Hamiləliyin 40-cı həftəsi

 

Uşağın orta çəkisi 3,5 kq təşkil edir.
• Uşağın boyu 50-54 sm-dir.
• Körpənin kəllə sümükləri hələ bitişməmişdir ki, bu da onun başının doğuş kanalından keçməsinə imkan verir.
• Hamiləlik 100% daşınmış hesab olunur.

 Dölün inkişafı

Hamiləliyin 40-cı həftəsində uşağın orta çəkisi 3,5 kq təşkil edir. Uşağın boyu 50 sm-dən 54 sm-ə qədərdir. Lakin genetika və hamiləlyinin gedişi ilə bağlı olan bu və ya digər tərəfə doğru kənara çıxmalar mümkündür. Körpənin kəllə sümükləri hələ bitişməmişdir ki, bu da onun başının doğuş kanalından keçməsinə imkan verir. Bətndaxili inkişafın son həftələrində körpədə böyrəküstü vəzlər böyüyür: doğuş zamanı onlar stress hormonları (adrenalin və noradrenalin) hasil etməyə başlayacaqdır. Məhz bu hormonlar uşağa doğuş prosesində daha fəal iştirak etməkdə və doğuş yollarından keçidlə əlaqədar xoşagəlməz duyğulara daha dözümlü olmaqda köməklik edir.

Diqqətli olun!

40-cı həftədə hamiləlik tam olaraq daşınmış hesab olunur. Lakin həddindən artıq, uzun müddət (42 həftədən çox) davam edən hamiləlik körpəyə neqativ təsir göstərə bilər. Hamiləlik artıq müddət davam etdikdə, uşaq qocalmaqda olan plasentadan həyat üçün zəruri olan bütün maddələri artıq almır və onda hipoksiya başlaya bilər. Məhz buna görə də hamiləliyin müddətini onun lap başlanğıcında təyin etmək lazımdır. Ana bətnində normadan artıq qalan uşaqlarda adətən dəri quru olur, ilkin doğuş sürtküsü demək olar ki, heç olmur. Hamiləliyin artıq müddət davam etməsindən şübhələndikdə, həkim doğuşu həvəsləndirməyi və ya kesar kəsiyini tövsiyə edə bilər.

Ananın vəziyyəti

Qadınların 4%-i doğumun ehtimal edilən tarixində uşaq doğur, yerdə qalanları isə həkimin müəyyən etdiyi tarixdən 1-2 həftə ya əvvəl, ya da sonra doğur. Əksər həkimlər bu fikirdədirlər ki, 40-cı həftənin sonuna qədər doğuşun təbii təşəbbüskarı uşaq olmalıdır. Doğuşun tarixini də elə məhz o, həll edir: doğuşdan əvvəl körpənin böyrəküstü vəzlərinin qabığı aktivləşir, kortizol hormonu hasil olunur və bunun da nəticəsində ananın hormonal fonu dəyişir. Bundan sonra uşaqlıq doğuşun başlamasına “siqnal” alır və yığılmağa başlayır.