Hamiləliyin 17-ci həftəsi

 

Uşağın çəkisi 100 qrama yaxındır
• Körpə 12 sm-ə qədər böyümüşdür.
• Uşaq artıq barmağını sormaq üçün əlini ağzına apara bilir
• Ağırlıq mərkəzi yerini dəyişdikdən, gələcək ananın yerişi “ördək” yerişinə bənzəyir.

 Dölün inkişafı

Uşağın çəkisi 100 qrama yaxındır. Körpə 12 sm-ə qədər böyümüşdür. Dölün böyrəkləri artıq fəaliyyət göstərsə də, plasenta əsas ifrazedici orqan olaraq qalmaqdadır. Uşaq bəzi hərəkətlərinin artıq koordinasiya edə, məsələn, barmağını sormaq üçün əlini ağzına apara bilir. Bu zaman uşaq dölyanı suları udur, bu yolla da maye alır və həzm sistemini, böyrəklərini və sidik kisəsini məşq etdirir. Bu həftədən etibarən uşaqda maddələr mübadiləsində iştirak edəcək dərialtı piy kletçatkası da formalaşmağa başlayır.

Ananın vəziyyəti

Ağırlıq mərkəzi yerini dəyişdikdən, gələcək ananın yerişi “ördək” yerişinə bənzəyir. Dabanı yastı ayaqqabı almaq və ya ayaqqablarınızın adət etdiyinz hündürlüyünü azaltmaq məsləhətdir. Orqanizmin hasil etdiyi relaksin hormonuna görə oynaq və birləşmələr zəifləyir, deməli, zədə riski də artır. Avtomobili ehtiyatla idarə etmək lazımdır. Təhlükəsizlik kəmərini qarnın altından keçirməyiniz məsləhətdir ki, qəza baş verdikdə, uşağa zədə dəyməsin. Bundan başqa, indi təhlükəsizlik kəmərinin xüsusi adapterləri də buraxılır: onlar yükü elə paylaşdırır ki, uşaq zədələnməsin.

Hamiləliyin ağırlaşmaları

Göynəmə həddindən artıq güclü olduqda, antasid preparatlar qəbul etmək olar. Lakin tərkibində soda (məsələn, natrium bikarbonatı), alüminium və ya maqnium olan dərmanları qəbul edərkən, dozalara fikir vermək lazımdır. Orqanizmdə natriumun miqdarı çox olduqda, qəbizlik, şişkinlik və hətta qazlar yarana bilər. Alüminium da qəbizliyə səbəb ola bilir. Maqnium yüksək dozada qəbul edildikdə, zəhərlənməyə səbəb ola bilir.