Hamiləliyin 16-cı həftəsi

 

Körpənin uzunluğu 11 sm-ə yaxındır
• Uşağın çəkisi təxminən 80 qramdır.
• Uşağın ürəyindən hər gün 25 litrə qədər qan keçir
• Gələcək anaya qimnastika, üsgüçülük və ya akvaaerobika ilə məşğul olmaq faydalı olar.

 Dölün inkişafı

Körpənin uzunluğu 11 sm-ə yaxındır. Uşağın çəkisi təxminən 80 qramdır. Körpənin gözləri göz qapaqları altında hərəkət edə bilir, böyrəyi və sidik kisəsi akitvdir və təxminən bir saatdan bir dölyanı suları “doldurur”. Uşağın ürəyindən hər gün 25 litrə qədər qan keçir. Qanın artıq qrupu və rezus-faktoru da əmələ gəlmişdir. Mədə və öd kisəsi işə düşür, dölün bağırsaqlarını ilk nəcis olan mekoniumla doldurur. Mekonium adətən tünd yaşıl və ya qara rəngdə olur. Uşağın sidiyi kimi, mekonium da dölyanı suların möhtəviyyatından (epiteli hissəcikləri, tüklər və s.) əmələ gəlir.

Ananı vəziyyəti

Son altı həftə ərzində uşaqlıq çox böyümüş, o, artıq göbəkdən bir qədər aşağıda hiss olunur. Ana gündən-günə özünü yaxşı hiss edir. Onun xarici görkəmi də yaxşılaşır. Erkən toksikoz yox olduqdan sonra iştah əmələ gəlir, dəri hamarlaşır. Lakin problemlər də, məsələn, qəbizlik yarana bilər. Bu, bağırsağın hamar əzələlərinin zəifləməsi və böyüməkdə olan uşaqlığın daxili orqanlara təzyiq göstərməsi ilə bağlıdır.

Hamiləliyin ağırlaşmaları

Qəbizlik problemini həll etməkdə pəhriz köməklik edir. Hər gün masanın üzərində kəpək, bişmiş alma, qara gavalı, xırda çəyirdəkli meyvə və tərəvəz, turş-süd məhsulları olmalıdır. Qəbizliyin profilaktikası üçün səhərlər acqarına bir stəkan maye içmək lazımdır. Su içmək daha yaxşı olar. Pəhriz bağırsaqla bağlı problemlərin həllində köməklik etməsə də, klizmadan istifadə etmək qətiyyən olmaz, çünki o, uşaqsalmaya (nisbətən yetkin dövrlərdə - erkən doğuşa) səbəb ola bilər. İşlətmə effekti verən vasitələrdən istifadə ilə bağlı həkimlə məsləhələşin.

Risk amilləri

Qadında bu, ikinci hamiləlikdirsə və onda rezus-faktor mənfi, ərində isə müsbətdirsə, onda rezus-münaqişənin yaranma ehtimalı ola bilər. O, bunda özünü göstərir ki, ananın immun sistemi dölü yad cisim kimi qəbul etməyə və anticisimlər hasil etməyə başlayır. Antitellər plasentanın müdafiə zonasını “deşməyə” və dölü məhv etməyə can atır. Birinci hamiləlikdə immun sistemi bu cür “hücuma” hazır deyil və körpənin həyat fəaliyyətini pozmaq üçün antitellərin miqdarı o qədər də çox deyil. İkinci və sonrakı hamiləlik bu mənada daha təhlükləlidir: ananın immuniteti döl ilə mübarizə aparmaq üçün çoxlu miqdarda antitellər hasil etməyə hazır olur. Əslində bu kimi hallar yalnız anada rezus mənfi, körpədə isə rezus müsbət olduqda, yaranır. Dölün rezusunun özü isə yalnız ikinci-üçüncü trimestrdə məlum olur.