35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?

   

35 yaşdan sonra hamilə qalmaq çətindirmi?

Təəssüflər olsun ki, bəli. 35 yaşdan sonra qadınlarda ovulyasiya (yumurta hüceyrələrin çıxışı) daha az baş verir. Əgər 30-35 yaşına qədər ovulyasiya hər ay  (və ya demək olar ki, hər ay) baş verirsə, 35 yaşdan ovulyasiya cəmi ildə bir neçə dəfə baş tutur. Ovulyasiyaların nadir olmasından əlavə 35 yaşdan yuxarı olan qadınlarda hamiləliyə mane olan pozğunluqların təhlükəsi də yüksək olur: uşaqlıq borularının keçilməzliyi, endometrioz, uşaqlığın mioması.

Doğrudur ki, 35 yaşdan sonra uşaq düşmə halları daha tez-tez baş verir?

Bəli, doğrudur. Bu yaşda olan hamiləliklərin demək olar 20-35% kortəbii olaraq yekunlaşır.

Doğrudur ki, 35 yaşdan sonra doğuşda uşağın Daun sindromlu olması təhlükəsi yüksəkdir?

Bəli, doğrudur. Yaşı 35 yaşdan yuxarı olan qadınlarda müxtəlif xromosom anomaliyaları ilə uşaq doğma təhlükəsi yüksəkdir: Daun sindromu, Edvards sindromu və s. Özü də bu zaman kişinin yaşı (uşağın atasının) mühüm deyil: kişinin yaşlanması ilə Daun sindromu kimi xəstəliklərin xromosomları artmır.

35 yaşdan sonra hamiləlik şansını necə yüksəltmək olar?

Əgər siz yenicə hamiləliyi planlaşdırırsınızsa, öz tərəf müqabilinizlə ginekoloqunuzun yanına və ya ailə planlaşdırılması mərkəzinə gedin. Həkim, sizin sağlamlıq vəziyyətiniz haqqında olan məlumatlara əsaslanaraq dəyərli məsləhətlər verəcək. Əgər sizdə və ya sizin tərəf müqabilinizdə xroniki xəstəliklər varsa – bunu etmək xüsusilə vacibdir.

35 yaşdan sonra hamilə qalmağı planlaşdırmadan əvvəl hansı analizləri vermək lazımdır?

  • Flora üzrə yaxma
  • Sitologiya üzrə yaxma
  • Mammoqrafiya
  • Qanın ümumi analizi
  • TORCH-yoluxma üzrə qanın analizi (məxmərək, sitomeqalovirus, herpes və toksoplazma üçün antitellər)

35 yaşdan sonra hamiləliyə necə hazırlaşmaq olar?

Məsləhət 1: Siqaret, alkoqol və kofeindən imtina edin, belə ki bu amillər hamısı sizin hamilə qalmaq və uşağı daşımaq şansınızı aşağı salırlar.

Məsləhət 2: Əgər sizin artıq çəkiniz varsa, ondan yaxa qurtarmağa çalışın. Orqanizmdə nə qədər artıq piy toxuması olarsa – hamilə qalmaq və uşağı daşımaq imkanı bir o qədər az olacaqdır.

Məsləhət 3: Əgər sizin menstruasiyalar qeyri-müntəzəmdirsə, sizin hamilə qalmaq ehtimalınız, praktiki olaraq sıfıra bərabərdir. Mütləq bu məsələni öz ginekoloqunuzla həll edin.

Məsləhət 4: Əgər menstruasiyalar müntəzəmdirsə, onda ovulyasiyanın nə zaman baş verməsini bilmək üçün bazal hərarətin qrafikini aparmağa başlayın və bu zaman hamilə qalmaq şansı daha yüksək olacaqdır.

Məsləhət 5: Fol turşusu içməyə başlayın. Bu vitamin gələcək uşağın əsəb sisteminin normal inkişafı üçün olduqca vacibdir. Bizim saytımızda fol turşusuna həsr edilmiş ayrıca məqalə də vardır. 

Məsləhət 6: Əgər məxmərək və suçiçəyi antitellərinə qan analizləri göstəribsə ki, sizin bu xəstəliklərə qarşı immunitetiniz yoxdur, siz mütləq ən azı hamilə qalmaq cəhdlərinə başlamamışdan 4 həftə əvvəldən məxmərək və suçiçəyinə qarşı vaksin (peyvənd) almalısınız.

6 ayın qaydaları

Bu qayda ancaq artıq 35 yaşı tamam olmuş qadınlara aiddir. Əgər 6 ay ərzindəki cəhdlər nəticəsində hamiləlik baş tutmamışdırsa, sizin tərəf müqabilinizlə birlikdə həkimə müraciət etməyiniz lazımdır. Həkim siz və sizin tərəf müqabilniz üçün analizlərin edilməsinə məsləhətlərini verəcəkdir ki, sonsuzluğun səbəblərini müəyyən edə bilsin. Bir qayda olaraq, bu sizin tərəf müqabiliniz üçün sperma analizi (spermoqramma), sizin üçün isə uşaqlıq və yumurtalıqların USM, qanın hormon analizi və uşaqlıq borularının keçilməklik (histerosalpinqoqrafiya) analizləridir.