Hamiləliyin 33-cü həftəsi

  • Körpənin çəkisi 2 kq-a yaxındır. 
  • Uşağın boyu təxminən 44 sm-dir. 
  • Gələcək ananın çəkisi 8-12,5 kq-a qədər artmışdır.
  • Körpə üçün “cehiz” yığmağın vaxtı çatmışdır.

Dölün inkişafı

Körpənin çəkisi 2 kq-a yaxındır. Uşağın boyu təxminən 44 sm-dir. Onun ağ ciyərləri inkişaf etməkdə davam edir, qara ciyərlərində paylar formalaşır. Mədəaltı vəz aktiv dir – o, artıq körpənin orqanizmini maddələrin normal mübadiləsi üçün lazım olan insulinlə təchiz edə bilir. Ürəyin, endokrin, immun, mərkəzi sinir sistemlərinin formalaşması praktiki olaraq başa çatmışdır.

Ananın vəziyyəti

Ananın çəkisində artım 8-12,5 kq-dır. Uşağın tərpənişləri daha çox hiss olunur. Diqqətli analar artıq 33-cü həftədə körpənin onları dirsəyi yoxsa dizləri ilə təpiklədiyini fərqləndirə bilirlər.

Diqqətli olun!

Uşaqlıq yolundan az miqdarda şəffaf maye gəlirsə, çox güman ki, bu, döl kisəsinin partlamasından xəbər verir. Açılan dölyanı suları asanlıqla adi vaginal ifrazatları ilə (hamiləliyin sonunda bu ifrazatlar arta bilir) və ya qeyri-ixtiyari sidik ifrazı ilə çaş-baş salmaq olar. Lakin alt paltarı çox islanırsa və ya maye artıq yerə tökülürsə, onda həkimə zəng etmək lazımdır. Döl qişasının partlaması erkən doğuşun başlamasından xəbər verir. Bu isə xəstəxanaya getməyi tələb edir. 

Risk amilləri

Hamiləlik dövründə, xüsusən də üçüncü trimestrdə, plasentanın ayrılma riski aktual olur. Buna səbəb uşaqlığın zədəsi, mioması, gestoz, hamilə qadında yüksək təzyiq, göbəyin nisbi qısalığı (normal uzunluğu olan göbək uşağın duruşuna görə uşaqlıq daxilində təhlükəli şəkildə dartılır) və ya göbəyin mütləq qısalığı (fizioloji olaraq o, körpənin uşaqlıq yolunda normal yerləşməsi üçün kifayət qədər uzun deyil) ola bilər. Plasentanın ayrılması heç də həmişə qanaxma ilə özünü büruzə vermir. Bəzən onun simptomları kimi bir yerdə cəmləşən kəsməyən güclü ağrılar müşahidə oluna bilər. Uzun müddət qarında başgicəllənmə və ya zəifliklə müşayiət olunan lokal ağrı olduqda, dərhal təcili yardım çağırmaq lazımdır.