Hamiləliyin 35 –ci həftəsi

 

Körpənin uzunluğu təxminən 46 sm-dir. 
• Uşağın çəkisi təxminən 2,5 kq təşkil edir.
• Bu həftədən etibarən ginekoloqa hər həftə baş çəkmək lazımdır. 
• Bu dövrə yaxın çəki artımı 9 kq-dan 13-kq-a qədər təşkil edir.

 Dölün inkişafı

Körpənin uzunluğu təxminən 46 sm-dir. Uşağın çəkisi təxminən 2,5 kq təşkil edir. Hər həftə onun çəkisi təxminən 220 q artır. Dərialtı piy qatı körpədə artıq xeyli artmışdır, tədricən bədənini örtən nazik tüklər yox olmağa başlayır.

Ananın vəziyyəti

Bu dövrə yaxın çəki artımı 9-13 kq təşkil edir. Bu həftədən etibarən ginekoloqa hər həftə baş çəkmək lazımdır. Çox güman ki, bir problem də yaranmış olsun. Bu, yuxusuzluqdur. Axı hamilə qadınlar üçün hətta xüsusi yastıqdan istifadə etməklə belə yatmaq üçün rahat vəziyyəti tapmaq getdikcə çətinləşir. Həkimlər axşam maye içməməyi, habelə yatmazdan əvvəl çanaqla fırlanma hərəkətlərini etməməyi tövsiyə edirlər.

Doğuş

Bu dövrdə qadın mütəmadi doğuş sancıları hiss etdisə və ya onda dölyanı sular açıldısa, bu, erkən doğuşun başlamasından xəbər verə bilər. 3-ci həftədə körpə demək olar ki, daşınmışdır, lakin doğuş yenə də müəyyən risklə bağlıdır. Çağırışı qəbul etmiş təcili yardım briqadası çox güman ki, hamilə qadını ən yaxın, erkən doğuş sahəsində ixtisaslaşmış doğum evinə çatdıracaqdır.