Qız uşağına (övladına) necə hamilə qalmaq olar?

 

Qız uşağına (övladına) necə hamilə qalmaq olar?

Bir çox ailə cütlükləri öz gələcək körpəsinin cinsini proqnozlaşdırmağa çalışırlar. Bunun üçün onlar effektiv məsləhətləri axtararaq böyük miqdarda müxtəlif ədəbiyyatdan istifadə edirlər. Xüsusilə də, əgər ailədə uşaqlar artıq vardırsa, onda valideynlər körpənin cinsi haqqında düşünüməyə başlayırlar. Məsələn, cütlükdə artıq iki oğlan uşağı vardır, onlar isə qız uşağı arzusundadırlar. Bu halda cinsin planlaşdırılmasının bir neçə metodikasını nəzərdən keçirməyə dəyir. Əgər buna düzgün yanaşılsa, əslində bu mürəkkəb məsələ deyildir.

Ətraflı: Qız uşağına (övladına) necə hamilə qalmaq olar?
Dar çanaq

         

Dar çanaq

Dar çanaq nədir?

Anatomik dar çanaq - əsas ölçülərindən biri ən azı normal çanaqdan 1,5-2 sm və daha kiçik olan çanaq hesab edilir. Dölün başı çanaq halqasından daha böyük olduqda doğuşda ağır fəsadlar baş verir. Bu həmçinin çanağın normal ölçüləri olduqda da müşahidə edilə bilər.

Ətraflı: Dar çanaq
Doğuş fobiyası

       
Doğuş fobiyasına qalib gəlmənin yolları hansılardır? 

Doğuş qorxusunu necə məglub etmək olar?

Doğuş fobiyası və doğuş qorxusunu olanlar üçün hamiləlik müddəti tam bir əziyyətdir. Hatta buna hamiləlik fobiyası da əlavə olur. Keysəriyyə qorxusu və normal doğuş qorxusu qadınların bu gözəl zamanlarını adətən kabusa çevirir. 

Ətraflı: Doğuş fobiyası
Hamiləlik və dişlər

             Hamiləlik vaxtı karieyes və damaq iltihabı (parodontit) hallarına tez-tez rast gəlinir.

   Səbəblər

    Kalsiuma olan tələbin artması

Böyüməkdə olan uşaq öz sümükləri üçün anasından kalsiumu “alır”. Kalsiumu orqanizm kifayət qədər almadıqda, mədə-bağırsaq traktının xroniki xəstəlikləri və ya qidada onun miqdarının az olması nəticəsində kalsium ananın sümüklərindən səfərbər olunur. İlk olaraq yuxarı və aşağı çənə sümükləri, xüsusən də onların dişləri əhatə edən çıxıntıları əziyyət çəkir.

Ətraflı: Hamiləlik və dişlər
Uşaq salma

Uşaq salma. Donmuş hamiləlik. Hamiləliyin daşına bilməməsi

İnkişaf etməyən hamiləlik (donmuş hamiləlik, dölün inkişafdan dayanması, anembrioniya) embrionun hamiləliyin müxtəlif dövrlərində (çox vaxt 1-ci trimestrində - 13 həftəliyinədək) inkişafdan dayanmasıdır (məhv olmasıdır). Lakin inkişafdan dayanma halları hamiləliyin daha yetkin dövrlərində də ola bilir.Hamiləlik zamanı təxminən 15% hallarda bu problemə rast gəlinir. Donmuş hamiləlik hallarına çox vax 40 yaşdan yuxarı olan qadınlarda rast gəlinir, lakin bu problemlə bütün yaş kateqoriyalarına aid olan qadınlar üzləşə bilər. Donmuş hamiləliyin simptomları olmaya da bilir. 

Ətraflı: Uşaq salma