Hamiləliyin 41-ci həftəsi

 

  •  Körpənin kəllə sümüyü və əmgəyi bərkiyir.
  •  Plasentanın yetkinlik dərəcəsindən uşağın əhvalı asılıdır.
  •  Hamiləliyin artıq müddət davam etməsi qanın analizinə görə və dölyanı suları işıqlandırmaqla müəyyən olunur.

 Dölün inkişafı

Bu dövrdə hamiləlik çox vaxt artıq müddət davam etmiş olur: kəllənin sümüklərinin və əmgəyinin bərkiməsi baş verir ki, bunun da nəticəsində körpənin başı doğuş yollarında irəliyə doğru hərəkət edərkən öz formasını çətinliklə dəyişdirə biləcəkdir. Lakin bu, heç də həmişə baş vermir. Həddindən artıq davam edən hamiləlik gecikmiş doğuş olmaya da bilər. Bu, tam normal bir hamiləlik də ola bilər. Həkimlər o zaman hamiləliyin artıq müddət davam etdiyini söyləyə bilərlər ki, hamilə qadının menstrual tsikli 30 gündən çox olsun (deyilənlərə görə, qadın uşağı 10 tsikl daşımalıdır, odur ki, dövr nə qədər çox olsa, hamiləlik də bir o qədər artıq davam edər). Həmçinin o hamiləliyin artıq müddətdə davam etdiyini söyləmək olar ki, bu zaman ovulyasiya (və mayalanma) tsiklin sonuna təsadüf etmiş olsun. Körpəni artıq müddət daşıma xüsusiyyəti qadın xətti ilə də ötürülə bilər.

Ananın vəziyyəti

Xalq arasında belə deyilir: “ömürlük hamilə qalmayacaqsan”. Lakin, çox güman ki, həkim öz qadın pasiyentinə bu deyimi yoxlamağa və 42 həftədən çox hamilə qalmağa imkan verməyəcəkdir. Çox ehtimal ki, o, doğuş fəaliyyətini tezləşdirməyi təklif edəcəkdir. Körpənin inkişafı başa çatmışdır, plasenta öz funksiyasını yerinə yetirmiş və “yorulmuşdur”, buna görə də uşaq getdikcə daha az miqdarda faydalı maddələr alır. Bətndaxili həyatı davam etməyin mənası minimal olur.

Doğuş

Plasenta qocalmağa başlamışdırsa və uşaqlıq boynu əvvəlki kimi bərkdirsə, nazikləşməmişdirsə və açılmamışdırsa, həkimlər doğuş fəaliyyətini oyatmağa cəhd edə, yəni hormonlar (prostoqlandinlər) yeridə, döl kisəsini deşə və ya laminar yosununun köməyi ilə açılmanı sürətləndirə bilərlər. Bu yosun uşaqlıq boynuna yerləşdirilir və şişir, bununla da onu açır. Doğuş fəlaiyyətini klizma da bir qədər oyadır. Bir çox doğum evlərində qadınlara doğuşdan əvvəl klizma təklif edirlər. Doğuş artıq başlamışdırsa, amma prosess çox ləng gedirsə və körpənin sağlamlığı üçün təhlükə yaranırsa, həkim doğuşu oksitosin yeritməklə tezləşdirə bilər.

Həkim qəbulu

Plasentanın yetkinlik dərəcəsi USM-nin köməyi ilə təyin olunur. Plasentanın yetkinliyinin dörd dərəcəsi fərqləndirilir: 30 həftəyə qədər – sıfır, 27 həftədən 34 həftəyə qədər – birinci, 34 həftədən 39 həftəyə qədər – ikinci, 37 həftədən başlayaraq üçüncü. Plasentanın qocalması (4-cü yetkinlik dərəcəsi) normada hamiləliyin 39-cu həftəsində başlayır. Bu arada dölə daha az miqdarda oksigen və qida maddələri daxil ola, metabolizm məhsullarının çıxarılması prosesi ləngiyə bilər. Lakin plasentanın qocalması (hətta vaxtındam bir qədər tez də qocalması) doğuşun tezləşdirilməsinin səbəbi ola bilməz. Doğuşun tezləşdirilməsi və kesar kəsiyi üçün əsas ilk növbədə uşağın vəziyyətinin pisləşməsidir. Həkimlər qeyd edirlər ki, çox vaxt plasentanın qocalması diaqnostikası hələ 33-36-cı həftədə edilir, lakin bu zaman körpənin kardiotokoqrafiyasının göstəriciləri yaxşıdırsa, onda hamiləlik normal hesab olunur və təbii doğuş başlayanadək uzadılır.

Hamiləliyin ağırlaşmaları

Hamiləliyin artıq müddət davam etdiyini qanın analizinə görə, süd vəzlərindən ifraz olunan sekretin analizinə görə, habelə amnioskopiyanın köməyi ilə - dölyanı suları işıqlandırmaqla müəyyən etmək olar. Amnioskopiya zamanı uşaqlıq yoluna, sonra da uşaqlıq boynuna xüsusi fənər yeridilir və kisəyə “işıq salınır”, bununla da suların şəffaflığı təyin olunur. Sularda mekonium varsa, bu, dölün hipoksiyasından xəbər verə bilər. həmçinin ultrasəs skan və dopplerometriya da (plasentaya qan axınını təyin etmək üçün) aparıla bilər. Hamiləliyin artıq müddət davam etməsinin nəticələri çox ciddi ola bilir. Uşaq anasının bətnində həddindən artıq çox “oturursa”, nəfəs aldıqda, qeyri-ixtiyari olaraq dölyanı sular daxil ola bilər ki, bu da ağciyərdə ciddi problemlərə səbəb ola bilər. Hamiləliyin artıq müddət davam etməsinə səbəb yumurtalıqların hipofunksiyası, əlavələrin xroniki iltihabı, piy mübadiləsinin pozulması, habelə mədə, böyrək və qaraciyər xəstəlikləri ola bilər.