Hamiləliyin 39-cu həftəsi

 

Uşağın çəkisi 3,2 kq-dan bir qədər çoxdur, boyu isə təxminən 48 sm-dir.
• Gələcək ananın çəkisi doğuşdan əvvəl artıq dəyişməyəcəkdir.
• Döşün gilələrindən qatı maddə - molozivo ifraz oluna bilər. 
• Doğum evinə getmək üçün əşyalarınız hazır olmalıdır. 

 Dölün inkişafı

Bu dövrə yaxın uşağın çəkisi 3,2 kq-dan bir qədər çox, boyu isə təxminən 48 sm olur. Uşağın orqanizminin bütün sistemləri ana bətnindən kənarda fəaliyyət göstərmək üçün hazırdır. Bağırsaq vorsinləri artıq formalaşmışdır. Bunlar qida-həzm trakti ilə qidanın hərəkət etməsində köməklik edir. Peristaltika normallaşır: bağırsaqla ilk nəcis olan mekonium yerdəyişmələr edir. Mədə vəzləri qidanın parçalanması üçün lazım olan fermentləri hasil etməyə başlayır. Körpənin mədə-bağırsaq traktında yalnız qidanın mənimsənilməsinə şərait yaradan bakteriyalar çatışmır. Bu bakteriyalar qida-həzm traktına ananın südü ilə birlikdə daxil olacaqdır.

Ananın vəziyyəti

Normada çəki 11,5 kq-dan 15 kq-dək arta bilər. Lakin qadın əzəldən köklüyə meylli idisə, onda çəki artımı az ola bilər. Hamiləlikdən əvvəl qadın arıq idisə, onda o, normadan bir qədər artıq çəki yığa bilər. 39-cu həftədən sonra hamilə qadınların çəkisi adətən doğuşa qədər dəyişmir. Döşün gilələrindən qatı maddə - molozivo ifraz oluna bilər. Uşağı qidalandırmaq üçün süd vəzlərinin formasını saxlamaqda köməklik edən rahat məmədan və döş üçün prokladkalar almaq məsləhətdir.

Diqqətli olun!

Uşaqlıq boynunun açılma dərəcəsini özünüz və ya ailə üzvlərinin köməyi ilə yoxlamağa cəhd göstərməyin. Həmçinin nəzərə almaq lazımdır ki, həcəyanlanma çox vaxt qadına doğuş sancılarını daha kəskin şəkildə hiss etdirir. Məhz buna görə də gələcək analar doğuşdanəvvəlki vəziyyətə nəzarət etmək üçün mamaları dəvət edirlər: mütəxəssis doğuş fəaliyyətinin intensivliyini və doğum evinə getmək vaxtını düzgün qiymətləndirəcəkdir.

Risk amilləri

Artıq başlamış olan təbii doğuş ekstren kesar kəsiyi ilə nəticələnə bilər. Ekstren kesar kəsiyinə göstərişlər aşağıdakılardır:

  • kliniki dar çanaq (uşaqlıq boynu tam açılsa da doğuş yolları ilə uşağın başı irəliyə doğru hərəkət etmir)
  • normal yerləşən plasentanın ayrılması
  • dölün kəskin hipoksiyası (bu barədə kardiotokoqrafiya aparatı xəbər verir)
  • qeyri-mükəmməl plasenta
  • dölə qanaxının zəif olması
  • dölün inkişaf qüsurlarının doğuş zamanı dərinləşməsi
  • göbək ciyəsinin körpənin boynuna dolanması
  • doğuş fəaliyyətinin inadla zəif olması
  • preeklampsiya və s.

Doğuşdan sonra nəyə hazır olmalı?

Əksər qadınlar doğuşdan sonra kəskin surətdə çəkini atırlar: körpənin, plasentanın və dölyanı suların çəkisindən başqa, 1-2 həftə ərzində orqanizmin yığıb topladığı təxminən iki litr su da xaric olur. Doğuşdan sonra bir neçə həftə ərzində qanaxmalar normal haldır, yəni uşaqlıq onu plasenta ilə bağlayan hüseyrələrdən öz-özünə təmizlənir. Doğuşdan bir neçə gün və ya bir neçə həftə keçdikdən sonra doğuşdansonrakı qəmginlik və ya bebi-blüz adlanan əhval-ruhiyyə yarana bilər. Yadda saxlamaq lazımdır ki, bu, müvəqqəti haldır və keçib gedəcəkdir. Özü də bu, təkcə psixoloji durumla deyil, həm də hormonlarla bağlıdır. Buna görə də qəmginlik və melanxoliyada özünüzü günahlandırmayın.