Yüklənir...

Hamiləlik və dişlər

Hamiləlik və dişlər

Hamiləlik və dişlər

Hamiləlik vaxtı kariyes və damaq iltihabı (parodontit) hallarına tez-tez rast gəlinir.

Səbəblər

    Kalsiuma olan tələbin artması

Böyüməkdə olan uşaq öz sümükləri üçün anasından kalsiumu “alır”. Orqanizm kalsiumu kifayət qədər almadıqda, mədə-bağırsaq traktının xroniki xəstəlikləri və ya qidada onun miqdarının az olması nəticəsində ananın sümüklərindən kalsium səfərbər olunur. İlk olaraq yuxarı və aşağı çənə sümükləri, xüsusən də onların dişləri əhatə edən çıxıntıları əziyyət çəkir.

 Tüpürcəyin remineralizasiya xassələrinin azalması

Normada diş emalı tüpürcəkdə olan kalsium və fosfatın təsiri nəticəsində möhkəmlənir. Hamiləlik zamanı tüpürcəkdə bu maddələrin miqdarı azalır. Tüpürcəyin bufer tutumluluğu azalır. Normada isə ağız boşluğunda turşu-qələvi balansı yeməkdən sonra normaya salır.

Hormonal fonun dəyişməsi

Hamiləlik zamanı  damaqlarda qan dövranını pisləşdirir. Onlar çox vaxt göyərir, hətta az zədələndikdə belə, tez-tez qanayır.

Profilaktika

Hamilə qadınlarda stomatoloji xəstəliklərin profilaktikasına daxildir:

 1. Mütəmadi stamatoloq müayinəsi

Ağız boşluğu müayinə etmək üçün stomatoloqa hamiləlikdən əvvəl müraciət etmək daha optimaldır. Hamiləlik ərzində stomatoloqa 4 dəfə - 6-8, 16-18, 26-28 və 36-38-ci həftələrdə müraciət etmək lazımdır. Risk amilləri olduqda (ağız boşluğunun aqressiv mikroflorası, tüpürcəyin remineralizasiya xassələrinin azalması və s.), baxış bundan iki dəfə çox keçirilməlidir.

2. Ağız boşluğunun fərdi gigiyenası

Dişləri gündə ən az 2 dəfə təmizləmək lazımdı. Normal və ya yumşaq fırçadan (soft) istifadə etmək lazımdır. Müalicəvi-profilaktiki pastalardan, habelə damaqların iltihabını azaldan gingivit əleyhinə pastalardan istifadə edilməlidir.

3. Damaqların masajı 

Damaq masajı dişi əhatə edən toxumalarda qan dövranını yaxşılaşdırmaq üçün lazımdır. Damaqlara iltihab əleyhinə pasta sürtülür, sonra isə böyük və şəhadət barmağı ilə dişdən damağa doğru yüngül hərəkətlər edilir. Ümumilikdə masaj 7-8 dəqiqə davam edə bilər.

4. Qidalanma

Mama-ginekoloqun tövsiyələrini yerinə yetirməklə eyni zamanda həm öz dişlərinizin, həm də gələcək uşağın dişlərinin də qeydinə qalmış olursunuz. Axı uşağın dişlərinin formalaşması ananın qanında kalsiumun səviyyəsindən asılıdır.

5. Ultrabənövşəyi şüa

Məqsədyönlü şəkildə qaralmaq və ya solyariyə getmək lazım deyil, lakin küçədə gəzmək, təmiz hava almaq mütləq lazımdır.