Hamiləliyin 34 həftəsi

 

  • Körpənin çəkisi təxminən 2,3 kq-dır. 
  • Körpənin boyu təxminən 45 sm-dir.
  • Bu həftədən etibarən körpə dünyaya gəlməyə hazırdır, lakin inkişaf etməkdə davam edir.
  • Qadın məsləhətxanasında Sizi dölün dopplerometriyasını və kardiotokoqramını etməyə göndərəcəklər.

Dölün inkişafı

Körpənin çəkisi təxminən 2,3 kq, boyu isə təxminən 45 sm-dir. Körpənin bütün orqan və sistemləri inkişaf etməkdə davam edir. İndi (34-cü həftədən 37-ci həftəyə qədər) o, dünyaya gəlməyə tam hazırdır. Erkən doğuş başladıqda, uşaq çox güman ki, ana bədənindən kənarda həyata adaptasiya edərkən minimum sayda problemlərlə üzləşəcəkdir. Pendirəbənzər sürtkü indi dölün bədəninin balaca bir hissəsini örtür. Onun ovuclarında və dabanlarında hər bir insana xas olan dəri naxışı artıq qəti olaraq formalaşmışdır.

Həkim qəbulu

Uşağın vəziyyəti hər hansı səbəbdən həkimlərdə narahatçılıq doğurursa, onlar biofiziki test edə bilərlər. Bu zaman (adətən ultrasəsin köməyi ilə) dölün tənəffüsü, hərəkətləri, tonusu, ürək döyüntülərinin tezliyi və dölyanı suyun miqdarı öyrənilir.

Ananın vəziyyəti

Uşaqlıq o qədər yuxarıya qalxmışdır ki, dərin tənəffüsə mane ola və oksigen çatışmamazlığı duyğusunu yarada bilər. Bu hal doğuşa 2-3 həftə qalmış, qarın aşağı düşdükdə, keçib gedir. Qəfil boğulma yarandıqda, dodaq və barmaqlar göyərdikdə, nəbz tezləşdikdə, dərhal həkimə zəng etmək lazımdır.