Yüklənir...

Gigiyenik bezlər və gündəliklər: istifadə qaydaları

Gigiyenik bezlər və gündəliklər: istifadə qaydaları

Gigiyenik bezlər və onların hansı növləri vardır?

Gigiyenik bezlərin çoxsaylı növləri mövcuddur və sizə onların arasından özünüzə və həyat tərzinizə ən yaxın uyğun olanını seçmək lazımdır. Bu bölmədə biz menstruasiya dövründə istifadə edilən gigiyenik bezlərdən danışacağıq. Gündəlik bezlər (hər gün istifadə edilən bezlər) barəsində aşağıda ayrıca danışacağıq.

Bezin damcıları

Gigiyenik bezlərin alınması zamanı onun qutusunun üzərində neçə damcı qeydinə diqqət yetirin. Bu “damcılar” – gigiyenik bezin neçə damcı qanı özünə hopdura bilməsinin şərti işarəsidir.

  • 1-2 damcılıq gigiyenik bezlər az qan hopdururlar, buna görə də onlar menstruasiyanın ilk günləri və ya son mərhələsi üçün yararlıdırlar. 
  • 3-4 damcılıq gigiyenik bezlər optimal miqdarda qan hopdururlar və bol qanaxması olmayan əksər qızlar üçün uyğun gəlirlər.
  • 5 damcılıq gigiyenik bezlər daha çox bol qanaxmalar olan xanımlar üçün nəzərdə tutulub.
  • 5 və daha çox sayda damcı - gecə gigiyenik bezləri ayrıca bir bezlər qrupudur ki, adətən 5 və daha artıq qan damcısını hopdura bilirlər (gecələr sizin tez-tez durmağınıza ehtiyac qalmaması üçün). Həmin bezlərin digər bir xüsusiyyəti – onların formasıdır (onlar adətən daha uzun olurlar) ki, bu da yataqda uzanan zaman axmaların paltara keçməsinə imkan vermirlər.

Bezin qanadcıqları 

Qanadcıqlarla olan bezlər tez-tez hərəkət edən və fəal həyat tərzi sürən qadınlar üçün uyğun gəlirlər. Qanadcıqlar bezi alt paltarına daha möhkəm bərkitməyə və onun yeriş zamanı yerdəyişməsinin qarşısını alır. Bundan əlavə qanadcıqlar sayəsində siz qanın alt paltarına və paltarın kənarlarına düşməsindən də azad ola bilərsiniz.

Bezin örtüyü

Müxtəlif markalardan olan bezlərin reklamında ən yaxşı, nəfəs alan, super-hopdurucu və s. bezlər haqqında eşidə bilərsən. Əlbəttə, hər bir istehsalçı öz bezlərini ən rahat və etibarlı olan etmək istəyir, lakin sizin əsas vəzifəniz onların arasından məhz sizə daha uyğun gələnini seçməyi bacarmağınızdır. Misal üçün, əgər ancaq bir şirkətin istehsalı olan bezlərindən istifadə edərkən onlar axıdırsa, pis qoxu və ya qaşınma verirsə, bez markasını dəyişmək və başqa şirkət məhsulunu sınaqdan keçirmək lazımdır.

Gigiyenik bezlərdən necə istifadə etmək lazımdır?

  • Əllərinizi sabunla yuyun və yuyunun.
  • Bezi bağlamasından çıxarın. Əgər ayrıca zərfə bükülübsə, onu açın.
  • Zərfi bezdən ayırın yaxud aşağı hissəsindən yapışqanı qoparın. Əgər bezin qanadcıqları varsa və üzərində yapışqanlıqlar varsa, onları da qoparın.
  • Bezi alt paltarının aşağı hissəsinə yapışdırın (ayaqların arasında yerləşən hissə). Çalışın ki, bezi mərkəzdə yerləşdirəsiniz (irəliyə və ya geriyə sürüşməsin). Əgər bezin qanadcıqları varsa, onu alt paltarın xarici tərəfinə bükün və yapışdırın. 
  • Bez dolmamış olsa belə hər 3-4 saatdan bir dəyişmək lazımdır.
  • Bezi çıxaranda onu boru şəklində bükün və ya dəst şəklində qatlayıb zərfə qoyun. Sonra zibil qabına atın. Yadda saxlayın – heç bir zaman bezi ayaqyoluna atmayın.
  • Hər dəfə bezi dəyişərkən, sizə yuyunmaq və ya intim zonanı xüsusi salfetlərin köməkliyi ilə silmək lazımdır. Saytımızda düzgün intim gigiyenanın 15 qaydası adlı faydalı məsləhətlər olan məqalə vardır.

Gündəlik bezlər

Gündəlik bezlər menstruasiya olmadığınız ara günlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Belə bezlər sağlam qadında olan ifrazatların hopdurulması üçün nəzərdə tutulmuşdur. Ginekoloqların əksəriyyəti belə fikirdədilər ki, gündəlik bezləri istifadə etmək arzu edilən deyil, belə ki, onlar bakteriyaların yaranması üçün əlverişli mühit yaradırlar. Hesab edilir ki, gündəlik bezlərin istifadə edilməsi vaginanın iltihablı xəstəliklərinin əmələ gəlməsi təhlükəsini yüksəldir. Lakin buna da baxmayaraq elə hallar olur ki, gündəlik bezlərə ehtiyac yaranır. Buna görə də biz gündəlik bezlərdən necə istifadə etmək lazım gəldiyini və bu zaman vaginanı iltihab təhlükəsindən necə qorumağını müzakirə edəcəyik.

Gündəlik bezlər necə olurlar və onları necə seçmək lazımdır?

İstehsalçı-şirkət və modelindən asılı olaraq gündəlik bezlər müxtəlif formaya (adətən alt paltarları və strinqlər üçün), qalınlıqda və rəngdə olurlar. Bəzi bezlər həm də ətirə də malikdirlər ki, bu da ifrazatların iyinin gizlədilməsi üçün istifadə edilir. Bezlərin bu qədər rəngarəngliyi arasında seçim etmək olduqca çətindir, lakin bu və ya digər bezi seçən zaman ginekoloqların məsləhətlərini dinləmək lazımdır:

  • Üstünlüyü ağ rəngdə olan gündəlik bezlərə verin. Birincisi, belə bezlər nadir hallarda allergik reaksiyaya səbəb olurlar (çünki tərkiblərində boya yoxdur), ikinci isə daimə ifrazatların hansı rəngdə olmasına nəzarət edə bilərsiniz (ifrazatların qeyri normal rəngi iltihabdan xəbər verir. Bax; cinsiyyət yollarından ifrazatlar).
  • Əgər sizin həssas dəriniz varsa ətirsiz olan bezləri seçin: onlar nadir hallarda intim sahədə qıcıqlanma və qaşınma yaradırlar.
  • Elə bez seçmək lazımdır ki, hər biri ayrıca zərfə malik olsun.
  • Üzərində sıxmalar (xarici tərəfində şəkil) olan bezlər daha rahatdır, sıxma sayəsində bezlər daha yaxşı “əzilir”, sizin hərəkətlərinizə uyğunlaşır.

Gündəlik bezlərdən necə düzgün istifadə etmək lazımdır?

  • Yaxşı olardı ki, gündəlik bezlərdən ancaq ifrazatların olduğu gün istifadə edəsinz. Adətən bütün qadınlarda ifrazatlar ayın bütün günlərində eyni dərəcədə olmur: daha bol ifrazatlar təxminən tsiklin ortalarında, daha çox ovulyasiyanın baş verdiyi günlərdə müşahidə edilir. Məhz bu günlərdə bezlərdən istifadə etmək daha məsləhətdir.
  • Əgər gündəlik bezlərdən istifadə edirsinizsə, yadda saxlayın, onları da menstruasiya dövründə istifadə etdiyiniz bezlər kimi hər 3-4 saatdan bir və ya əgər bez daha çox islanırsa daha tez dəyişmək lazımdır. Əgər bunu gec-gec edərsinizsə intima zonalarda qıcıqlanma və ya qaşınmaların yaranması təhlükəsi yaranır.
  • Hər bir qadın mütləq bilməli olduğu intim gigiyena qaydalarına əməl etməlidir.
Əgər ifrazatlar boldursa, ginekoloqa müraciət edin, belə ki, bu iltihabi xəstəliklərin əlaməti də ola bilər.