipertoniya
Diabet
Böyrək xəstəlikləri
Kollogen toxuma xəstəlikləri
Ürək xəstəlikləri
Tiriotoksikoz (Zob testlərində pozğunluq)
Hemoqlobinopatiyalar
Qan azlığında

Həyata keçirilməsi

NST üsuluna uyğun şəkildə aparıldıqdan sonra hamiləyə 30 dəqiqə ərzində USM yoxlaması aparılır. Bu araşdırmada ilk öncə amniom mayesi miqdarı qiymətləndirilir. Daha sonra 30 dəqiqə ərzində uşağın tənəffüs hərəkətləri, bədən hərəkətləri və əzələ tonusu ultrasəsdə izlənir.

 Şərh olunması

Araşdırma zamanı körpənin tənəffüs hərəkətlərinin varlığı və müəyyən bir müddət davam etməsi, müəyyən sayda hərəkət olması, amniom mayesi həcminin yetərli olub olmaması və uşağın tonusunun gərgin və ya zəif olmasına görə hər bir parametrə sıfır və ya iki xal verilir və xallar toplanır. NST reaktifliği üçün verilən iki xalla yanaşı 8-10 xal arasında olduqda uşağın yaxşı vəziyyətdə olduğuna qərar verilir. 6 ya da daha aşağı döldə fetal distres şübhəsi vardır. Bu halda testin müəyyən bir müddət sonra təkrarlanması və ya xalın çox aşağı olması vəziyyətində doğuşun həyata keçirilməsi lazımdır.

Biofizika profil göstəriciləri:

NST (Non stress test): Reaktiv isə 2 xal, deyilsə 0 xal alır.
Dölün tənəffüs hərəkətləri: 30 dakikadqa 3 dənə tənəffüs hərəkəti varsa 2 xal, yoxsa 0 xal alır.
Dölün tonusu: Dölün qollarını və onurğasını açması ilə aydınlaşılır və 2 xal alır.
Amnion mayesi tutumu: 50-dən çox isə 2 xal alır.
Dölün hərəkətləri: 30 dəqiqədə 2 və ya daha çox hərəkət etməsi 2 xal alır.

Bu kriteriyalara baxılaraq hər bir meyar üçün 0 və ya 2 xal verilir və cəmi 8 və ya daha çox isə dölün vəziyyəti yaxşı qiymətləndirilir. 6 və az xal alınan hallarda döldə bir sıxıntı halı ola bilər.

Biofizika profilə təsir edə biləcək amillər:

Bu meyarlar biofizika profili təsir edərək testin normadan aşağı xal almasına səbəb ola bilər.
Ananın sakitləşdirici dərman istifadə etməsi
İndometasin istifadə etməsi
Siqaret
Ananın qan şəkərinin düşməsi
Körpənin ağciyərinin inkişafı məqsədi ilə anaya steroid təyini
Ananın teofilin istifadə etməsi
Ananın kokain istifadə etməsi

Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)
Amniyosentez nədir?
Hamiləlikdə üçlü test
Hamiləlikdə-NST müayinə usulu
Hamiləlikdə ikili test
Qadın məsləhətxanasına müraciət
Hamiləliyin planlaşdırılması zamanı analizlər
Hamiləlikdə qarın nə zaman böyüyür?
Hamiləlikdən əvvəl və sonra fol turşusu
Oğlan uşağına (övladına) necə hamilə qalmaq olar?
Qız uşağına (övladına) necə hamilə qalmaq olar?
Dar çanaq
Doğuş fobiyası
Hamiləlik və dişlər
Uşaq salma
Hamiləliyin müddətini necə təyin etməli?
Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Hamiləlik testi: bilmək istədiyiniz hər şey
35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?