Yüklənir...

Hamiləlikdən əvvəl və sonra fol turşusu

Hamiləlikdən əvvəl və sonra fol turşusu

Hamiləlikdən əvvəl və hamiləlik zamanı fol turşusu

Fol turşusu və ya vitamin B9 – DNT-nin yaranması və sizin gələcək uşağınızın sinir sisteminin normal inkişafı üçün lazım olan maddədir. Əgər fol turşusunu hamiləlikdən bir ay əvvəl, həmçinin hamiləliyin ilk 12 həftəlik müddəti ərzində qəbul etsəniz, uşağın onurğa və baş beyin anomaliyaları ilə doğulma riskini 50-70% azalda biləcəksiniz. Bütün hamilə qadınlara, həmçinin hamiləliyə yenicə hazırlaşmağa qadınlara, müntəzəm şəkildə fol turşusunu qəbul etmək tövsiyə edilir.

 Hamilələr üçün nə qədər fol turşusu lazımdır?

Ekspertlər gün ərzində 400 mkq fol turşusunu uşağın mayalanmasından 1-3 ay əvvəl və hamiləliyin ilk 12 həftəsi ərzində qəbul etməyi məsləhət görürlər.

Əgər gələcək analar üçün multivitaminlər qəbul edirsinizsə, əmin olun ki, onların tərkibində kifayət qədər fol turşusu vardır.

Bəzi mənbələrdə məlumat tapa bilərsiniz ki, hamilə qadına gün ərzində 600-800 mkq fol turşusu lazımdır. Mütəxəssislərin fikirləri fərqlənə bilər, buna görə fol turşusunun dozasını öz həkiminizlə əlavə olaraq müzakirə etməyiniz daha yaxşı olar.

Fol turşusu hansı məhsulların tərkibində vardır?

Fol turşusu mərcimək, ispanaq, ağ kələm, brokolli, sitrus meyvələri, sitrus şirələri, çiyələk, kivi və bir sıra digər məhsulların tərkibində vardır.

Fol turşusunun həblərini təbii məhsullarla əvəz etmək olarmı?

Tədqiqatlar göstərir ki, həblərdə olan süni fol turşusu qida məhsullarından alınan fol turşusundan qat-qat daha yaxşı mənimsənilir. Məhz buna görə, qidanızda fol turşusu ilə zəngin olan bir çox məhsullardan istifadə etsəniz də, həb formasında olan vitaminin qəbulundan imtina etmək üçün tutarlı səbəb sayıla bilməz.

Dozadan artıq miqdarda fol turşusu qəbul etmək olarmı?

Fol turşusunun dozasını təsadüfən aşmaq ehtimalı (səhvən) praktiki olaraq istisna edilir. Bu onunla bağlıdır ki, fol turşusu – suda həll olunan vitamindir və orqanizmdə həddindən artıq olduqda, sidiklə xaric edilir.

Bununla belə, elə hallar olmuşdur ki, fol turşusunun uzun müddətli 15000 mkq dozasında qəbulu zamanı (hamilənin gündəlik tələbatından 37 dəfə çox) sinir sisteminin zədələnməsinə gətirib çıxarmışdır.

Hamilələr üçün bir çox həb və multivitaminlərin tərkibində fol turşusunun 800-1000 mkq dozası (gündəlik normadan 2 dəfə çox) vardır. Bu vitaminlərin mütəmadi qəbulu dozanı aşmağa gətirib çıxara bilməz. Əgər təsadüfən fol turşusunu günə 1 həbdən çox qəbul etmisinizsə - bu qorxulu deyil və gələcək körpənizə zərər yetirməyəcəkdir.

Həkim nə üçün mənə fol turşusunun böyük dozasını təyin etmişdir?

Ginekoloq fol turşusunun daha böyük dozasını aşağıdakı hallarda təyin edə bilər:

  • Əgər keçmişdə artıq sinir sisteminin qüsurları ilə uşaq dünyaya gətirmisinizsə
  • Əgər artıq çəki varsa
  • Əgər epilepsiyaya (qıcolma əleyhinə) qarşı dərmanlar qəbul edirsinizsə
  • Əgər qan analizi orqanizmdə fol turşusunun çatışmazlığı ilə əlaqəli anemiyanın olmasını göstərmişdirsə.

Belə hallarda fol turşusunun dozası günə 4000-5000 mkq-a (təyin olunmuş 400 mkq əvəzinə) qədər çata bilər. Bu halda dozanı aşmaq ehtimalı praktiki olaraq istisna edilir.