Hamiləlik əleyhinə- Doğum nəzarət lenti (PATCH)

 

Ölkəmizdə hələ olmayan bu metod eynilə həblərdə olduğu kimi 28 günlük menstruasiya dövrü prinsipinə görə istifadə edilir. Hər qutuda 3 lent var. İlk dəfə istifadə menstruasiya qanaxmasının 1ci günü başlanır. Qol, ayaq, bud kimi döşdən uzaq bir bölgəyə yapışdırılır.

Bu lent 7 gün ərzində aşağı dozalı həblərdə olduğu kimi 20 mikroqram estrogen buraxır. 7 gün sonra yeni lent yapışdırılır. Üç həftə boyunca bu şəkildə istifadə edildikdən sonra istifadəyə 1 həftə ara verilir.

 Doğum kontrol lentinin yan təsirləri doğum kontrol həblərinə bənzəyir. Xüsusilə istifadənin ilk dövrlərində ara qanaxmalar və ya ləkələnmə ola bilər. Bu təsirlər bir neçə aylıq istifadədən sonra yox olur. Mümkün fəsadları qanda laxtalanma və şiddətli ağrıdığındır..Bir başqa təsir də dəridə yapışdırılan sahədə görülən həssaslıq və qızartıdır.